top
Tarixə düşən boksçumuz: “Məndən soruşurlar ki, “Səni kim alacaq?” - MÜSAHİBƏ İdman.biz
03 dekabr 2024, 11:48
- +

Tarixə düşən boksçumuz: “Məndən soruşurlar ki, “Səni kim alacaq?” - MÜSAHİBƏ

Azərbaycan millisinin boksçusu Aynur Mikayılovanın İdman.biz-ə müsahibəsi

- Monteneqroda qazandığınız uğurla adınızı boks tariximizə yazdınız. Artıq sizi gənclər arasında keçirilən dünya birinciliyində medal qazanan ilk azərbaycanlı qız kimi xatırlayacaqlar. Bəs sizin xatirinizdə Monteneqro necə qaldı?
- Bu nəticəni əldə etmək üçün çox əziyyət çəkmişdim. Artıq iki aydır ki, komanda olaraq evdən uzaq düşmüşdük. Təxminən, bir ay Azərbaycanda, bir ay da Özbəkistanda təlim-məşq toplanışı keçdik. Ondan sonra isə Monteneqroya yollandıq. Bu yarışa komanda olaraq çox yaxşı hazırlaşmışdıq. Sadəcə iş elə gətirdi ki, təkcə mən medal götürdüm.



- Yarışdan sonra özünüzü necə mükafatlandırdınız?
- Düzünü desəm, hələ ki, istirahət edə bilməmişəm. Yarışdan dördüncü gün gəlib, birinci gün məşqə başladıq. Qarşıda böyüklər arasında Azərbaycan çempionatı var. Hazırda bütün gücümüzlə ora hazırlaşırıq.

- Bəs yaxşı, qazandığınız mükafatla nə etməyi düşünürsünüz?
- Maşın alacam. Saray qəsəbəsində yaşadığım üçün Bakıya get-gəl məni çox yorur.

- Vəssalam?
- Bir də evdəkilərin kredit borcu var, yəqin ki, onu ödəyərəm.



- Evdəkilər demişkən, ailəniz bu sevinci necə yaşadı?
- Onların gözündə gördüyüm sevinci sözlərlə ifadə edə bilmərəm. İlk rumun rəqibimi keçəndən sonra ailəm bilirdi ki, medala bir addım qalıb. Ancaq nə vaxt döyüşəcəyimi bilmirdilər. Ümumiyyətlə, mən heç vaxt döyüş vaxtımı evdəkilərə demirəm. Nə anam, nə də atam həyəcandan döyüşə baxa bilir. Medalı alandan sonra görüntülü zəng etdim. Anam sevincindən ağlayırdı.

- Ailənizdə sizdən başqa idmanla məşğul olan var?
- Bacım boksla, qardaşımsa futbolla məşğuldur. Böyük mən olduğum üçün əvvəlcə məni idmana yönləndirdilər, sonra isə onlar məşğul olmağa başladı.

- Kim yönləndirdi?
- Babam. Deyəsən, o məndə bu işığı görmüşdü. Onun ümidlərini doğrultmaq üçün əlimdən gələni edirəm. Əslində, indi əlimdə olan nəticələr mənim üçün heç nədir. Daha böyük hədəflərim var.

- Məsələn?
- Qazandığım medalların qızıl olmağını istəyirəm.



- Bu dəfə bürünc oldu…
- Xırda səhvlər ucbatından qızıl medalı götürə bilmədim. Türkiyəli rəqibimə uduzdum, ancaq çempion çinli oldu. İçimdə bir hiss vardı ki, finala çıxsaydım, çinlini udardım. Düzü, həmin qarşılaşmadakı hakimi də bəyənmədim. Rəqibim daha çox tuturdu, hakim isə ancaq mənə irad bildirirdi. İstənilən halda bacara bilərdim. Təəssüf ki, olmadı.

- Sizin döyüşləriniz arasında ən çox yadımda qalan macarıstanlı rəqibiniz Reka Varqa Sara ilə qarşılaşmanız oldu. Rəqibiniz çox aqressiv görünürdü.
- O aqressiyanı mən də hiss etdim. Rinqdə psixoloji təzyiq etmək üçün möhkəm salamlaşdı. Döyüşməyə başlayanda isə rəqibin qorxduğunu hiss etdim, beləcə o qorxunu üstələyib qalib gəldim.

