top
Kikboksçu Büşra Karakaş Rus modelin döyülməsi iddiasına cavab verib: Gizli çəkiliş, təxribat və pul tələbi Idman.biz
10 dekabr 2025, 16:47
- ↺ +

Kikboksçu Büşra Karakaş Rus modelin döyülməsi iddiasına cavab verib: Gizli çəkiliş, təxribat və pul tələbi

Türkiyənin İstanbul şəhərində nüfuzlu iş adamı Adnan Dalğakıranın ad günü gecəsində baş verən hadisə və rus model Mariya Avdienkonun döyülməsi iddiası ilə bağlı kikboks yığmasının üzvü Büşra Karakaş açıqlama verib. O bildirib ki, Avdienko tədbirə dəvət edilməyib və sosial şəbəkə vasitəsiilə tanış olduğu biri vasitəsilə özünü tədbirə daxil etdirməyə çalışıb. Onun sözlərinə görə, Avdienko, qonaqların xəbəri olmadan ağıllı eynəklərlə gizli çəkiliş apararkən müəyyən edilib və bu davranış "təxribatçı və qəribə" kimi qiymətləndirilib.

Karakaş hadisə barədə bunları bildirib:

"Gizli çəkiliş apardığı müəyyən edildikdən sonra tədbiri tərk etməsi xahiş olundu. Bu tələbdən sonra aqressiv davrandı, çıxmaqdan imtina etdi və tədbir məkanından ayrılması üçün pul tələb etdi. Həmin şəxs heç bir zorakı hərəkət tətbiq edilmədən ərazidən uzaqlaşdırılıb."

Hadisə yerinə polis əməkdaşlarının da gəldiyi, lakin Avdienkonun həmin gecə heç kimdən şikayətçi olmadığı açıqlanıb.

Karakaş qeyd edib ki, həm prokurorluq dosyesi, həm də polis kamerası görüntülərində zorakılıq və ya zərbə izinə rast gəlinməyib. Rus turist hadisədən səkkiz gün sonra rəsmi şikayət verib. Karakaş, tibbi hesabatda konkret zədə izlərinin olmadığını vurğulayaraq, prosesi "iftira və şantaj cəhdi" kimi qiymətləndirib.

O, məsələ ilə bağlı hüquqi və cinayət proseslərinin başladığını, işin İstanbul Baş Prokurorluğu tərəfindən araşdırıldığını bildirib.

15:27

Türkiyənin İstanbul şəhərində nüfuzlu iş adamı Adnan Dalğakıranın ad günü gecəsində böyük qalmaqal yaşanıb. Hadisə zamanı rusiyalı modelin döyüldüyü bildirilir.

İdman.Biz xəbər verir ki, Rusiyanın Stavropol şəhərindən olan 25 yaşlı model Mariya Avdiyenko sosial şəbəkə vasitəsilə tanış olduğu bir kişi tərəfindən 63 yaşlı biznesmen Dalğakıranın evində keçirilən ad günü məclisinə dəvət olunub. Adnan Dalğakıran Türkiyə İxracatçılar Assambleyasının rəhbərliyində təmsil olunur, İstanbul Sənaye Palatasının sədr müavinidir və bir neçə digər yüksək vəzifə daşıyır.

Mariya Avdiyenko bildirib ki, gecə zamanı biznesmen ona maraq göstərib, diqqət ayırıb. Lakin həmin vaxt Adnanın ətrafında başqa bir qadın - 2022-ci ilin "Türkiyənin və dünyanın ən yaxşı modeli" seçilmiş Büşra Karakaş da olub. O həmçinin Türkiyənin kikboks yığmasının üzvüdür.

Rusiyalı qızın sözlərinə görə, o və onu məclisə gətirən kişi bağa keçərək tək qalmaq istəyəndə, Büşra Karakaş qışqıraraq onların üstünə hücum edib. O, Mariya Avdiyenkonu saçlarından tutub sürükləyib, nəticədə qız yıxılaraq başından ağır zədə alıb. Modellin iddiasına görə, biznesmen Adnan Dalğakıran hadisəni kənardan izləyib və müdaxilə etməyib. Sonradan məlum olub ki, hücum edən qadın Dalğakıranın "hərəmində" olan sevgililərindən biridir.

Mariya Avdiyenko hadisə yerindən qaçaraq çıxmağı bacarıb. Sonrakı günlərdə onu baş ağrısı, ürəkbulanma və qusma narahat edib. O, Adnan Dalqakıran və Büşra Karakaşın məsuliyyətə cəlb edilməsi üçün Türkiyə prokurorluğuna rəsmi ərizə yazıb. Rus model hadisənin əvvəlcədən planlaşdırıldığını düşünür.

