top
Qız boksçularına valideyn və qardaş kimi yanaşmalıyıq Idman.biz
Bu gün, 16:14
- ↺ +

Qız boksçularına valideyn və qardaş kimi yanaşmalıyıq

Azərbaycanın qadınlardan ibarət boks millisinin baş məşqçisi İlkin Ağayev "Dakar-2026" Yeniyetmələrin Dördüncü Yay Olimpiya Oyunlarında ölkəmizin yeganə boks təmsilçisi Gülər Hüseynovanın medal şanslarını dəyərləndirib.

İdman.Biz-ə açıqlamasında mütəxəssis bildirib ki, Yeniyetmələrin Olimpiadasında uğurlu çıxış etmək komandanın bu il üçün əsas hədəflərindən biridir:

"Bu il əsas məqsədimiz Yeniyetmələrin Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq idi. Lisenziya turnirində həm oğlanlar, həm də qızlar iştirak etdilər. Lakin kimin çempion olmasından asılı olmayaraq, ölkəmizə cəmi bir kvota ayrıldı. Təbii ki, Gülərin medal qazanmaq şansı var. İnşallah, püşkatma da uğurlu olsa, yaxşı döyüş nümayiş etdirəcək".

İlkin Ağayev Azərbaycanda qadın boksunun inkişafından və idmançıların son uğurlarının səbəblərindən də danışıb:

"Son dövrlərdə qızlarımız beynəlxalq arenada uğurla çıxış edirlər. Oktyabrda Cəmilə Muradlı Avropa çempionu oldu, ötən il isə Gülər Hüseynova qitə birinciliyində qızıl medal qazandı. Milli komandaya gəldiyim ilk gündən qarşımıza qoyulan əsas məqsəd Azərbaycanda qadın boksunu inkişaf etdirmək, Avropa və dünya rinqlərində medallar qazanmaqdır. Şükürlər olsun ki, bu istiqamətdə irəliləyirik.

İdmançılarımızın uğurlarının əsasında ilk növbədə intizam dayanır. Məşqlərə və təlim-məşq toplanışlarına vaxtında qatılır, bütün tapşırıqları düzgün yerinə yetiririk. Qızlarla işləyərkən isə bəzən onlara həm valideyn, həm məşqçi, həm də qardaş olmaq lazımdır. Biz də bu prinsiplə çalışırıq və şükürlər olsun ki, nəticələrimiz var. Təbii ki, federasiya da bütün təlim-məşq toplanışlarını və yarışlarda iştirakımızı yüksək səviyyədə təşkil edir. Biz bu yola hələ yeni başlamışıq. İnşallah, gələcəkdə daha yaxşı nəticələr əldə edəcəyik".

Baş məşqçi komandanın hazırkı inkişaf tempini qoruyacağı təqdirdə, Azərbaycan qadın boksçularının böyüklər arasında Olimpiya Oyunlarında da mübarizə apara biləcəyinə inandığını bildirib:

"Məqsədimiz böyüklər arasında Olimpiya Oyunlarında da Azərbaycanın qadın boksçularla təmsil olunmasıdır. Bu istiqamətdə inamla irəliləyirik. Çünki Gülər Hüseynova, Cəmilə Muradlı və Banuçiçək Nəsirli kimi perspektivli idmançılarımız var. Əlbəttə, onları Avropa və dünya çempionatlarında, eləcə də Olimpiya Oyunlarında görmək istəyirik. Ancaq bunun üçün bir qədər vaxt lazımdır. Məsələn, Gülərin yaşı Los-Anceles Olimpiadasında iştirak etməyə imkan vermir. İnşallah, 2032-ci il Olimpiya Oyunlarında qadın boksçularımızı rinqdə görəcəyik", - deyə İlkin Ağayev fikirlərini yekunlaşdırıb.

Qeyd edək ki, Dakar-2026-da boks yarışlarına noyabrın 7-də start veriləcək. Azərbaycanı 51 kq çəki dərəcəsində Gülər Hüseynova təmsil edəcək.