- Sonda ağladınız.
- Mən rinqdə həmişə ağlayıram. Çox emosional adamam.

- Bəs döyüş zamanı məşqçiniz necə davranır?
- Məşqdə motivasiya verir, ancaq rinqin kənarında bir dəfə rəqib vuranda, bir dəfə də o vurur. Deməli, yanvarda Serbiyada turnir vardı. Həmişə birinci raund uduzuram. Əsasən iki, yaxud üçüncü raundda açılışıram. Serbiyada da adəti üzrə ilk raundda uduzdum. Rinqin küncünə keçəndə İlkin müəllim əlindəki dəsmalın küncləri ilə üzümə o qədər vurdu ki, sifətim keyidi. Çox əsəbləşmişdi ki, gör kimə uduzursan. Boynumdakı damarı sıxan kimi özümə gəldim. Rinqə çıxıb rəqibə qalib gəldim. Məşqçimizin hər idmançı ilə özünəməxsus işləmək metodu var.

- Çəkinizi yeni dəyişmisiniz. Bu, məşqçinizin məsləhəti ilə oldu, yoxsa öz seçiminiz idi?
- Gənclər arasında dünya birinciliyi 57-də ilk yarışım idi. Avropa çempionatını aprel ayında 54 kq-da vuruşacaqdım. Sol qolumda yırtıq çıxdığı üçün gedə bilmədim. Çəkim qalxandan sonra məşqçiyə dedim ki, artıq 54-ə salan deyiləm, daha məndə bu çəki ilə vuruşmaq alınmır. Məşqçi əvvəlcə razılaşmadı ki, boyun çox balacadır. Ancaq texnika, dözümlülük olanda bunun öhdəsindən gəlmək olur. Boksda boy önəmlidir, çünki hündür adamın zərbəsi qısanın başına dəyir.

- Deyəsən, çəki salmaq sizin də yaralı yerinizdir.
- Hə. Təsəvvür edin, indi 57-də belə çəki salmalı oluram. O ac gecələr çox çətin olur. Biz çəki salanda yemək yox, ancaq su istəyirik. Suyun özü də ağırlıq verir. Döyüşə az qalmış çəki salacamsa, aclıq bir tərəfdən, həyəcan da bir tərəfdən yatmağa qoymur. Bir dəfə Belarusda döyüşüm vardı. Həmin gecə susuzluqdan yata bilmirdim. Dözə bilməyib, 200 qram su içdim. Səhər oyananda 100 qr artıq gəldi, nə elədimsə düşmədi. Sonda o 100 qramı mənə keçdilər. Ancaq təsəvvür edin ki, 100 qram belə nə qədər böyük problem yaradır. Hərdən özümə əsəbləşirəm ki, niyə o qədər idman növlərinin içərisində çəkiyə bağlı olan boksu seçmisən.

- Son illərdə boksu seçən qızlarımızın sayında xeyli artım var. Sizcə bu nə ilə bağlıdır?
- Hə. Əvvəllər boksda qız az idi. Ancaq indi pul var deyə, qız da var. Əvvəl bir-iki güclü rəqibi udub Azərbaycan çempionu olurdunsa, indi hər çəkinin öz güclüləri var.

- Çox güman, bir çox idmançı kimi siz də gücünüzü Olimpiadada sınamaq istəyirsiniz.
- Bəli. Los-Anceles Olimpiadasında iştirak etməyi çox istəyirəm. Ona qədər isə qarşıma qoyduğum məqsədlər var. Bu dörd ilin içərisində iki dünya, dörd Avropa çempionatı olacaq. Bu çempionatlarda qızıl qazanmaq arzusundayam.

