ABŞ-li boksçu Terens Krouford peşəkar karyerasını başa vurduğunu açıqlayıb.
İdman.Biz xəbər verir ki, beş çəki dərəcəsində dünya çempionu olan boksçu qərarını sosial şəbəkələrdə paylaşdığı foto ilə ictimaiyyətə çatdırıb.
"Sübut edəcək heç nəyi qalmayan böyük biri kimi gedirəm" – T.Krouford şərhində yazıb.
Посмотреть эту публикацию в Instagram
Məlumat üçün əlavə edək ki, 38 yaşında rinqdən məğlubiyyətsiz ayrılan Krouford karyerası ərzində ardıcıl 42 qələbə qazanıb. Onlardan 31-i nokautla başa çatıb ki, bu da onun gücünü göstərir.