top
Ukraynanı təmsil edən azərbaycanlı karateçi: Doğma yurdum Ağdamın yenidən qurulmasını görmək mənim üçün qürurvericidir – MÜSAHİBƏ Idman.biz
13 may 2025, 12:18
- ↺ +

Ukraynanı təmsil edən azərbaycanlı karateçi: "Doğma yurdum Ağdamın yenidən qurulmasını görmək mənim üçün qürurvericidir" – MÜSAHİBƏ

Ukraynada yaşayan daha bir idmançı soydaşımız uğura imza atıb. Soydaşımız Rizvan Talıbov yaxın günlərdə keçirilən karate üzrə Avropa çempionatında bürünc medal qazanıb.

Ukraynanın Çernovtsı şəhərində anadan olan gənc həmyerlimiz əslən qarabağlıdır. Valideynlərindən atası Ağdamın Novruzlu kəndindən, anası isə Ağdam şəhərindəndir. İdman.biz xəbər verir ki, AZƏRTAC soydaşımızla görüşərək uğurları və gələcək hədəfləri barədə müsahibə götürüb.

- Necə oldu ki, sizdə karateyə həvəs yarandı?

- Təşəkkür edirəm ki, Ukraynada yaşayan soydaşlarımıza belə diqqət göstərirsiniz. Sözsüz ki, idmana, xüsusilə karateyə həvəsim uşaq ikən başladı. Bu da səbəbsiz deyil. Qanımda Azərbaycan qanı axırsa demək ki, idmana həvəsim də təsadüfi deyil. Azərbaycandan da kifayət qədər dünyada tanınmış karateçilər çıxıb.

- İdmançı karyeranda ən çox kimin dəstəyini hiss etmisən?

- Mənim idmançı olmağımda öncə valideynlərim dəstək olub. Qazandığım uğurlarda onların da əməyi böyükdür.

- Qazandığınız uğurlar haqqında nə deyə bilərsiniz?

- 2020-ci ilə qədər Çernovtsı şəhərində məşq etmişəm. Son üç ili isə Kiyevdə intensiv məşqlər edirəm. Ukraynanın beynəlxalq dərəcəli idman ustasıyam. 2023-cü ildə karate üzrə Avropa çempionu olmuşam. 2017-2022-ci illərdə Ukrayna çempionu titulunu qazanmışam.

- İdmançı kimi əsas hədəfiniz nədir?

- Əsas hədəflərimdən biri Olimpiya medalı qazanmaqdır. Bu hədəfimə çatmaq üçün yorulmadan məşqlərimə davam edirəm. İnanıram ki, məqsədimə çatacağam. Bunun üçün enerjim və istəyim böyükdür.

- Əslən qarabağlısan, özü də Ağdamdan. İndi Ağdam da daxil olmaqla, Azərbaycanın bir çox rayon və şəhərləri işğaldan azad edilib və həmin ərazilər yenidən qurulur. Bunları görmək necə hissdir?

- Əlbəttə, baş verənlər qürurvericidir. Xüsusilə, xaricdə yaşayan azərbaycanlılar üçün. İndi biz özümüzü daha xoşbəxt və bəxtəvər hiss edirik. Mən bütün yarışlarda tək Ukraynanı yox, həm də daxilən Azərbaycanı təmsil etmişəm. İmkan olan kimi dilbər Ağdama gedib, oranın gözəlliklərini görmək istəyirəm. Ümid edirəm ki, doğma yurduma getmək qismət olar. Azərbaycan mənim ana Vətənimdir və bu hər zaman belə də qalacaq. Ukraynanı da ikinci Vətənim kimi görürəm. Bu ölkəni çox sevirəm. Şanslı idmançıyam ki, mənə beynəlxalq turnirlərdə Azərbaycan və Ukraynadan olan insanlar azarkeşlik edir. Bütün yarışlarda Azərbaycan xalqının da dəstəyini hiss edirəm. Bu, mənə əlavə güc verir. Bütün bunlar mənim üçün çox dəyərli və xoşdur.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Güləş
Bu gün, 14:52

