top
Klaudia Siqula: Bir oğlan mənə 2 kiloqram pendir verəcəyini demişdi - MÜSAHİBƏ Idman.biz
15 iyun 2025, 23:30
- ↺ +

Klaudia Siqula: "Bir oğlan mənə 2 kiloqram pendir verəcəyini demişdi" - MÜSAHİBƏ

İyunun 21-də Bakıda keçiriləcək UFC döyüş gecəsində rusiyalı İrina Alekseyeva ilə üz-üzə gələcək polşalı qadın döyüşçü Klaudia Siqulanın Offsideplus.az saytına müsahibəsi

- Azərbaycana xoş gəlmisiniz. Şəhərimizi gəzməyə vaxtınız olub?

- Buranı çox bəyənirəm. Düzünü desəm, Bakı, Azərbaycan barədə çox şeydən xəbərim yox idi.

- Onda Azərbaycana ilk gəlişinizdir.

- Bəli, ilk dəfədir ki, buraya gəlirəm. UFC mənimlə əlaqə saxladı, bildirdilər ki, belə bir döyüş var. Əvvəlcə axtarışa verdim, ilk reaksiyam belə idi ki, "Aman Tanrım, necə uzaqdır". Lakin xoşbəxtəm ki, buradayam. UFC ilk dəfə Bakıda keçirilir və biz də tarix yazmaq üçün buradayıq.

- Döyüşə hazırlıq prosesinizlə davam edək. Mental və fiziki olaraq özünüzü hazır hiss edirsiniz?

- Bu hazırlıq prosesində həyatımdakı hər şeyi dəyişdim. Floridaya köçdüm, orda düşərgəyə yollandım. 2 ay Floridada döyüşçülər üçün ən yaxşı hesab etdiyim yerdə məşq etdim. Məncə, həyatımdakı ən yaxşı hazırlıq dönəmindən keçmişəm. Hər şeyi dəyişdim, bu idmandakı hər baxış aspektimi dəyişdim. Keyfiyyətli sparrinq partnyorlarım oldu, yaxşı məşqçilərlə çalışdım. Mental olaraq da özümü hazırlıqlı hiss edirəm. UFC-də ilk döyüşümdə uduzanda polşalı mental məşqçim Beta Drevnovska ilə görüşüb, danışdım. O, ağlımda hər şeyi yoluna qoydu, mənə çox kömək etdi. Mənim hər bir parçam bacardığım qədər bu döyüşə hazırdır.

- İrina Alekseiva – Klaudia Siqula döyüşündə bizi nələr gözləyir?

- Məncə, ən yaxşı versiyamı görəcəksiniz. İlk döyüşümdə bunu göstərə bilmədim. UFC, azarkeşlər daha yaxşısına layiqdir. Oktaqonda ürəyimi qoyacam.

- UFC-də uzunmüddətli hədəfiniz nədir?

- Gələcək barədə düşünmürəm. Qarşıdan gələn döyüşümə fokuslanmışam. Kəmər üçün hələ ki, düşünmürəm. Bu, böyük çelencdir, UFC-də çempion olmaq uzun yoldur. İnsanlara yaxşı döyüş vermək, uzun müddət UFC-də mübarizə aparmaq, özümü inkişaf etdirmək istəyirəm.

- Döyüşçü yolunuz necə başlayıb bəs?

- Yeniyetmə yaşlarımdan başlamışam. Məktəb yoldaşım onun məşqçisinin Braziliya ciu-cutsu keçdiyini dedi və məni də dəvət elədi. Yoxlamaq üçün razılaşdım. İlk məşqlər dəhşətli idi. Məşqçi mənə əsəbiləşmişdi. Mənə uyğun olmadığını düşünüb, ayrıldım. O isə dedi ki, "Klaudia, qayıt. Məşqdən belə ayrılmaq olmaz". Razılaşmayıb, bir müddət uzaqlaşdım. Səbəbini bilmirəm, amma bu idman növünə qayıtdım və peşəkar karyeraya qədər yolum davam etdi.

