top
Atasının arzusu naminə döyüşən idmançı: Adil Osmanovun müsahibəsi Idman.biz
29 iyul 2025, 16:04
- ↺ +

Atasının arzusu naminə döyüşən idmançı: Adil Osmanovun müsahibəsi

Moldova millisinin azərbaycanəsilli cüdoçusu, Paris-2024-ün bürünc mükafatçısı, Avropa Kuboku, Qran-pri və Böyük Dəbilqə turnirlərinin qalibi Adil Osmanovun Oxu.Az-a müsahibəsi

- Moskvada doğulub boya-başa çatmısınız, amma indi Moldovanın uğurları üçün çalışırsınız. Necə oldu ki, bu ölkənin bayrağı altında çıxış etdiniz?

- Mən 2017-ci ildə Moldovanı təmsil etməyə başladım. İlk iki il psixoloji cəhətdən çətin keçdi. Amma ailəm Moldovaya köçəndə adaptasiya daha sürətli getdi. Tezliklə milli komandaya qoşuldum və Duminike Valeriunun rəhbərliyi altında məşqlərə başladım.

- Cüdoya özünüz maraq göstərmisiniz, yoxsa bu, ailədən gələn ənənədir?

- Bu, ailə ənənəsidir, atam da əlbəyaxa döyüş sənəti ilə məşğul olub.

- Sizin yüksək nailiyyətləriniz var: 2021 və 2022-ci illərdə 23 yaşa qədər olan idmançıların yarışında Avropa çempionatının bürünc medalları, Qran-pri və Böyük Dəbilqə yarışlarında qələbələr, Parisdə olimpiya medalı. Bu yolda sizin üçün həlledici məqam hansı olub?

- Məncə, bu, ilk növbədə valideynlərin və məşqçinin mənə olan inamıdır. Onların dəstəyi olmadan bunu edə bilməzdim.

- 2023/24 mövsümündə sizin üçün ən vacib məqam hansı olub?

- Mən üçünü qeyd edərdim. 2023-cü ilin Avropa çempionatında bürünc uğrunda mübarizədə komanda yoldaşıma məğlubiyyətim. O zaman qəbul etdim ki, çox güman ki, olimpiadaya o gedəcək. Ancaq məşqçim mənə sona qədər mübarizə aparmalı olduğumu bildirdi - və bu, məni, həqiqətən, motivasiya etdi.

Antalyada keçirilən Böyük Dəbilqə turnirində qələbə. O an, həqiqətən, inanırdım ki, yarışlara çıxmaq və medal uğrunda mübarizə aparmaq şansım var.

Son ana qədər olimpiadaya kimin gedəcəyi bəlli deyildi. Sonra məşqçi təklif etdi ki, buna Petr Pelivanla özümüz qərar verməliyik. Daxili yoxlama döyüşləri təşkil etmək olardı, lakin onun üçün komanda ruhunu qorumaq daha vacib idi. Sonda olimpiadaya mən getdim.

- Olimpiadada çiyninizdə zədə ilə mübarizə apardınız və medalı atanıza həsr etdiniz. O an sizə nə güc verdi?

- Olimpiadadan əvvəlki gecə temperaturum 40-a yaxın idi. Mənə güc verən yeganə şey atamın xatirəsi oldu. Olimpiadada iştirak etmək onun arzusu olub, amma bu onda alınmayıb. Mən, sadəcə, döşəyə çıxmaq istəyirdim. O vaxt heç medal haqqında düşünmürdüm. Addım-addım bürünc uğrunda mübarizəyə çatdım. Orada italyanla döyüşdə zədələndim, amma belə bir ağır yolun sonunda təslim ola bilməzdim. Zədə olub-olmamasının fərqi yox idi - sona qədər getməli idim. Və mən ürəkdən inanıram ki, uca yaradanın köməyi sayəsində bunu bacardım.

- Yarımfinalda Coan-Benjamin Qabaya uduzduqdan sonra bürünc medal uğrunda görüşə necə hazırlaşdınız? Xüsusi strategiya var idi?

- Bəli, məşqçimlə italyanların üslubunu əvvəlcədən təhlil etdik və döyüş üçün dəqiq plan hazırladıq. Nəticədə, düşündüyümüzü həyata keçirməyə nail oldum.

- Siz hüquq təhsili almısınız, hazırda Moldova Dövlət Universitetinin Beynəlxalq münasibətlər fakültəsində oxuyursunuz, Moldova Azərbaycanlıları Konqresi Şurasının üzvüsünüz. İdman və peşəkar fəaliyyətləri birləşdirməyi necə bacarırsınız?

- Bu, asan deyil. Məncə, əsas olan istəkdir. Hər şey üçün kifayət qədər vaxt olmayacağını başa düşməli və prioritetləri təyin etməlisiniz. Mənim üçün idman birinci yerdədir, qalan hər şey isə gücümün yetdiyi qədərdir. Yalnız cüdo ilə məşğul olsaydım, digər bacarıqlarımı itirərdim. Bundan əlavə, idman karyerası əbədi deyil - gələcək üçün bilik və bacarıqlara sahib olmaq vacibdir.

- Ata tərəfdən Azərbaycanla bağlısınız və Moldovada sizi Azərbaycan bayrağı ilə qarşılamışdılar. Moldova və Azərbaycan mədəniyyətləri arasında hansı oxşar və fərqli cəhətləri görürsünüz?

