top
İkiqat Respublika çempionu Şəms Hüseynlinin atası: “O, məğlubiyyəti çox ağır keçirdi” Idman.biz
05 noyabr 2025, 16:33
- +

İkiqat Respublika çempionu Şəms Hüseynlinin atası: “O, məğlubiyyəti çox ağır keçirdi”

Cəmi üç illik idman karyerası ərzində 10 yaşlı Şəms Hüseynli ikiqat respublika çempionu, çoxsaylı kikboksinq yarışlarının qalibi və budo üzrə(müasir Yapon döyüş sənəti – red.) beynəlxalq turnirin ikiqat qızıl medalçısı olub.

Şəms elə bir ailədə dünyaya gəlib ki, idman burada həmişə önəmli yer tutub. Onun iki böyük qardaşı var və uşaqlıqdan fiziki aktivlik onların həyatının təbii bir hissəsi olub. Valideynlər də övladlarının idmana marağını daim dəstəkləyiblər. Şəmsin atası Xəyal Hüseynov da gənclik illərində idmanla məşğul olub. Buna görə də qızının idman yoluna qədəm qoyması müəyyən mənada əvvəlcədən bəlli idi.

Şəms idmanda ilk addımlarını tamblinqdə - idman gimnastikasının bir növündə atıb. O, altı yaşında qardaşları ilə birlikdə bu sahədə məşqlərə başlayıb. Daha sonra böyük qardaşı hərbi xidmətə yollanıb, ortancıl qardaşını isə Xəyal Hüseynov özünü müdafiə etməyi öyrənsin deyə kikboksinq dərnəyinə yazdırıb.

"Qızım da kikboksinqi sınamaq istədi, amma mən əvvəlcə razı olmadım. Axı bu, qız uşağı üçün çətin idman növüdür. Lakin məşqçi Rəhim Xəlilov israr etdi, onun potensialı olduğunu söylədi. Və haqlı çıxdı", - Xəyal Hüseynov İdman.Biz-ə müsahibəsində deyib.

Atasının sözlərinə görə, Şəmsin idmana sevgisi onun qardaşları arasında böyüməsinin nəticəsidir. Bu, onda həm dözümlü xarakter, həm də döyüş növlərinə maraq formalaşdırıb. Daha da maraqlısı odur ki, atasının etirafına görə, qardaşının yolu ilə gedən Şəms çox keçmədən ondan da yüksək nəticələr göstərməyə başlayıb. Amma qardaşı buna qısqanclıqla yanaşmır, əksinə, bacısı ilə fəxr edir və onu hər zaman dəstəkləyir.

Bu gün Xəyal Hüseynov əminliklə bildirir ki, Şəms öz çəki (28 kq) və yaş kateqoriyasında ən yaxşı kikboksçulardan biridir. Üç il ərzində o, cəmi bir dəfə məğlub olub.

"O zaman Şəms bu məğlubiyyəti çox ağır keçirdi, özünə qarşı çox tələbkar idi. Biz ona izah etdik ki, uğurlu idmançının yolu uğursuzluqlardan kənar ola bilməz. Məhz bu məğlubiyyətlər insanın xarakterini möhkəmləndirir", - deyə ata danışır.

Qızının uğurları və qalibiyyət əzmi sayəsində Xəyal Hüseynov zamanla qadın kikboksinqinə münasibətini dəyişib:

"Əgər Şəmsdə bu qədər bacarıq olmasaydı, bu idman növünə sadəcə bir hobbisi kimi baxardım. Amma mən onda həqiqi istedad görürəm və indi anlayıram ki, qızlar da kikboksinqdə oğlanlardan geri qalmaya bilərlər. Bu gün Şəms idman çevrələrində öz texnikası və fərqli döyüş üslubu ilə tanınır. Çox şadam ki, vaxtında onun seçim qarşısında dayanmasına mane olmadım".

Xəyal Hüseynovun sözlərinə görə, Şəms 2023-cü ildə 2024-cü ildə Macarıstanda keçiriləcək WAKO Gənclərarası Kikboksinq üzrə Dünya Çempionatında iştirak etmək üçün lisenziya qazanıb. Lakin o, qızını bu yarışa buraxmayıb:

"Dedim ki, bir az səbir elə, hələ qarşıda çoxlu qələbələr olacaq. Növbəti dünya çempionatında o, mütləq iştirak edəcək".

İdmandan əlavə, valideynlər Şəmsin hərtərəfli inkişafına da çalışırlar. O, musiqi məktəbində təhsil alır və burada da yaxşı nəticələr göstərir. Atasının fikrincə, idman uğurları nə qədər böyük olsa da, təhsil hər zaman prioritet olmalıdır:

"Mən müəllimlərdən xahiş edirəm ki, idmanla məşğul olduğuna görə ona güzəşt etməsinlər. Qoy öz gücü ilə çalışsın, oxusun. İdman gözlənilməz sahədir - zədə ola bilər və sair. Buna görə istəyirəm ki, mütləq yaxşı təhsili olsun".