Adnan Dalğakıran 25 ildən artıqdır ki, beynəlxalq sənaye holdinqinə rəhbərlik edir. Onun şirkəti Avropada hava kompressorları istehsalında ilk beşlikdə yer alır. Biznesmen daha əvvəl dəfələrlə Rusiyada universitetlərdə çıxış edib və ölkədə şirkət filiallarına sahib olub.

Qeyd edək ki, bir müddət bundan öncə azərbaycanlı kikboksçu Tülin Ələkbərova da əyləncə mərkəzlərinin birində sərxoş halda qadına hücum edərək ona yumruq və təpik zərbələri endirib.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 11:20

Mançester Yunayted azarkeşləri Roma oyununda etiraz aksiyası keçirdi

Digər
Bu gün, 11:14

Fərid Qayıbov: “İdmanda davamlı uğurları və infrastrukturu gücləndirməyi məqsəd qoyuruq”

Voleybol
Bu gün, 11:05

AZERRAIL və Ordu komandaları arasında kişi voleybolu Super Liqası üçüncü turu dueli

Qarabağ FK
Bu gün, 11:00

«Qarabağ»ın səviyyəli oyunçusu Aleksey Kaşuk ukrayna millisinə ilk dəfə dəvət olunub

Voleybol
Bu gün, 10:59

CEV Turan'ı Azərbaycanın ən uğurlu voleybol klubları ilə müqayisə etdi

Qarabağ FK
Bu gün, 10:44

Qarabağ hücumçusu Kaşuk ilk dəfə Ukrayna milli komandasına çağırıldı

Futbol
Bu gün, 10:28

Əşrəf Hakimi: Messi gəlməsi oyun stilimi dəyişdi, zövq ala bilmədim

Minifutbol
Bu gün, 10:07

İtalyan hakimlər komandası Azərbaycan‑Çexiya futsal matçını idarə edəcək

Futbol
Bu gün, 10:02

Maykl Karrik, Şi Leysin çıxışını tərifləyir: “Meydanda hamını ruhlandırdı”

Voleybol
Bu gün, 10:00

Turan Tovuzun Voleybol Qələbəsi Avropada, Futbol Takımının Gözləmələri

Futbol
Bu gün, 09:58

UEFA Avropa Liqası: Renn evində Olimpiakosla qarşılaşacaq

Futbol
Bu gün, 09:49

Luis Enrike PSJ-də 127 qələbə ilə ən çox qələbə qazanan məşqçi oldu

Qarabağ FK
Bu gün, 09:47

UEFA Gənclər Liqası: Sabah və Qarabağ U-19 komandaları bu gün Norveç və Xorvatiyada qarşılaşacaqlar;

Futbol
Bu gün, 09:43

UEFA Çempionlar Liqası: Real, Fənərbağça və Manchester City qarşılaşacaq

Futbol
Bu gün, 09:40

Qalatasaray rəhbərliyi rusiyalı futbolçunun müqaviləsində 55M avrolu sərbəst qalma bəndini dəyişdirmək istədi

Futbol
Bu gün, 09:23

‘Sabah’ futbolu ‘Vikinq’in qonağına çıxacaq

Basketbol
Bu gün, 09:22

LANDAU Lions, FIBA Avropa Kubokunda Benfika ilə Qarşılaşacaq

Futbol
Bu gün, 09:20

Karlos Visens Barcelona üçün yeni baş məşqçi ola bilər

Futbol
Bu gün, 09:08

Mourinyo Real Madridin Yunanıstandakı 1/8 qalibiyyətini açıq şəkildə qeyd etdi

Basketbol
Bu gün, 09:07

«Neftçi» basketbol komandası FIBA Avropa Kubokunda beşinci oyununu Plovdivda Lokomotiv (Bulgariya) ilə oynayacaq

Futbol
Bu gün, 09:00

ÇL: "Sabah" "Vikinq"də qonaq olacaq

Futbol
Bu gün, 08:40

Skott Parker, Vest Hem-in yeni baş məşqçisi oldu

Futbol
Bu gün, 08:05

"İnter" Ikardi üçün transfer planında deyil - Marotta açıqlaması

Futbol
Bu gün, 08:00

İngiltərə klubu Said El-Malanı və qardaşı Malek El-Malanı transfer etmək istəyir

Oxşar xəbərlər