top
İlkin Ağayev MDB Oyunlarındakı uğurdan sonra qadın boksunda mentalitet maneəsinin azalacağına ümid edir Idman.biz
04 oktyabr 2025, 23:02
- ↺ +

İlkin Ağayev MDB Oyunlarındakı uğurdan sonra qadın boksunda mentalitet maneəsinin azalacağına ümid edir

Bu gün MDB Oyunlarında qadın boksçuların yarışına yekun vurulub.

İdman.biz-in məlumatına görə, baş məşqçi İlkin Ağayevin rəhbərlik etdiyi qadın boksçularımız bir qızıl, beş gümüş və dörd bürünc olmaqla 10 medal qazanıblar. Mükafatlandırma mərasimindən dərhal sonra, necə deyərlər, "isti-isti" emosiyalarını bölüşən baş məşqçidən müsahibə aldıq.

- Komandanın çıxışından razısınız?

- 11 idmançımızdan 10-u medal qazanıbsa, mən necə razı olmaya bilərəm! Və həmin 11 nəfərdən altısı finala yüksəlib! Demək, komandanın çıxışını uğurlu adlandırmaq olar.

- Komanda 10 medal qazandı. Baş məşqçi 10 ballıq şakalayla onların çıxışını necə qiymətləndirərdi?

- Məncə, səkkiz ballıq. Bəli, dörd medal qazanmağı planlaşdırırdıq (1-1-2), amma 2,5 dəfə çox qazandıq. Amma necə deyərlər, iştaha yeməklə gəlir (gülür).

- Qızlardan hansı ümidlərinizi doğrultdu, hansı isə əksinə, öz qabiliyyətlərindən aşağı çıxış etdi?

- Deməzdim ki, ümidləri doğrultmadılar – sadəcə, bəxtləri gətirmədi. Aysel Fərəcova çempion olmaq şansını əldən verdi. Özbəkistandan olan rəqibinə qarşı demək olar ki, bərabər döyüşdü, amma təəssüf ki, məğlub oldu. Əks halda iki qızıl medalımız olacaqdı! Ancaq yenə də ona afərin! Medalsız yeganə idmançımız Sima İsmayılova 1/4 finalda çox yaxşı mübarizə aparsa da, təəssüf ki, rəqibinə uduzdu. Və təbii ki, çempionumuz Gülər Hüseynova hər cür təriflərdən yüksək çıxış etdi...

- Qızlar yarışı oğlanların yarışından daha çox tamaşaçı cəlb edirdi. Bu o deməkdirmi ki, indi belə uğurdan sonra mentalitetimiz qadın döyüş sənətinin, o cümlədən boksun inkişafına daha az mane olacaq və valideynlər qızlarını boks idman zallarına gətirməyə daha həvəsli olacaqlar?

- Tamamilə haqlısınız – bizim döyüşlərimiz kişilərdən daha çox tamaşaçı cəlb etdi! Son illər ölkəmizdə qadın boksu fəal şəkildə inkişaf edir və bu turnir buna əyani sübutdur. Nəzərə alsaq ki, yarış paytaxtda deyil, rayonlarımızdan birində - Yevlaxda keçirilib, bu maraq az əhəmiyyət kəsb etmir. Ümid edirəm ki, bu cür uğurdan sonra mentalitetimiz qadın boksumuzun inkişafına mane olmayacaq və boks zallarında daha çox qadın görəcəyik.

Yevlaxdan Vüqar Vüqarlı

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 13:10

Alleqri, “Sabah”la oynadığı Çempionlar Liqasının pley‑offunda 10 xal qazanmaq planlaşdırır

Digər
Bu gün, 13:02

Snuker çempionu Orxan Qubatov: Azərbaycanda bilyardın bütün növlərinin inkişafını arzulayıram

Futbol
Bu gün, 12:45

Rafinya UEFA Çempionlar Liqasında 23 qolla Neymar və Rivaldonu geridə qoyub;

Futbol
Bu gün, 12:39

Azərbaycan Premyer Liqasının XI turu “Zəfər turu” elan edildi

Futbol
Bu gün, 12:39

Fənərbağçanın yeni məşqçisi Emre Belözoğlu Liverpul matçı üçün iştirak qərarını verəcək

Voleybol
Bu gün, 12:28

CEV Çempionlar Liqasında "Maritza Plovdiv"-ı 3:0 hesabı ilə məğlub edən "Turan"ın voleybolçusu qələbəni qiymətləndirdi

Futbol
Bu gün, 12:23

Qalatasarayın 21 yaşlı yarımmüdafiəçisi Aleksey Batrakov Çempionlar Liqasında 4 oyunda 4 qolla Messi və Ronaldodan daha sürətli starta imza atdı

Futbol
Bu gün, 12:20

Tvente 9:0 hesabı ilə Ekselsioru məğlub edərək tarixçə böyük qələbə qazanıb

Futbol
Bu gün, 12:13

Kriştiano Ronaldu Erik ten Hag‑ın sərt tənqidlərinə cavabını verdi

Boks
Bu gün, 12:00

Gülər Hüseynova Azərbaycanın Dakar-2026 YOX boks təmsilçisi oldu

Futbol
Bu gün, 12:00

"Sabah" klubu Norveçdəki fanlarına 300 şərf təqdim edərək xüsusi jest etdi

Futbol
Bu gün, 11:42

Mingəçevir və Şahdağ Qusar 7-ci turda Azərbaycan Birinci Liqasında qarşılaşacaq

Qarabağ FK
Bu gün, 11:38

Vikinq – Sabah: Azərbaycan və Norveç klublarının Avrokubokdakı 9-cu qarşılaşması

Basketbol
Bu gün, 11:20

"Gəncə" bu gün FIBA Avropa Kubokunda "Universitatya Krayova" ilə qarşılaşacaq

Futbol
Bu gün, 11:20

Mançester Yunayted azarkeşləri Roma oyununda etiraz aksiyası keçirdi

Digər
Bu gün, 11:14

Fərid Qayıbov: “İdmanda davamlı uğurları və infrastrukturu gücləndirməyi məqsəd qoyuruq”

Voleybol
Bu gün, 11:05

AZERRAIL və Ordu komandaları arasında kişi voleybolu Super Liqası üçüncü turu dueli

Qarabağ FK
Bu gün, 11:00

«Qarabağ»ın səviyyəli oyunçusu Aleksey Kaşuk ukrayna millisinə ilk dəfə dəvət olunub

Voleybol
Bu gün, 10:59

CEV Turan'ı Azərbaycanın ən uğurlu voleybol klubları ilə müqayisə etdi

Qarabağ FK
Bu gün, 10:44

Qarabağ hücumçusu Kaşuk ilk dəfə Ukrayna milli komandasına çağırıldı

Futbol
Bu gün, 10:28

Əşrəf Hakimi: Messi gəlməsi oyun stilimi dəyişdi, zövq ala bilmədim

Minifutbol
Bu gün, 10:07

İtalyan hakimlər komandası Azərbaycan‑Çexiya futsal matçını idarə edəcək

Futbol
Bu gün, 10:02

Maykl Karrik, Şi Leysin çıxışını tərifləyir: “Meydanda hamını ruhlandırdı”

Voleybol
Bu gün, 10:00

Turan Tovuzun Voleybol Qələbəsi Avropada, Futbol Takımının Gözləmələri

Oxşar xəbərlər