top
Fariz Abdullayev: Real aykido zəifləri güclü, güclüləri isə mərhəmətli edir Idman.biz
04 oktyabr 2025, 12:44
- +

Fariz Abdullayev: Real aykido zəifləri güclü, güclüləri isə mərhəmətli edir

Hollivud filmlərinin döyüş səhnələri bəzən tamaşaçılara fantastik təsir bağışlayır. Lakin bu səhnələrdə istifadə olunan bir çox texnika öz başlanğıcını "real aykido" adlanan döyüş sənətindən götürür. Adı kimi bu istiqamət gündəlik həyatda praktik tətbiqə əsaslanır və effektiv özünümüdafiə üsulu sayılır. Təsadüfi deyil ki, real aykido dünyanın bir çox ölkəsində mühafizəçilərin, təhlükəsizlik əməkdaşlarının və polislərin hazırlığında geniş tətbiq olunur.

Bu döyüş sənətinin texnikaları kifayət qədər sərt görünsə də, real aykido döyüşləri kənardan baxanda sanki bir rəqsi xatırladır — hərəkətlər bir-birinə qarışır və bütün incəlikləri yalnız yavaş çəkilişdə görmək mümkündür.

Bu döyüş növü Azərbaycanda da ildən-ilə auditoriyasını genişləndirir. Ölkədə bu sahənin lideri Azərbaycan Real Aykido Federasiyasının prezidenti, Beynəlxalq Real Aykido Federasiyasının vitse-prezidenti, 5-ci dan qara kəmər sahibi Fariz Abdullayevdir. O, İdman.biz-ə müsahibəsində ölkədə aykidonun real inkişafından, Stiven Siqal ilə görüşündən və bu sahənin fəlsəfəsindən danışıb.

- Sizin real aykidoda yolunuz necə başladı?

- Uşaqlıqda çox aktiv idim və döyüş janrında filmlərə böyük marağım vardı. Qohumlarımdan biri bunu gördü və mənə real aykido ilə məşğul olmağı məsləhət gördü. Həmişə yaxınlarımı qoruya biləcək qədər güclü olmaq istəyirdim. Beləliklə, bu yolla başladım.

- Uşaqlıqda kumiriniz kim idi?

- Təbii ki, bir nəfər deyildi: Brüs Li, Silvestr Stallone və Stiven Siqal. Maraqlısı budur ki, Stiven Siqaldan real aykido ilə məşğul olmağa başladıqdan sonra xəbər tutdum. Bu sahənin peşəkar idmançısı və dünya ulduzu olduğunu öyrənəndə çox təəccübləndim. O vaxtdan bəri onun pərəstişkarıyam.

Hətta onunla görüşmək də nəsib oldu. Bir dəfə məşqə gedirdim, Beynəlxalq Real Aykido Federasiyasının prezidenti, 7-ci dan qara kəmər sahibi professor İqor Petroviç zəng edib dedi ki, təcili "Facebook"a baxım. Məlum oldu ki, Stiven Siqal mənim videomu öz rəsmi səhifəsində paylaşaraq (o zaman 6 milyondan çox izləyicisi vardı, indi 9 milyondur) texnikam haqqında geniş yazı yazıb.

Təsadüfən, bir ay sonra Siqalın Azərbaycana səfəri planlaşdırılmışdı. Onun komandası ilə əlaqə saxladım və görüş istədim. Onlar mənim kimliyimi necə təqdim edəcəklərini soruşdular, mən isə "o məni tanıyacaq" dedim (gülür). Görüş çox yaxşı keçdi və gələcək səfərlərindən birində birgə seminar təşkil etməyə razılaşdıq.

- Heç döyüş filmində aktyor kimi çəkilməyi düşünmüsünüz?

- Belə bir təklif olsaydı, məmnuniyyətlə qəbul edərdim. Bacarıqlarımı bu janrda nümayiş etdirmək maraqlı olardı.

- Real aykido nədir və onun barədə məlumatlı olmayanlara bu döyüş sənətinin nə olduğunu necə izah edərdiniz?

- Bu, aykidonun 50 növündən biridir. Real aykido ənənəvi aykido, cüdo, ciu-citsu və digər döyüş növlərinin ən yaxşı elementlərini birləşdirən, praktik və sərt texnikaya əsaslanan universal istiqamətdir. Əsas məqsədi özünümüdafiədir.

Bu idman növü məni dözümlü, təmkinli olmağa və ekstremal vəziyyətlərdə ani, düzgün reaksiya verməyə öyrədib. Hər bir texnikanı minlərlə dəfə təkrarlayırıq ki, real hücum zamanı reflekslə cavab verə bilək. Real aykido digər döyüş növlərindən fərqli olaraq tamamilə proqnozlaşdırılmazdır. Məsələn, güləşdə idmançı rəqibini tutur və atır. Bizdə isə hərəkətlərin çox incə detalları var. Ekrandan baxanda bir çoxları bunun mümkün olduğuna inanmır, ta ki, məşqlərimizə gələnə qədər.

