top
Ramal Amanov: Gəncə boksu üçün rüsvayçılıqdır Idman.biz
25 noyabr 2025, 11:09
- ↺ +

Ramal Amanov: Gəncə boksu üçün rüsvayçılıqdır

Yaxın keçmişdə onun adı ölkənin həvəskar boksunda xüsusi yer tuturdu. O, 20 yaşında kubalı Yordenis Uqasa yalnız finalda uduzaraq həvəskar boksçular arasında dünya çempionatının gümüş mükafatçısı olmuşdu. Daha sonra qazandığı bütün imtiyazlara baxmayaraq, cəmi 26 yaşında həvəskar boks karyerasını dayandırdı. Ardınca elə eyni sürətlə peşəkar boksa daxil oldu və çox qısa zamanda ən güclülər sırasına düşdü. Sonra yenidən yoxa çıxdı. Bəs hazırda ABŞ-də yaşayan Ramal Amanov nə ilə məşğuldur?

İdman.biz qısa müddət vətəndə olan Ramal Amanovdan müsahibə götürüb.

- Ramal, boksda ulduzunuz necə parlamışdısa, elə də tez sönmüşdü. İstər həvəskar, istərsə də peşəkar boksda. Niyə belə oldu?

- Həvəskar boksla bağlı bütün problemlər 2007-ci il dünya çempionatından sonra başladı. Mən orada olimpiya lisenziyası qazana bilmədim. Tək mən yox, həmin vaxt komandamız demək olar ki, tam şəkildə uğursuzluğa düçar oldu. Daha sonra federasiya rəhbərlərindən biri toplantıda məni hamının qarşısında təhqir etdi. Yəqin ki, dünya çempionatının finalçısı olduğum üçün bütün ümidlər mənə idi və o an sadəcə zərbə altına düşdüm. Mən də hamının qarşısında ona cavab verdim və iclasdan çıxdım. Bundan sonra demək olar ki, məni boksdan uzaqlaşdırmağa başladılar.

- Amma siz digər turnirlərdə də lisenziya qazana bilmədiniz. Sonra yenidən Azərbaycan çempionu oldunuz və yenə uduzdunuz - 2010-cu il Avropa çempionatında...

- Eyni zamanda, 2011-ci ildə keçirilən ev dünya çempionatına da düşə bilmədim! Məhz o vaxt anladım ki, getmək lazımdır, baxmayaraq ki, cəmi 27 yaşım vardı. Boksdan ayrıldım və Rusiyada bizneslə məşğul olmaq qərarına gəldim.

- Amma sonra yenidən qayıtdınız, bu dəfə peşəkar boksa.

- Bəli, tamamilə doğrudur. Moskvada tanışlarım məni qayıtmağa razı salırdı. İşdən sonra birlikdə zalda məşq edirdik, onlar isə davamlı şəkildə deyirdilər ki, mən mütləq karyeramı bərpa etməliyəm. Uzun müddət tərəddüd etdim, ta ki, 1988-ci ilin olimpiya çempionu Vyaçeslav Yanovskiylə tanış olana qədər. O, mənə özümə inamı qaytardı, daim vurğulayırdı ki, mən çox istedadlıyam və peşəkar boksa yaxşı nəticə göstərə bilərəm.

- Və siz nəticə göstərməyə başladınız…

- Bəli, elə də oldu. Amma yenə bəxtim gətirmədi. Bir neçə ardıcıl qələbədən sonra mənə Azərbaycan yox, Rusiya bayrağı altında çıxış etməyi təklif etdilər və mən buna qəti şəkildə etiraz etdim. Cavab olaraq mənimlə əməkdaşlıqdan imtina etdilər. Onları başa düşmək mümkündür - mən Rusiyada məşq edir və çıxış edirdim.

- Bəs Azərbaycan? Ölkəmizdə həm həvəskarlarda dünya çempionatının gümüş mükafatçısı, həm də peşəkar səviyyədə uğurla çıxış edən idmançı ilə maraqlanmadılar?

- O vaxt bizim hətta peşəkar boks federasiyamız belə yox idi! Kim mənimlə maraqlanacaqdı ki? Ona görə ABŞ-yə getməyə və karyeranı üçüncü dəfə sıfırdan başlamağa məcbur oldum.