Dünya Güləş Birliyi 2027-ci ildən başlayaraq qazandığı hər görüşə görə xal verən yeni reytinq sistemini tətbiq edir

Futbol
Bu gün, 14:47

İmişli U-19 komandası 6 legioner futbolçu ilə gücləndirildi;

Futbol
Bu gün, 14:40

Kivu: "İnter"in "Feyenoord"a qarşı qələbəsi uğurlu oldu, növbəti matçlara köklənirik

Futbol
Bu gün, 14:37

Feйenoord azarkeşləri İnter qarşısında fişəng ataraq stadionun damına ziyan yetirib

Futbol
Bu gün, 14:29

Rəhim Həsənov: Kəpəz-İmişli matçında baş hakimin səhv qərarı

Futbol
Bu gün, 14:16

Elmar Baxşıyev: "Sabah" komandası Norveçdə "Viking"lə qarşılaşmada maneələri dəf etsə, uğurlu nəticə əldə edə bilər

Futbol
Bu gün, 14:07

Arsenal zədələrin azaldılması üçün NASA, Google və Apple ilə əməkdaşlıq edir

Futbol
Bu gün, 14:00

Elnur Cəfərov: "Şəfa"nın "Sumqayıt"a 1:1 hesablı matçını və mübahisəli penalti epizodunu dəyərləndirdi

Futbol
Bu gün, 13:49

Lukas Berqvall "Tottenhem"də qalacağını təsdiqləyib

Gimnastika
Bu gün, 13:44

Nankin-2026: Azərbaycan tamblinqdə ardıcıl üçüncü dünya çempionluğuna və batut gimnastikasında ilk fərdi medala layiq görüləcək?

Futbol
Bu gün, 13:40

Arda Turan italyan VAR hakimlərini sərt tənqid edib

Voleybol
Bu gün, 13:35

Turanın Çempionlar Liqası qarşılaşması üçün biletlər azarkeşlər üçün pulsuz

Qarabağ FK
Bu gün, 13:25

Qarabağ Klubu, Forma Hərfi Cəzaya Cavab İfade Etdi

Futbol
Bu gün, 13:10

Alleqri, “Sabah”la oynadığı Çempionlar Liqasının pley‑offunda 10 xal qazanmaq planlaşdırır

Digər
Bu gün, 13:02

Snuker çempionu Orxan Qubatov: Azərbaycanda bilyardın bütün növlərinin inkişafını arzulayıram

Futbol
Bu gün, 12:45

Rafinya UEFA Çempionlar Liqasında 23 qolla Neymar və Rivaldonu geridə qoyub;

Futbol
Bu gün, 12:39

Azərbaycan Premyer Liqasının XI turu “Zəfər turu” elan edildi

Futbol
Bu gün, 12:39

Fənərbağçanın yeni məşqçisi Emre Belözoğlu Liverpul matçı üçün iştirak qərarını verəcək

Voleybol
Bu gün, 12:28

CEV Çempionlar Liqasında "Maritza Plovdiv"-ı 3:0 hesabı ilə məğlub edən "Turan"ın voleybolçusu qələbəni qiymətləndirdi

Futbol
Bu gün, 12:23

Qalatasarayın 21 yaşlı yarımmüdafiəçisi Aleksey Batrakov Çempionlar Liqasında 4 oyunda 4 qolla Messi və Ronaldodan daha sürətli starta imza atdı

Futbol
Bu gün, 12:20

Tvente 9:0 hesabı ilə Ekselsioru məğlub edərək tarixçə böyük qələbə qazanıb

Futbol
Bu gün, 12:13

Kriştiano Ronaldu Erik ten Hag‑ın sərt tənqidlərinə cavabını verdi

Boks
Bu gün, 12:00

Gülər Hüseynova Azərbaycanın Dakar-2026 YOX boks təmsilçisi oldu

Futbol
Bu gün, 12:00

"Sabah" klubu Norveçdəki fanlarına 300 şərf təqdim edərək xüsusi jest etdi

Oxşar xəbərlər