View this post on Instagram

A post shared by FARİZ ABDULLAYEV (@farizofficial)

Real aykidonun fəlsəfəsi sadədir: bu növün banisi Lyubomir Vraçareviç deyirdi: "Real aykido zəifləri güclü, güclüləri isə mərhəmətli edir." Ən önəmlisi təvazökarlıqdır. Onunla şəxsən tanış olanda sadəliyinə heyran qaldım.

- Onunla necə tanış oldunuz?

- 2001-ci ildə sarı kəmər imtahanında ilk dəfə onunla görüşdüm. 2012-ci ildə isə 3-cü dan qara kəməri ondan aldım. Təəssüf ki, bir il sonra vəfat etdi. Bu xəbər məni dərindən sarsıtdı. Ondan sonra real aykido dünyasında müəyyən parçalanmalar olsa da, inkişaf prosesi dayanmadı. Onun ən yaxşı tələbəsi İqor Petroviç Beynəlxalq Real Aykido Federasiyasını yaratdı və müəllimin yolunu davam etdirdi.

- Real aykidoda silahdan istifadə hansı rolu oynayır?

- Real aykido həmçinin silahla özünümüdafiə texnikalarını da əhatə edir. Məşqlərdə təhlükəsizlik məqsədilə tədris silahları tətbiq olunur. Mühafizə və polis əməkdaşlarının hazırlığında isə peşəkar avadanlıqdan istifadə edilir. Yeddi ölkənin prezidentinin şəxsi mühafizəçiləri də məhz bu texnikalar üzrə təlim keçib. Mən də real həyatda bir neçə hücumla qarşılaşmışam və əlavə vasitələr olmadan özümü müdafiə etmişəm.

- Kəmər dərəcələrini alma prosesi nə qədər vaxt aparır?

- Hər kəmər üçün müəyyən minimum hazırlıq müddəti var. Bu dövr bitdikdən sonra əsas məşqçinin qərarı ilə növbəti imtahana buraxılırsan. Məsələn, 1-ci dan qara kəməri almaq üçün idmançı ən azı 5–6 il real aykido ilə məşğul olmalı və 16 yaşı tamam olmalıdır. Ən yüksək mərhələ 10-cu dan qara kəmərdir və buna yalnız Lyubomir Vraçareviç sahib olub.

- Ən həyəcanlı imtahanınız hansı olub?

- Hər biri çətin və stressli idi. Əvvəllər kəmərlər barədə düşünmürdüm, amma mənə bu sahədə istedadımın olduğunu deyib imtahanlara qatılmağımı tövsiyə etdilər. Lakin ən böyük həyəcanı beynəlxalq arenada Azərbaycanı təmsil edərkən yaşamışam. İki dəfə Beynəlxalq Döyüş Sənətləri Festivalına dəvət almışam. Bu, sahəmizdə ən nüfuzlu tədbirdir. Mən və tələbəm real aykidonu dünyaya təqdim edən səkkiz idmançı arasında idik. Canlı yayımda 20 min nəfər bizi izləyirdi. Bu, həyatımın ən təsirli anlarından biri idi.

- Hansı nəticəni hədəfləyirsiniz?

- Mənim məqsədim vəzifə və ya kəmər deyil. Əsas olan sağlam həyat tərzini təbliğ etmək və bu idman növündə mümkün qədər uzun müddət fəaliyyət göstərməkdir.

- Azərbaycanda yüksək səviyyəli kəmər almaq mümkündürmü?

- Bəli. Əvvəllər bu məqsədlə idmançılar xaricə getməli olurdu. İndi isə elə sistem qurmuşuq ki, İqor Petroviç hər il Azərbaycana gələrək imtahanlar keçirir. Bu da əlavə xərcləri aradan qaldırır.

- Real aykido ilə məşğul olmağa neçə yaşdan başlamaq olar?

- 4 yaşdan. Beynəlxalq Federasiya 4–13 yaşlı uşaqlar üçün xüsusi proqram hazırlayıb. Bu proqram oyun elementlərini peşəkar təlimlə birləşdirir. Uşaqlar həm maraqla məşğul olur, həm də əsas bacarıqları öyrənirlər. Real aykido uşaqların hərəkət qabiliyyətini inkişaf etdirir, emosiyalarına nəzarət etməyi, intizamlı və səbirli olmağı öyrədir. Nəticədə onları yetkin həyata hazırlaşdırır. Bizdə yaş, cins və çəki məhdudiyyəti yoxdur. Hazırda klubumuzda həm kişilər, həm qadınlar, hətta 70 yaşadək məşq edənlər var.

- Real aykido ən çox hansı ölkələrdə inkişaf edib?

- Mərkəzi və vətən Serbiyadır. İkinci yerdə Azərbaycan gəlir. Daha sonra Qazaxıstan və Rusiyanı qeyd edə bilərəm.