- Bizim ortaq cəhətimiz ailə dəyərlərimiz və qonaqpərvərlikdir. Fərqlər isə mətbəx və din faktoru ilə bağlıdır.

- Cüdoda hansı fəndləri və ya keyfiyyətlərinizi güclü tərəfiniz hesab edirsiniz?

- Güclü cəhətlərim təhlil etmək bacarığım və yüksək psixoloji sabitlikdir.

- Fiziki və psixoloji hazırlıq üçün hansı üsullardan istifadə edirsiniz?

- Yarışdan bir gün əvvəl psixoloji vəziyyətimə diqqət edirəm. Qorxularımı və narahatlıqlarımı yazıram, sonra onların üzərində işləyirəm. Olimpiadaya qədər mənim 30-a yaxın belə narahatlığım var idi. Çox görünür, amma biz robot deyilik, insanıq - narahatlıq tamamilə normaldır.

- Azərbaycan və Moldovadan olan və sizin idmanla yenicə məşğul olmağa başlayan gənclərə nə demək istərdiniz?

- Özünüzdən soruşun: niyə bu idmana gəlirsiniz? Məqsəd ciddi nəticələrdirsə, o zaman inanmaq və səbirli olmaq lazımdır. Unutmayın ki, bütün sınaqlar və bütün uğurlar uca yaradandandır.

- İndi qarşınıza hansı məqsədlər qoyursunuz? Yenidən olimpiya qızılı üçün mübarizə aparmaq istəyirsiniz?

- İdmanda əsas məqsədim öz potensialımı reallaşdırmaqdır, qalanı isə necə alınacaqsa, elə də olacaq.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Cüdo
Bu gün, 02:02

Zaur Hacıyev ACA 211-də Artem Reznikovla 2026-cı ilin əsas revanşına çıxacaq

Güləş
Bu gün, 01:45

Azərbaycan gənc sərbəst güləşçilərinin Xasavyurt turnirində iştirakı gözlənilir

Güləş
Bu gün, 01:24

Tunar Quliyev və Elgün Kərimlinin qızıl medal qazanması və Zəfər Günü mesajları

Olimpiada
Bu gün, 01:11

Nihad Xudoyev Dakar 2026 Yay Olimpiya Oyunlarında fərdi ötüşmə yarışına qatılacaq

Cüdo
Bu gün, 01:01

Azərbaycanın cüdo dünya çempionatı üçün ilkin heyəti məlum oldu

Futbol
Bu gün, 00:28

Konate Rinerin prezidentlik namizədliyi və idmançıların ictimai rolu haqqında danışdı

Futbol
Dünən, 23:44

Mbappe Oktyabr ayında La Liqada ən yaxşı oyunçusu seçildi

Futbol
Dünən, 23:33

Raul Qonsales Real Madrid’in əfsanəsi olaraq Ovyedo ilə müqavilə imzaladı

Futbol
Dünən, 23:29

İnтер və Milan yeni Generali Stadium üçün 25 illik 650 milyon avroluq razılaşma imzalayıb

Futbol
Dünən, 23:15

Kapello: Kenan Yıldız İtaliyanın Lamin Yamalıdır

Digər
Dünən, 22:58

Aleksandr Plyuşenko Azərbaycanı təmsil edərkən Belarus variantını da nəzərdən keçirir

Basketbol
Dünən, 22:40

Trabzonspor Bakıda Sabahla qarşılaşacaqdı

Futbol
Dünən, 22:31

Batrakov agenti Qalatasaraydan ayrılma iddialarını rədd etdi

Futbol
Dünən, 22:26

Virgil van Dijkin zədəsi Niderland millisini zərər verir

Futbol
Dünən, 22:17

Messinin oğlu Tiaqo Pedro’nun formasını seçdi

Futbol
Dünən, 21:56

“Bavariya”da Manuel Noyerin karyerasını başa vurmaq və zədəsi ilə bağlı son vəziyyət

Futbol
Dünən, 21:43

Qızıl top laureatı FIFPro rəmzi komandadan kənarda qaldı

Digər
Dünən, 21:33

Azərbaycan milli karate komandasının üzvü Turqut Həsənov Astarxanda seminar keçirib

Voleybol
Dünən, 21:17

Ziya Rəcəbov: Turanın Döyünən Ürəyinin Rolunu Açır

Futbol
Dünən, 21:03

Araz‑Naxçıvan futbolçusu Ceyhun Nuriyev hərbi xidmətə cəlb edildi, AFFA Nazirliyə müraciət edib

Futbol
Dünən, 20:47

Lamin Yamalın "Betis"ə vurduğu qol La Liqada oktyabrın ən yaxşısı seçildi

Futbol
Dünən, 20:36

“Araz-Naxçıvan”ın müdafiəçisi İssuf Paro Türkiyədə əməliyyat olundu

Basketbol
Dünən, 20:29

ABL 1-ci dövrün son turu üçün oyun vaxtları açıqlandı

Futbol
Dünən, 20:23

Real Madrid'in baş məşqçisi Joze Mourinyo La Liga'da Ayın Ən Yaxşı Məşqçisi seçildi

Oxşar xəbərlər