- Qadın və boks. Çətin deyil ki?
- Boksa təzə başlayanda qohum-qonşu deyirdi ki, qız nədir, idman nədir? Ancaq ailəm və yaxınlarım daim dəstək olurdu. Hərdən məndən soruşurlar ki, "Səni kim alacaq?" (gülümsəyir)

- Zaldan kənar həyatınız necə keçir?
- Düzü, günümün çox hissəsi zalda oluram. Ən yaxın rəfiqəm də elə boksçudur - Qızbəs İsgəndərli. Onunla bir zalda məşq edib yarışlara gedirik. İdmandan kənar da dostlarım var. Ancaq onlara çox vaxt ayıra bilmirəm. Rəfiqələrim gəzməyə çıxmaq istəyəndə, mən məşqə qaçıram. Buna görə məndən tez-tez inciyirlər.

- Ev işləri görə bilirsiniz?
- Əlbəttə. Atam çay istəyəndə deyim ki, idmançıyam gətirmirəm?

Aytac Sahəd
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 13:30

Zamiq Əliyev 90 dəqiqə meydanda – Eqnatiya 2:1 Skenderbeu

Futbol
Bu gün, 13:30

Zamiq Əliyev “Eqnatiya”nın 2:1 qalibiyyəti üçün 90 dəqiqə meydanda

Futbol
Bu gün, 13:30

Zamiq Əliyev bütün 90 dəqiqəni sahədə keçirdi və 'Eqnatiya' 2:1 qələbə qazandı

Futbol
Bu gün, 13:30

Zamiq Əliyev Eqnatiyada 90 dəqiqə çıxaraq Skenderbeunu 2:1 məğlub etdi

Digər
Bu gün, 13:28

Bakıda “IRONMAN 70.3” triatlonunda xorvatiyalı Matey Jukiç birinci oldu - FOTO/VİDEO

Futbol
Bu gün, 13:10

Argentina əsilli Marcelo Galyardo, Ekvador millisinin yeni baş məşqçisi seçildi

Futbol
Bu gün, 13:10

Argentinalı məşqçi Marcelo Gallardo, Ekvador millisinin yeni baş məşqçisi seçildi

Futbol
Bu gün, 13:10

Argentinalı məşqçi Marcelo Gallardo Ekvador millisinin yeni baş məşqçisi olacaq

Basketbol
Bu gün, 13:00

Neftçi SOCAR qadınlar 3x3 basketbol seriyasının mövsüm finalına çıxır

Basketbol
Bu gün, 13:00

Neftçi SOCAR 3x3 basketbol komandası FIBA Qadınlar Seriyası mövsüm finalına çıxır

Futbol
Bu gün, 12:50

Ukraynalı qapıçı Anatoli Trubin Benfikada qalacaq

Futbol
Bu gün, 12:50

Ukraynalı qapıçı Anatoli Trubin Benfikada qalır

Futbol
Bu gün, 12:50

Anatoli Trubin Benfica klubunda qalacaq

Futbol
Bu gün, 12:50

Ukraynalı qapıçı Anatoli Trubin Benfikada qalacaq

Futbol
Bu gün, 12:30

Qaziantep Super Liqa klubunun yeni baş məşqçisi Orhan Aka

Futbol
Bu gün, 12:30

Qaziantep FK‑nin yeni baş məşqçisi Orhan Aka təyin edildi

Futbol
Bu gün, 12:30

Qaziantep FK-nın yeni baş məşqçisi Orhan Aka təyin olundu

Futbol
Bu gün, 12:30

Qaziantep FK-nın yeni baş məşqçisi Orhan Aka təyin olundu

Futbol
Bu gün, 12:09

“İsnik Alimi “Qəbələ”nin sabiq futbolçusu olaraq Azərbaycana qayıda bilər”

Digər
Bu gün, 11:29

Paris UFC gecəsində Bakı vaxtı ilə döyüşlərin tam cədvəli

Futbol
Bu gün, 10:30

“Sabah” UEFA Çempionlar Liqasının ev oyunlarını Bakı Olimpiya Stadionunda keçirəcək

Futbol
Bu gün, 10:29

Neftçi - Şəfa: Dördüncü turda Palms Sports Arena’da 20:30’da görüş

Futbol
Bu gün, 10:29

Neftçi – Şəfa matçı Palms Sports Arena’da, saat 20:30‑da başlayacaq

Futbol
Bu gün, 10:29

Neftçi – Şəfa qarşılaşması Palms Sports Arena’da saat 20:30‑da

Oxşar xəbərlər