- Valideynləriniz necə reaksiya göstərdi? Məncə, atanız çox şad olub, çünki hər bir ata qızının döyməyi bacarmasını istəyər.

- Başlanğıcda bunun mənim üçün bir əyləncə olduğunu düşünürdülər. Ciddi olacağını fikirləşmirdilər. Peşəkar olaraq döyüşməyə başlayanda artıq bildilər ki, bu istiqamətdə gedəcəm. Məncə, ilk vaxtlarda çox da qürur duymurdular. Çünki yaxşı şagird idim və qəfəsdə döyüşməkdən fərqli bir iş görəcəyimi düşünürdülər. Lakin indi mənə dəstək olurlar və mənim azarkeşlərimdirlər. Onların mənə həmişə dəstək olacaqlarına güvənə bilərəm.

- Döyüş idman növlərində qadınlar azlıq təşkil edir. Azərbaycanda da sayılı qadın döyüşçülər var.

- Bu idman növü hamı üçün deyil. Güclü xarakterin, mentalın olmalıdır. İçində xüsusi bir şey olmalıdır. Bunu necə adlandıracağımı bilmirəm. Düzünü desəm, bir qadın kimi bu idman növündə çıxış etmək mənim üçün xoşdur. 14 ilimi sərf etmişəm. Bu səyahətdən zövq alıram.

- İdmanda maskulenlik və feminenlik barədə danışmaq istəyirəm. Sizə baxıram, gözəl xanımsınız. Bir çox idman növlərində, xüsusilə təkbətək növlərdə qadınların feminen görünüşü nadir olur. Bunu necə balanslaşdıra bilmisiniz?

- Belə deyərdim, qəfəsdə kişi kimi oluram. Kişi kimi döyüşürəm, güclü qadınam. Lakin gündəlik həyatımda sadə qızam, üzümə makiyaj etməyi sevirəm. Əlbisə geyinib, dikdabanlarda gəzməyi xoşlayıram. Bəzən mənə gülməli gəlir, deyirlər ki, "axı sən mma döyüşçüsünə oxşamırsan". Cavab verirəm ki, "Üzümə bax. Burnum o qədər sınıb, o qədər çapıqlarım var ki, döyüşçüyə oxşayıram". Bir tərəfdən də bu da gülməli məsələdir ki, çoxları deyir ki, MMA qadın döyüşçüsü maskulen olur. O zaman məndə nə isə düz deyil?! Mən də idmançıyam, gündə 2-3 dəfə məşq edirəm. Kimsə deyəndə ki, bu idman növündə çıxış edən qadına oxşamıram, onda fikirləşirəm ki, bəlkə əzələlərimdə və formamda problem var?! Onlar görmürlər ki, mən də idmançıyam.

- Çəki atma prosesinə nə vaxt başlayacaqsınız?

- Bazar ertəsindən etibarən başlayacam. Lakin görəcəyim iş çox deyil. Bu dəfəki proses mənim üçün asan olacaq?

- Necə çətinlik çəkmişdiniz?

- Döyüşdən əvvəl neçə günümün qalıb, qalmamasından asılıdır. Daha öncə görüşə az qalmış başlamışdım və çox çəki atmalı oldum. Döyüş düşərgəsinə qatılmamışdım, pəhriz saxlamamışdım. Bu, mənim üçün ağır oldu. Dünən 4 kq. endirdim. Bu həftə də 4 kq. atacam və bu, mənim üçün daha asan olacaq.

- Döyüşdən sonra yemək istədiyiniz xörəklər, qəlyanaltılar var? Könlünüzdən nə keçir?

- Düzünü desəm, hə (gülür). Telefonumda siyahı hazırlamışam, döyüşdən sonra yeyəcəm. Qızıl balıq, ananas və mayonezli pizza var. Bu kombinasiya sizə qəribə görünə bilər, amma çox ləzzətlidir.

- Bəlkə siyahınızda Azərbaycan xörəkləri də var?