Azərbaycan bu sahədə sürətlə mərkəzə çevrilir. Bu, həm cəmiyyətin marağı, həm də idmançılarımızın peşəkarlığı sayəsində mümkün olub. İndiyədək 11 beynəlxalq seminar təşkil etmişik. Son səkkiz ildə isə bütün kəmər dərəcələri üzrə imtahanlarda sabit şəkildə liderik.

- Real aykido Olimpiya idman növü deyil. Sizin üçün əsas nailiyyət nə sayılır?

- Bəli, bu, Olimpiya növü deyil, çünki yarış formatı yoxdur. Tarix boyu cəmi iki turnir keçirilib və hər ikisində ciddi xəsarətlər yaşandığı üçün bu döyüş növünün banisi yarışları qadağan edib.

Real aykido ilə məşğul olanlar üçün ən böyük nailiyyət mənəvi inkişaf və özünü, yaxınlarını qoruma bacarığıdır. Bu, mənim üçün istənilən medaldan daha dəyərlidir. Əlbəttə, digər idman növlərində medallar böyük əhəmiyyət daşıyır və bu sahələrdə ölkəmizi təmsil edən idmançılarla fəxr edirik.

Leyla Eminova

İdman.biz

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 19:06

"Sabah" "Kəpəz"i minimal hesabla məğlub etdi və liderliyini möhkəmləndirdi - YENİLƏNİB + VİDEO

Futbol
Bu gün, 19:02

Jorje Kaşkilya: "Bu gün iki xal itirdik"

Futbol
Bu gün, 18:59

"Sabah" "Kəpəz" üzərində minimal hesablı qələbə qazanıb

Futbol
Bu gün, 18:57

"Şamaxı"nın baş məşqçisi: Qapılar fərqli imiş, 11 sm-lik detal üzə çıxdı

Futbol
Bu gün, 18:56

"Mançester Yunayted" Kazemiroya yeni müqavilə təklif etdi, lakin oyunçu getmək istəyir

Futbol
Bu gün, 18:52

"Sabah" - "Kəpəz": Kahim Parris hesabı açdı

Futbol
Bu gün, 18:45

"Liverpul"da Virts itkisi: Oyunöncəsi hazırlıq zamanı zədə

Futbol
Bu gün, 18:43

Koutinyo azarkeşlərin fitə basmasından sonra "Vasko da Qama" ilə müqaviləsini ləğv etdi

Futbol
Bu gün, 18:35

Ayxan Abbasov: "Bəzi futbolçularımız karyerasında ən yaxşı dövründədir; Kubokda iddialıyıq"

Cüdo
Bu gün, 18:30

Cüdo üzrə U-14 Liqa yarışının ilk turunun yekunları - Nəticələr və FOTOLAR

Futbol
Bu gün, 18:17

Arda Güler "Real"ın məğlubiyyətində günahlandırıldı

Boks
Bu gün, 18:10

Boks üzrə Azərbaycan çempionatı rekord sayda iştirakçı ilə başlayır

Futbol
Bu gün, 17:58

"Yuventus"da Kenan Yıldızın zədəsi "Qalatasaray" matçı öncəsi narahatlıq yaradıb

Futbol
Bu gün, 17:57

"Neftçi" rəhbərliyi Anatoli Banişevskinin doğum günündə məzarını ziyarət edib

Boks
Bu gün, 17:46

Yeniyetmə boksçular arasında Azərbaycan çempionatında yeni rekord qeydə alındı

Futbol
Bu gün, 17:43

Dani Sebalyosun zədəsi "Real"a baha başa gəldi: Ulduz futbolçu 7 həftə meydandan kənarda qalacaq

Boks
Bu gün, 17:43

Yeniyetmə boksçular arasında Azərbaycan çempionatında rekord sayda iştirakçı qeydə alınıb

Olimpiada
Bu gün, 17:41

Olimpiya medallarının faktiki dəyəri nə qədərdir?

Şahmat
Bu gün, 17:36

Ülviyyə Fətəliyeva Şahmat üzrə Azərbaycan Çempionu Oldu

Futbol
Bu gün, 17:29

"Sabah" - "Kəpəz" oyununun start heyətləri açıqlandı

Futbol
Bu gün, 17:27

"Liverpul" Konateyə əvəz kimi Tomorini nəzərdən keçirir

Futbol
Bu gün, 17:26

Seynt Allan-Maksimin "Beşiktaş"ın maraq dairəsindədir

Futbol
Bu gün, 17:22

Messi "Los-Anceles" məğlubiyyətindən sonra hakimlərə əsəbiləşdi: Suares onu sakitləşdirdi

Şahmat
Bu gün, 17:20

Ülviyyə Fətəliyeva Şahmat üzrə Azərbaycan Çempionu Oldu

Oxşar xəbərlər