top
MMA üzrə mütəxəssis Şiraslan Kərimov Bakıdakı UFC turnirində Azərbaycan idmançılarının çıxışını dəyərləndirib Idman.biz
23 iyun 2025, 17:17
- ↺ +

MMA üzrə mütəxəssis Şiraslan Kərimov Bakıdakı UFC turnirində Azərbaycan idmançılarının çıxışını dəyərləndirib

"Azərbaycanda çox möhtəşəm döyüş gecəsi keçirildi. Belə nüfuzlu turnirin ölkəmizdə təşkil olunacağını bir neçə il öncə təxmin etmək çətin idi. Amma biz bunu bacardıq. Bu işdə əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm".

İdman.biz bu sözləri AZƏRTAC-a açıqlamasında MMA üzrə mütəxəssis Şiraslan Kərimov deyib.

O, Azərbaycan idmançılarının Bakının ilk dəfə ev sahibliyi etdiyi UFC turnirindəki çıxışını dəyərləndirib: "Rafael Fiziyev çilili İqnasio Bahamondeslə döyüşdə öz təcrübəsini göstərdi. Son döyüşlərdə üç məğlubiyyət almasına baxmayaraq, hazırda ideal formadadır. Onun səviyyəsi rəqibindən qat-qat üstündür. Rafael göstərdi ki, rəqib nə qədər hərtərəfli olsa da, bəzi hallarda təcrübə daha vacibdir. Əslində nokaut gözləyirdim. Amma təmsilçimizə sadəcə qələbə lazım idi. Doğru taktikalardan istifadə edərək görüşdən qalib ayrıldı. Ümumiyyətlə, MMA elə bir idman növüdür ki, yaxşı nəticə üçün hərtərəfli olmaq lazımdır. Rafael də bunu sübut etdi. Nazim Sadıxova gəlincə, mənə görə, o, braziliyalı rəqibi Nikolas Motta ilə eyni səviyyədədir. Bəzi insanlar fikrimlə razı deyillər. Döyüşdə iki idmançı arasında gərgin mübarizənin getdiyini müşahidə etdik. Bir neçə epizodda çox həyəcan keçirdik. Amma Nazim üstünlüyü qoruya bildi və qələbə qazandı. Bildiyiniz kimi, idmançımız UFC tərəfindən "Gecənin Döyüşü" və "Ən Yaxşı Nokaut" bonuslarını əldə etdi. Buna görə, o, ümumilikdə 100 min dollar mükafata yiyələndi. Döyüşə çox yaxşı hazırlaşmışdı. O, Azərbaycanda heç vaxt uduzmayacağını söyləmişdi".

Kərimov qırğızıstanlı Mıqtıbek Orolbaya məğlub olan Tofiq Musayevin haqsızlıqla üzləşdiyini bildirib: "Tofiq bizim əfsanəmizdir. Çox güclü döyüşçü, kifayət qədər nəticələri olan idmançıdır. Vaxtilə ölkəmizdə keçirilən "Rizin" turnirində kəmərin sahibi olmuşdu. Amma bu dəfə onun rəqibi Orolbay güləşə üstünlük verdi. Biz gördük ki, rəqib çəkiölçmə mərasimində peşəkarlıq göstərmədi. Tam hazırlıqlı deyildi. Döyüş 70 kiloqram 800 qramda keçirilməli idi. Amma nəticədə 75 kiloqramda təşkil edildi. Tofiq çəkisini demək olar ki, tam salmışdı. O, 71 kiloqram idi. Amma rəqibinin çəkisi ondan təxminən 3 kilo artıq idi. Bu, Tofiq üçün çox böyük çəkidir. Bunlardan əlavə, Orolbay idmançımız üzərində doğru taktika seçmişdi. Təbii ki, döyüş ayaq üstə keçirilsəydi, daha maraqlı olardı. Amma rəqibin buna ehtiyacı yox idi. Musayevin zəif və güclü nöqtələrini yaxşı bilirdi. Ona görə qurduğu planı dəqiqliklə yerinə yetirərək qalib gəldi. İnanıram ki, Tofiq öz çəkisində olan döyüşçü ilə üz-üzə gəlsə, asanlıqla qələbə qazana bilər. Ümid edirəm ki, növbəti turnirlərdə maraqlı qarşılaşmalara şahidlik edəcəyik".