- Yoxdur, əslində yerli mətbəxlə tanış olmamışam. Döyüşdən sonra şam yeməyi yeyəcəyimizi bilirəm. Yeməkxoram, ona görə də burda mütləq nəyisə yoxlayacam.

- Digər ölkələrdə kabab yemisiniz?

- Polşada, bəli (gülür). Bir dəfə də Türkiyədə yemişəm. Eşitmişəm ki, buranın kababı da yaxşı olur.

- Bəli, buranın kababı daha dadlıdır. Düyü və ətdən ibarət plovumuz da var.

- O zaman siyahıma əlavə etməliyəm. Bəs desertə nə yemək olar? Şirniyyat tövsiyəniz?

- Paxlava. Türklərin paxlavası daha şirin olur, bizim paxlava isə nisbətən daha az şirindir.

- Bəli, türklərin paxlavası mənim üçün çox şirindir. Əla səslənir.

- Sosial şəbəkə hesabınızda Bakıda məşqdə olduğunuzu gördüm. Bakıda kimi tanıyırsınız?

- Nazim Sadıxov burada mənə çox kömək oldu. Bakıda yaxşı bir idman zalını məsləhət gördü. Bu sayədə Turan və Yasmin ilə tanış oldum, onlar mənim həmkarlarımdır. Birgə məşqlər də elədik. Bu gün şəhəri görməyə də gedəcəyik, hələ ki, onları tanıyıram.

- Azərbaycanda müşahidə edib, digər ölkələrdə rastınıza gəlməyən bir şey oldu?

- Məncə, burada UFC-yə maraq digər ölkələrdən daha çoxdur. Məsələn, Polşada çox insan məni tanımır və ya hava limanında qarşılamırlar, şəkil çəkdirmirlər. Amma fikrimcə, bu tədbirin ilk dəfə keçirildiyi üçün insanlar daha çox sevir və dəstək olurlar. Xüsusilə də qızlara. Burada çox qadın döyüşçü yoxdur, bəlkə də ona görə belə dəstək göstərirlər. Xüsusilə də özümə qarşı. Buna görə çox məmnunam, təşəkkür edirəm.

- Elə bu mövzuya gəlmək istəyirdim. Bir çox oğlan sizə mesajlar göndərirdi, buna reaksiyanız necə oldu?

- Mənə çox təəccüblü gəldi. Gözləmirdim ki, kimsə mənə yazsın, mesaj göndərsin. Başlanğıcda təəccüblənmişdim. Həm də gülməli idi. Burada belə dəstəyin olmasına görə şadam. Sizin dəstəyiniz üçün təşəkkür edirəm. Azərbaycanlı oğlanlar, sizi sevirəm (gülür).

- Bəzi maraqlı mesajları deyə bilərsiniz?

- Kənddən bir oğlan mənə 2 kiloqram pendir verəcəyini demişdi (gülür). 2 kq. kənd pendiri! Hansı kənd olduğunu yazmamışdı. Çox qəribə və gülməli idi. Nişanlıma dedim ki, Polşaya 2 kq. pendirlə qayıtsam, təəccüblənmə. Oğlanların çoxu məni görüşə dəvət edirdi. Bunları çox ciddiyə almıram, çünki instaqramda "bio" hissədə sevgilimi, nişanlımı qeyd eləmişəm.

- Nişanlınız necə reaksiya göstərdi?

- Məncə, ona da gülməli gəlir. Bir tərəfdən də o da burda mənə göstərilən dəstəkdən məmnundur. Onun üçün ən vacib olanı mənim burada özümü necə hiss etməyimdir. Mən burada xoşbəxtəmsə, o da xoşbəxtdir.

- Bir sözlə, azərbaycanlı oğlanların şansı yoxdur. Özünüz də, sevgiliniz də döyüşçüdür.

- Bəli.

- Deyək ki, nişanlınızla döyüşürsünüz. Kim qalib gələrdi?

- Mən.

- Yoxlamısınız?