- Və siz birbaşa Corc Formanın yanına düşdünüz…

- Tamamilə doğrudur! Dünya boksunun belə bir əfsanəsinin rəhbərliyi altında məşq etmək kimi ən böyük arzunun gerçəkləşməsi idi. Onun metodlarından şoka düşmüşdüm! Anladım ki, sadəcə olaraq bu sistemi bilmədiyim və mənimlə əvvəllər heç kimin bu cür işləmədiyi üçün nə qədər vacib məqamları əldən vermişəm. Qısa müddətdə 63,5 kq çəkidə WBO versiyasına görə dünyanın ən yaxşı 15 boksçusundan biri oldum. Bakıda döyüş keçirməyi planlaşdırırdıq, çünki hələ də Azərbaycan bayrağı altında çıxış edirdim. Amma Azərbaycanda döyüşün keçirilməsini dəstəkləyən olmadı. Halbuki məni rinqə özü Konstantin Tsyu çıxarmalı idi - vaxtilə mənim rəqibim olmuş məşhur Zab Cudanı məhz o məğlub etmişdi. Cuda mənimlə görüşənədək yalnız top rəqiblərlə döyüşmüşdü. Təəssüf ki, geniş anons edilməsinə baxmayaraq, döyüş baş tutmadı.

- Deməli, peşəkar boksda da vətəndə sizinlə maraqlanan olmayıb?

- Təəssüf ki, bəli. Üstəlik, karyeramı başa vuranda - hətta məşhur "Madison Square Qarden" arenasında da döyüş keçirməyə imkan tapdım… Məndən əvvəl və məndən sonra orada heç bir azərbaycanlı boksçu orada çıxış etməyib. Doğrudur, həmin döyüşü göz travmasına görə uduzdum - qarşılaşma dayandırıldı və məni dərhal xəstəxanaya apardılar, yoxsa kor qala bilərdim. Bundan sonra aparıcı peşəkarlar sırasından çıxdım, baxmayaraq ki, bir müddət həm ABŞ-də, həm də Türkiyədə çıxış etməyə davam etdim.

- İndi vəziyyət necədir? Harada işləyirsiniz?

- Heç yerdə… Belə çıxır ki, məşqçi kimi də öz ölkəmə lazım deyiləm. Halbuki karyeram bitdikdən sonra məni Hyustona və Mayamiyə dəvət etmişdilər, amma mən Azərbaycana qayıtmaq qərarına gəldim. Düşünürdüm ki, faydalı ola bilərəm, amma hətta doğma Gəncədə belə mənə yer tapılmadı. Məqsədim doğma şəhərimdə boksu inkişaf etdirmək idi. Gəncədə uzun müddətdir ki, nəinki böyük beynəlxalq yarışların qalibləri, hətta Azərbaycan çempionları belə yoxdur. Halbuki burada "ştatda" 40-dan çox boks məşqçisinin olduğu göstərilir. Lakin bu sadəcə saydır, çünki real işləyən və nəticə verən maksimum iki-üç nəfərdir. Bu, Gəncə boksu üçün həqiqətən də rüsvayçılıqdır.

Mən cəmi bir ay yarım ərzində ölkə çempionatının bürünc mükafatçısı adını qazanan, ağır çəkili Teymur Aslanovu məşq etdirib ölkə boksuna qazandırdım, digər məşqçilərin isə heç bir nəticəsi yoxdur!

- Bəlkə buna görə artıq uzun illərdir ki, milli komandanı əcnəbi mütəxəssislər çalışdırır?

- Xeyr, mən belə hesab etmirəm. Mən deyirəm ki, Gəncədə real işləyən məşqçilər yoxdur, amma bu, bütün Azərbaycana aid deyil. Bizim çox güclü mütəxəssislərimiz var: Ağası Məmmədov, Samir Məmmədov, Teymur Məmmədov… Bu Məmmədovların hər biri hazırkı millinin baş məşqçisi Ravşan Xocayev daha yaxşıdır (gülür). Ümumiyyətlə anlamıram, Azərbaycan dilini bilməyən məşqçi bizim boksçularla necə tam şəkildə işləyə bilər? Halbuki bu qədər istedadlı yerli məşqçi var… Bu, sadəcə absurd bir vəziyyətdir.