Qeyd edək ki, yarışda ümumilikdə 24 idmançı qüvvəsini sınayıb. Müxtəlif çəkili idmançılar ilkin və əsas döyüşlərdə mübarizə aparıblar. Maraqlı idman mübarizəsi şəraitində keçən turnirdə 12 nəfər qalib olub.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Güləş
Bu gün, 14:52

Dünya Güləş Birliyi 2027-ci ildən başlayaraq qazandığı hər görüşə görə xal verən yeni reytinq sistemini tətbiq edir

Futbol
Bu gün, 14:47

İmişli U-19 komandası 6 legioner futbolçu ilə gücləndirildi;

Futbol
Bu gün, 14:40

Kivu: "İnter"in "Feyenoord"a qarşı qələbəsi uğurlu oldu, növbəti matçlara köklənirik

Futbol
Bu gün, 14:37

Feйenoord azarkeşləri İnter qarşısında fişəng ataraq stadionun damına ziyan yetirib

Futbol
Bu gün, 14:29

Rəhim Həsənov: Kəpəz-İmişli matçında baş hakimin səhv qərarı

Futbol
Bu gün, 14:16

Elmar Baxşıyev: "Sabah" komandası Norveçdə "Viking"lə qarşılaşmada maneələri dəf etsə, uğurlu nəticə əldə edə bilər

Futbol
Bu gün, 14:07

Arsenal zədələrin azaldılması üçün NASA, Google və Apple ilə əməkdaşlıq edir

Futbol
Bu gün, 14:00

Elnur Cəfərov: "Şəfa"nın "Sumqayıt"a 1:1 hesablı matçını və mübahisəli penalti epizodunu dəyərləndirdi

Futbol
Bu gün, 13:49

Lukas Berqvall "Tottenhem"də qalacağını təsdiqləyib

Gimnastika
Bu gün, 13:44

Nankin-2026: Azərbaycan tamblinqdə ardıcıl üçüncü dünya çempionluğuna və batut gimnastikasında ilk fərdi medala layiq görüləcək?

Futbol
Bu gün, 13:40

Arda Turan italyan VAR hakimlərini sərt tənqid edib

Voleybol
Bu gün, 13:35

Turanın Çempionlar Liqası qarşılaşması üçün biletlər azarkeşlər üçün pulsuz

Qarabağ FK
Bu gün, 13:25

Qarabağ Klubu, Forma Hərfi Cəzaya Cavab İfade Etdi

Futbol
Bu gün, 13:10

Alleqri, “Sabah”la oynadığı Çempionlar Liqasının pley‑offunda 10 xal qazanmaq planlaşdırır

Digər
Bu gün, 13:02

Snuker çempionu Orxan Qubatov: Azərbaycanda bilyardın bütün növlərinin inkişafını arzulayıram

Futbol
Bu gün, 12:45

Rafinya UEFA Çempionlar Liqasında 23 qolla Neymar və Rivaldonu geridə qoyub;

Futbol
Bu gün, 12:39

Azərbaycan Premyer Liqasının XI turu “Zəfər turu” elan edildi

Futbol
Bu gün, 12:39

Fənərbağçanın yeni məşqçisi Emre Belözoğlu Liverpul matçı üçün iştirak qərarını verəcək

Voleybol
Bu gün, 12:28

CEV Çempionlar Liqasında "Maritza Plovdiv"-ı 3:0 hesabı ilə məğlub edən "Turan"ın voleybolçusu qələbəni qiymətləndirdi

Futbol
Bu gün, 12:23

Qalatasarayın 21 yaşlı yarımmüdafiəçisi Aleksey Batrakov Çempionlar Liqasında 4 oyunda 4 qolla Messi və Ronaldodan daha sürətli starta imza atdı

Futbol
Bu gün, 12:20

Tvente 9:0 hesabı ilə Ekselsioru məğlub edərək tarixçə böyük qələbə qazanıb

Futbol
Bu gün, 12:13

Kriştiano Ronaldu Erik ten Hag‑ın sərt tənqidlərinə cavabını verdi

Boks
Bu gün, 12:00

Gülər Hüseynova Azərbaycanın Dakar-2026 YOX boks təmsilçisi oldu

Futbol
Bu gün, 12:00

"Sabah" klubu Norveçdəki fanlarına 300 şərf təqdim edərək xüsusi jest etdi

Oxşar xəbərlər