Atanın dediyinə görə, qızının günü səhər saat altıdan gecə on birədək doludur - məşqlər, məktəb, musiqi... Amma o, hər şeyə çatdırır.

"Oxuyur, hərçənd əlaçı deyil. Amma idmanda birincidir, bu, danılmazdır".

Sıx qrafikinə baxmayaraq, Şəms həvəsini itirmir. Onun ən böyük azarkeşi isə atasıdır.

"Mən bilirəm ki, o, uğur qazanacaq. Onun bütün döyüşlərinə baxıram, bəzən ondan da çox həyəcanlanıram və hər qələbəsinə sevinirəm. Bütün ailəmiz onunla qürur duyur".

Leyla Eminova

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
02 sentyabr 2026, 12:27

2026-cı ilin yay transfer pəncərəsi: Milyardlarla dolu, Premyer Liqa liderliyi və yeni coğrafiyalar

Futbol
02 sentyabr 2026, 12:20

Al‑Ittihad və Diriyah klubları Aston Villa ulduzu Leon Bailey‑ni transfer etmək istəyir

Digər
02 sentyabr 2026, 12:15

Şamaxıda karpfişinq üzrə Azərbaycan çempionatı 4‑6 sentyabr tarixində keçiriləcək

Futbol
02 sentyabr 2026, 12:03

Tyerri Anri: Barkola sürəti ilə ciddi silaha çevrilə bilər

Futbol
02 sentyabr 2026, 12:00

Samir Əliyev: Komandaların real gücünü dəyərləndirmək üçün ən azı 7-8 oyun tələb olunur

Futbol
02 sentyabr 2026, 11:40

Everton Jordan Tezeni Monakoya köçürə bilməyəcək

Futbol
02 sentyabr 2026, 11:39

“Sabahın Ulduzları” U-14 Bakı Kubokunda səkkizinci turu 4:1 hesabı ilə tamamladı

Futbol
02 sentyabr 2026, 11:20

Manchester United müdafiəsini gücləndirmək üçün addımlar atır

Futbol
02 sentyabr 2026, 11:10

Aqil Nəsibov “Şəfa”dan ayrıldı, “Şahдаğ Qusar”a yarımmüdafiəçi kimi qatıldı

Futbol
02 sentyabr 2026, 11:00

Karvan‑Yevlax yeni yarımmüdafiəçi ilə müqavilə imzaladı

Futbol
02 sentyabr 2026, 10:41

İkinci Liqada birinci turun son üç matçı bu gün 17:00‑da keçiriləcək

Futbol
02 sentyabr 2026, 10:40

Arsenal, Martin Subimendi'nin Çelseyə keçməsinə “yox” dedi

Futbol
02 sentyabr 2026, 10:20

Liverpool, Chelsea müdafiəçisini icarəyə götürmək istədi, razılaşma əldə olunmadı

Digər
02 sentyabr 2026, 10:14

Avarçəkmə və kanoe çempionatının ilk günü qalibləri müəyyənləşdirildi

Futbol
02 sentyabr 2026, 10:00

Zirə klubu Portuqaliyaya 150 min avro dəyərində transfer planlaşdırır

Digər
02 sentyabr 2026, 09:50

Bakıda Aquatic Palace Mini Su Polosu Festivalı keçirilib: 10 komanda yarışdı

Futbol
02 sentyabr 2026, 09:40

Dani Sebalyos Realdan ayrıldı, Betisə imza atdı

Futbol
02 sentyabr 2026, 09:23

Messi Argentina milli komandası rekordlarını ikiqat artırdı

Futbol
02 sentyabr 2026, 09:23

“Baku Sportinq”dən “Karvan-Yevlax”a İlkin Muradov qoşuldu

Futbol
02 sentyabr 2026, 09:20

Harvi Elliott "Liverpul"dan Valensiyaya keçdi

Futbol
02 sentyabr 2026, 09:08

Barselona iki futbolçusunun Antverpenə və Venesiya’ya keçidi açıqlanıb

Futbol
02 sentyabr 2026, 08:40

Botafogo, Mateus Martinsın transferi üzrə Moskva Dinamo’ya məhkəmə iddiası qaldırır

Futbol
02 sentyabr 2026, 08:20

Avropanın aparıcı liqalarında yay transfer pəncərəsi bağlandı

Futbol
02 sentyabr 2026, 08:00

Manchester City, Enzo Fernández’in 145 milyon avroluq transferini həyata keçirdi

Oxşar xəbərlər