Yeniyetmələrin Dördüncü Yay Olimpiya Oyunlarında Azərbaycan səkkiz idman növü üzrə 13 idmançı ilə təmsil olunur. Hazırda millimizin aktivində bir medal var. Yeganə mükafatı cüdoçu İbrahim Talıbov 55 kq çəki dərəcəsində qızıl medal qazanaraq ölkəmizə gətirib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 16:20

Rayan Ait-Nuri qış transfer pəncərəsində Mançester Sitini tərk etmək niyyətindədir

Futbol
Bu gün, 16:02

Barselona futbolçusu Jül Kunde, Atletiko qarşılaşmasını da buraxacaq;

Qarabağ FK
Bu gün, 16:00

“Sabah”sız rəmzi komanda: “Qarabağ” və “Neftçi”də yalnız bir oyunçu

Futbol
Bu gün, 15:59

“Flamenqo” Alissona Braziliyada qayıdışı üçün maraq

Gimnastika
Bu gün, 15:40

Xüsusi Olimpiya çərçivəsində Zəfər Gününə həsr olunmuş bədii gimnastika yarışı

Futbol
Bu gün, 15:37

Kódzo Taşima, FİFA prezidentliyinə namizədliyini irəli sürdü

Futbol
Bu gün, 15:30

Barcelona Bakıdakı “Sabah” ilə matça ciddi itkilərlə çıxa bilər

Qarabağ FK
Bu gün, 15:08

Nəriman Axundzadə: Errumspor’da daha çox forma şansı qazanacağam;

Futbol
Bu gün, 15:00

Zəfər Günü münasibətilə Kəpəzin kollektivi ilə şəhid övladları buluşdu

Futbol
Bu gün, 14:45

Ronaldo Portuqaliya milli komandasından bəhs edərək karyerasını başa vurduğunu elan edib

Futbol
Bu gün, 14:44

Kreşianu Ronaldo Milli Komandanı Tərk Edir: ‘Yolum Bitti’

Qarabağ FK
Bu gün, 14:41

Anatoli Ponomaryov: Azərbaycanlı futbolçuların Avropaya transferi çətindir

Futbol
Bu gün, 14:40

Mançester Yunayted Liverpoolun hücumçusunu hədəfləyir

Futbol
Bu gün, 14:36

Kriştianu Ronaldo Portuqaliya millətində karyerasını bitirdi

Futbol
Bu gün, 14:18

Kəpəz futbolçusu Viktor Stina Moldova milli komandası üçün dəvət aldı

Futbol
Bu gün, 14:01

Braziliyada 20 yaşlılar arasında baş verən kütləvi davadan sonra 53 nəfərə qırmızı vərəqə verildi

Futbol
Bu gün, 14:01

Yurgen Klopp Niklas Fülkruqu Almaniya millisinə çağırmaqla planlaşdırır

Futbol
Bu gün, 14:00

Vikinq, “Sabah”ı 4:1-ə məğlub etdi

Futbol
Bu gün, 13:52

Barselona Hans-Diter Flikin rəhbərliyi altında son 100 ilin rekordunu qıraraq 15 rəsmi matçda 60 qol vuran göstəriciyə imza atıb

Futbol
Bu gün, 13:42

Fabreqas PSJ ilə qarşılaşmağı düşündüyündə yatmaqdan çəkindirir

Minifutbol
Bu gün, 13:34

Azərbaycan futzalı Çexiya ilə 2028 Dünya Çempionatının əsas mərhələsində qalib gəlmək üçün həyəcanlanır

Futbol
Bu gün, 13:31

Elhad Naziri: Gəncəbasarın futbolçularının büdcəsi 22 min manat

Futbol
Bu gün, 12:53

Elvin Yunuszadə: Türkiyədə Futbol Mühiti Tamamilə Fərqlidir

Oxşar xəbərlər