- Yerdə parter vəziyyətində birlikdə sparrinq etmişik. Onu neçə dəfə dizimlə sıxıb, təslim olmağa məcbur etmişəm. Məncə, məni yola verməyib. Əminəm ki, ondan daha yaxşıyam ( göz vurur, gülür). Kuba, qulaq asma buna, amma mən daha yaxşıyam.

- Klaudia, söhbətimiz burada bitir. Təşəkkür edirəm və uğurlar.

- Çox sağ olun. "Görüşənədək, Bakı". (Azərbaycan dilində səsləndirir).

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Cüdo
Bu gün, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
Bu gün, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
Bu gün, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Futbol
Dünən, 23:48

Yeton Bekiri: “Qəbələyə şikayət və ya ağlamağa gəlməmişəm, yalnız işləmək üçün buradayam”

Futbol
Dünən, 23:40

Flick erkən qolun “Barselona”nın 3:0 qələbəsindəki əhəmiyyətini vurğuladı

Futbol
Dünən, 23:21

Azər Bağırov Edqar Adilxanovun transfer xəbəri barədə rəsmi olaraq inkar etdi

Basketbol
Dünən, 22:58

"Neftçi" 83:79 hesabıyla "Ordu"nu məğlub edərək mövsümə start verdi, "LANDAU Lions" isə NTD-yə 102:68 qalib gəldi

Basketbol
Dünən, 22:24

“Neftçi”nin baş məşqçisi qələbədə ehtiyat oyunçuların böyük rolunu vurğuladı

Futbol
Dünən, 22:00

Zirə baş məşqçisi Rəşad Sadıqov: Heyətimizdə səkkiz‑doqquz zədəli futbolçu var

Cüdo
Dünən, 20:54

Uşanqi Kokaurinin Dünya Çempionatı Finalı Taktiki Səhvlərə Bağlıdır, Titullar Onun Psixologiyasına Təsir Etmir

Futbol
Dünən, 17:55

Vəli Qasımov: Neftçi oyunda Sabahdan bir qədər üstün idi, ancaq nəticə bərabərlik oldu

Futbol
Dünən, 15:34

Sumqayıt son yeddi qarşılaşmada Qəbələyə məğlub olmayıb

Futbol
Dünən, 11:00

“Sabah”ın legioneri Akim Zedadka: “Qalib gəlməsək də məğlub olmamalıyıq”

Qarabağ FK
Dünən, 10:00

Viçko Şevel: “Sabah”la iki xal itirdik, “Qarabağ”a qalib gəlməliyik

Futbol
Dünən, 04:19

Kili Qonsales: Messi Argentina millisi üçün ömrünün sonuna qədər darıxacaq

Futbol
Dünən, 03:47

“Juventus” argentinalı futbolçu Nikolas Qonsaleslə uzunmüddətli müqaviləni yenilədi

Basketbol
Dünən, 01:47

Naxçıvanın baş məşqçisi qələbəni, Sumqayıtın baş məşqçisi məğlubiyyəti şərh etdi

Futbol
Dünən, 01:21

Mançester Siti Premyer Liqa ilə maliyyə cəriməsi razılaşması üçün danışıqlar apardı

Futbol
Dünən, 00:59

Mahirin komandası Polşada 1:4 məğlubiyyətlə sonuncu yerdə

Futbol
Dünən, 00:41

Azərbaycan qadın milli komandası Antalyasporu 2:1 hesabla məğlub etdi

Futbol
Dünən, 00:33

Neftçi‑Sabah matçının 0:0 dəyərli videolu təqdimatı

Futbol
Dünən, 00:12

Jorge Jesúsun Ronaldu ilə münaqişəsi ona da cəza gətirə bilər

Futbol
09 oktyabr 2026, 21:23

Premyer Liqanın VII turunda Sabah ilə Neftçi arasında bərabərlik

Futbol
09 oktyabr 2026, 19:49

Türkiyə Futbol Federasiyası Montellanı vəzifəsindən azad etdi

Oxşar xəbərlər