top
Matriksdən olan döyüşçü UFC-nin gələcək vəd edən ulduzunu çətin sınağa çəkəcək Idman.biz
04 may 2025, 09:38
- ↺ +

"Matriksdən olan döyüşçü" UFC-nin gələcək vəd edən ulduzunu çətin sınağa çəkəcək

İyunun 21-də Azərbaycanda ilk dəfə Bakıda UFC turniri keçiriləcək və burada gecənin əsas döyüşündə yarımağır çəkidə aparıcı idmançılardan olan Camal Hill və Xalil Rountree üz-üzə gələcəklər.

İdman.biz xəbər verir ki, ondan əvvəl isə maraqlı yüngül çəkilər Rafael Fiziyev və İqnasio Bahamondes arasında görüş olacaq.

Rusiyanın "Sport24" saytı məqaləsində bildirir ki, qarşıdakı döyüş Fiziyev üçün UFC-də 11-ci olacaq. 32 yaşlı azərbaycanlı hazırda karyerasının ən çətin dövrünü yaşayır: belə ki, son üç döyüşündə məğlub olub. Bu uğursuzluqlar 2023-cü ilin martından 2025-ci ilin martına kimi baş verib: Fiziyev iki dəfə Castin Qetjiyə hakimlərin qərarı ilə, Mateuş Qamrota isə ağır zədə səbəbindən məğlub olub. O, diz bağlarının yırtılmasından sonra iki il müalicə alaraq iki ay əvvəl qayıdıb. O, Qetji ilə revanş döyüşü keçirdi və amerikalı ikinci dəfə azərbaycanlıdan güclü olduğunu sübut etdi.

Halbuki 2023-cü ilin yazına - Qetjiyə ilk dəfə məğlub olana qədər Fiziyev ardıcıl altı qələbə qazanmışdı və yüngül çəki reytinqində 6cı sırada yer almışdı. İndi bütün uğursuzluqlardan sonra azərbaycanlı döyüşçü 11-ci yerə düşüb. Amma bir vaxtlar o, divizionda titul uğrunda ən parlaq iddiaçılardan biri hesab olunurdu. Üstəlik, Fiziyevin UFC-yə qeyri-adi gəlişi ilə bağlı hekayə də var idi. 2019-cu ildə Rafael liqada döyüşmək üçün ilk şansını o vaxtk rəqibin əla zərbəsindən ustalıqla yayınması ilə bağlı videosunun sosial şəbəkələrdə populyarlaşması sayəsində əldə etmişdi. UFC prezidenti Dana Uaytı heyran edən bu video sayəsində azərbaycanlı bir müddət "Matritsadan olan döyüşçü" də adlandırılmışdı.

Fiziyevin yeni rəqibi 27 yaşlı çilili İqnasio Bahamondes olacaq. Onun liqada səkkiz döyüşü və altı qələbəsi var. Bahamondes hazırda üç döyüşlük qələbə seriyasına malikdir və liqanın yüksəlməkdə olan ulduzu hesab olunur. Onun hesabında vaxtından əvvəl qazanılmış beş qələbə var və 2022-ci ildə "Dana Uaytın iddiaçılar seriyası" sayəsində liqaya qoşulub. 2025-ci ilin martında Bahamondes artıq birinci raundda Callin Törneri məğlub edib və indi o, yüngül çəkinin ilk 10-luğuna yaxınlaşmaq imkanı qazanıb.

Hər iki rəqib üçün qarşıdakı döyüş böyük əhəmiyyət kəsb edir. Fiziyev qalib gəlsə, üç döyüşdən ibarət xoşagəlməz seriyaya son qoyacaq ki, bu da onun hazırda yüksək sayılmayan UFC perspektivlərinə müsbət təsir göstərmiş olacaq. Bahamondesin isə təkcə ilk 11-liyə düşmək deyil, həm də liqanın ulduzlarından biri ilə döyüşə vəsiqə qazanmaq şansı var.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 06:43

“Udineze”də baş məşqçi Kosta Runyayç istefa etdi, yeni məşqçi namizədi Paolo Zanetti

Futbol
Bu gün, 05:37

"Sportinq" futbol klubunun baş məşqçisinin vəzifəsindən çıxarılması azarkeşlərin ağ bayraqlı etirazı nəticəsində

Futbol
Bu gün, 03:21

İstanbulda “Fənərbağça” azarkeş lideri Cem Gölbaşına qarşı silahlı hücum planı aşkar edildi, beş nəfər həbs edildi

Formula 1
Bu gün, 02:33

Ferstappen qalib gəldi, Antonelli isə dünya çempionluğunu qazandı

Futbol
Bu gün, 01:35

Valdas Dambrauskas “Sabah” komandasını tərk edib “Fənərbağça” klubuna baş məşqçi ola bilər

Cüdo
Bu gün, 01:18

İbrahim Talıbov, Dakarda Azərbaycan üçün ilk qızıl medal qazandı

Futbol
Bu gün, 01:06

Unay Emeri, Barselona qarşısında oynamağından əvvəl Aston Villa futbolçularına xəbərdarlıq etdi

Futbol
Bu gün, 00:51

Jose Mourinho Real Madrid‑in 3‑0 qələbəsindən sonra açıqlama verdi

Digər
Bu gün, 00:31

Konor McGregor son döyüşünü planlayır, karyerasını bitirəcək

Formula 1
Bu gün, 00:18

FIA, Antonelli'nin Meksika Grand Prix'sində çempionluk kubokunu təqdim etmə xahişini rədd etdi

Tennis
Bu gün, 00:06

Karlos Alkaras Vyanada ATP 500 turnirini qazandı, karyerasının 28-ci titulunu əldə etdi

Futbol
Dünən, 23:32

“Qızıl top” mükafatının nəticələrini əvvəlcədən təxmin edənlər 200 min dollar qazandı

Cüdo
Dünən, 23:26

Dakar 2026-da Azərbaycan judoçusu İbrahim Talıbovun ilk qızıl medalı

Futbol
Dünən, 22:57

Zamiq Əliyev Qələbəni Qorudu

Cüdo
Dünən, 22:53

Cüdo millisinin baş məşqçisi: Olimpiya çempionu yetişdirmək mənim üçün böyük uğurdur

Futbol
Dünən, 22:31

Arsenal, Liverpul'u səfərdə 1-0 məğlub edərək Premyer Liqada liderliyini möhkəmləndirdi

Futbol
Dünən, 22:27

Malişeva 0:0-dan sonra birincilik mövqeyini qoruyur

Futbol
Dünən, 21:59

Eldar Tağızadə “Bistritsa”nın “Krşko”ya qarşı qələbəsində qapısını möhürlədi

Futbol
Dünən, 21:57

Premyer Liqada "Kəpəz" "İmişli"ni 1:0 hesabı ilə məğlub etdi - Videoicmal

Qarabağ FK
Dünən, 21:50

Azərbaycan Premyer Liqasının ilk üçdəbir hissəsində əsas beş iddiasının statusu: "Neftçi" liderliyə yüksəlsə də, "Sabah" temp və balansla öndədir

Futbol
Dünən, 21:35

Juventusun səkkiz futbolçusu Napoli ilə qarşılaşmadan məhrum olacaq

Güləş
Dünən, 21:27

Ali Tsokayev dünyəvi çempionatda bürünc medal qazandı

Futbol
Dünən, 21:05

İnter futbolçuları Pavar, Kons, Stounz, Martines və Luis Enrique-ne zədəsindən sağalma tarixi açıqlanıb

Güləş
Dünən, 20:58

İslam Bazarqanov dünya çempionatında medalsız qalır

Oxşar xəbərlər