Vüqar Vüqarlı

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Basketbol
Bu gün, 01:47

Naxçıvanın baş məşqçisi qələbəni, Sumqayıtın baş məşqçisi məğlubiyyəti şərh etdi

Futbol
Bu gün, 01:21

Mançester Siti Premyer Liqa ilə maliyyə cəriməsi razılaşması üçün danışıqlar apardı

Futbol
Bu gün, 00:41

Azərbaycan qadın milli komandası Antalyasporu 2:1 hesabla məğlub etdi

Futbol
Bu gün, 00:12

Jorge Jesúsun Ronaldu ilə münaqişəsi ona da cəza gətirə bilər

Futbol
Dünən, 21:23

Premyer Liqanın VII turunda Sabah ilə Neftçi arasında bərabərlik

Futbol
Dünən, 19:49

Türkiyə Futbol Federasiyası Montellanı vəzifəsindən azad etdi

Qarabağ FK
Dünən, 16:45

Azərbaycan Kubokunda 12‑0 qalibiyyətlə son 23 mövsümün ən böyük fərq rekordunu kəsdi

Cüdo
Dünən, 12:57

Jüdo dünya çempionu Sansiro Murao: “Azərbaycan çox gözəl və qonaqpərvərdir”

Cüdo
Dünən, 10:56

Cüdo üzrə Olimpiya çempionumuz Zelim Kotsoyev dünya çempionatının 1/32 finalına çıxır - YENİLƏNİR + FOTO

Boks
Dünən, 10:55

Avropa U‑17 boks çempionatında Azərbaycanlı səkkiz boksçumuz yarımfinala yüksəldi

Basketbol
Dünən, 10:39

ABL ikinci turda Sumqayıt Naxçıvanı ev sahəsində qarşılayacaq

Futbol
Dünən, 09:56

Neftçi – Sabah qarşılaşması Misli Premyer Liqasının 7-ci turunda Palms Sports Arena’da

Futbol
Dünən, 05:14

Ançelotti Braziliya millisində rekord qıraraq ən aşağı qələbə faizini əldə etdi

Futbol
Dünən, 01:58

İnтерin yarımmüdafiəçisi Curtis Cons zədələnib, Milan derbisini də qaçıracaq

Futbol
Dünən, 00:45

Arsenal və Tottenham Kenan Yıldızın İngiltərə Premyer Liqasına keçidi ilə maraqlanır

Olimpiada
08 oktyabr 2026, 23:28

Lindsey Vonn ağır zədədən sonra 2026/27 mövsümündə ABŞ millisinin heyətinə daxil olub

Futbol
08 oktyabr 2026, 22:59

Barcelona müdafiəçisi Xavi Esparta ilə müqaviləsini 2030-cu ilə qədər uzatdı

Cüdo
08 oktyabr 2026, 22:46

Bakıda keçirilən cüdo dünya çempionatı: Azərbaycan üçüncü yerdə

Futbol
08 oktyabr 2026, 22:33

PSJ iki oyunçusuna əlavə istirahət verdi

Futbol
08 oktyabr 2026, 21:23

AFFA rəhbərinə UEFA-dan Qadınlar Dünya Çempionatı 2027 seçmə matçı üçün təyinat

Futbol
08 oktyabr 2026, 19:25

“İmişli” PFK‑da Zamir Həsənov və Rəsul Allahverdiyevlə yollar ayrıldı

Basketbol
08 oktyabr 2026, 16:57

“Neftçi”nin basketbolçusu: “FIBA Avropa Kubokunda mərhələ keçmək üçün şansımız var”

Basketbol
08 oktyabr 2026, 12:14

Sumqayıtın basketbolçısı Teyvion Kirk: ‘Play‑offun dörd ən güclü komandası arasında olmaq istəyirik’

Futbol
08 oktyabr 2026, 11:26

“Neftçi” Matheus Davonu qış transferində heyətinə qatmaq istəyir

Oxşar xəbərlər