top
Eduard Məmmədov: Azərbaycan kikboksinqçilərinin Avropa çempionatındakı nəticələri pis deyil, amma daha yaxşı ola bilərdi Report.az
23 sentyabr 2025, 15:52
- ↺ +

Eduard Məmmədov: Azərbaycan kikboksinqçilərinin Avropa çempionatındakı nəticələri pis deyil, amma daha yaxşı ola bilərdi

Azərbaycan Kikboksinq Federasiyasının (AKF) vitse-prezidenti Eduard Məmmədov gənclər, yeniyetmələr və kadetlərdən ibarət millinin İtaliyanın Lido Jesolo şəhərində WAKO versiyası üzrə keçirilən Avropa çempionatında qazandığı nəticələri qənaətbəxş hesab edir.

Bunu "Report"a açıqlamasında AKF rəsmisi özü bildirib.

O, görüşlərin çətin keçdiyini söyləyib:

"Nəticələri pis hesab etmirik. Lakin bundan da yaxşı ola bilərdi. Bəzi idmançılarımız ciddi zədə ilə üzləşdilər. Tamerlan Məmmədlini nümunə göstərə bilərəm. Qaş nahiyəsindən ciddi zədələndi və finala çıxa bilmədi. Halbuki onun qızıl medal qazanacağına ümidimiz böyük idi. Kikboksinqin WAKO versiyası çətindir. Belə bir turnirdə 41 ölkə arasında 14-cü olmaq əla olmasa da, düşünürəm ki, pis nəticə sayılmamalıdır. Üstəlik, bu, Avropa çempionatı idi. Dünya çempionatlarında zəif kikboksinq ölkələrinə rast gəlmək olur. Avropada isə, demək olar ki, əksər ölkələrin kikboksinqçiləri güclü olurlar. Həmçinin 6 gümüş medal qazandıq. Finalçılarımız rəqibləri ilə başabaş mübarizə apardılar. Lakin hakimlər üstünüyü rəqiblərə verdilər. Qızıl medal sayı çox olsaydı, daha üst pillələrdə qərarlaşa bilərdik".

E.Məmmədov hər yarışdan əvvəl AKF rəhbərliyinin dəstəyini hiss etdiklərini söyləyib:

"Bu cür yarışlara hazırlaşmaq güc tələb edir. Hər dəfə yarışlara yollanarkən Azərbaycan Kikboksinq Federasiyasının fəxri prezidenti Adil Əliyev və Azərbaycan Kikboksinq Federasiyasının Prezidenti Orxan Əliyevin dəstəyini hiss edirik. Sağ olsunlar ki, idmançılara lazımi dəstəyi verirlər və onlar da ölkəmizi layiqincə təmsil edirlər. Növbəti yarışlara köklənəcəyik".

Qeyd edək ki, milli komanda Avropa çempionatında ümumilikdə 5 qızıl, 6 gümüş və 10 bürünc medal qazanıb. Mötəbər turnirdə iştirak edən 41 ölkə arasında Azərbaycan 14-cü pillədə qərarlaşıb.

kikboksinq Eduard Məmmədov WAKO Avropa çempionatı
Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 12:33

Litva millisinin sabiq məşqçisi: Azərbaycan futbolu geriləyir

Futbol
Bu gün, 11:59

Juventus, Atalanta'nın sol müdafiəçisini transfer siyahısına əlavə edib

Futbol
Bu gün, 11:30

Neftçi və Spartak (Vilnius) komandalarının veteranları 75 ildən sonra Tofiq Bəhramov stadionunda görüşəcək

Cüdo
Bu gün, 11:00

Dünya cüdo çempionatı Bakıda başladı: İlk gündə 4 azərbaycanlı tatamiyə çıxdı

Qarabağ FK
Bu gün, 10:30

Kamilo Duran Kolumbiya millisinin yığmasında ilk dəfə meydan gördü

Futbol
Bu gün, 09:42

Argentina futbol millisi Burkina-Fasoya 7-0 məğlubiyyət verdi

Futbol
Bu gün, 07:11

Yamal yenə altıncı dəqiqədən əvvəl qol vurdu

Futbol
Bu gün, 06:31

Finlandiya millisinin baş məşqçisi Ronaldoya zarafat etdi, jurnalistlər sükutla qarşıladı

Futbol
Bu gün, 05:27

Biliç 0:7 məğlubiyyətdən sonra emosional açıqlama verdi: “Bu oyunu unutmamaq lazımdır”

Futbol
Bu gün, 04:19

Brunu Fernandeş Ronalduyu müdafiə edərək Portuqaliya Futbol Federasiyasını problemi həll etməyə çağırır

Futbol
Bu gün, 01:34

Klopp Yunanıstanın qələbəsini layiqli hesab edir, revanş öncəsi hazırdır

Futbol
Bu gün, 00:53

Tuchel: “7-0 qələbə zamanı oyun bir an belə dayanmadı”

Qarabağ FK
Dünən, 20:58

Qarabağ məşqçisi Qurban Qurbanov: “Zirə ilə 3:1 qalibiyyəti, milli oyunçuların yüklənməsi və gələcək qarşılaşmalar üçün möhkəm hazırlıq vacibdir”

Futbol
Dünən, 20:17

Litva millisinin baş məşqçisi: “Biz Bakıdakı matça qələbə ilə çıxacağıq”

Futbol
Dünən, 20:14

Azərbaycan U-20 millisi Moldovaya qarşı 1:0 məğlubiyyət aldı;

Futbol
Dünən, 19:56

“Qəbələ” Yapon U‑20 yığmasına 1:3 hesabı ilə məğlub oldu

Qarabağ FK
Dünən, 19:26

Qarabağ, Zira üzərində 3:1 qalibiyyəti ilə üstünlük qazandı

Futbol
Dünən, 17:45

Rahid Əmirquliyev: Heyətin potensialı qələbələrə yol açır

Futbol
Dünən, 16:30

“Qəbələ” heyətinə albaniyalı yarımmüdafiəçi Endri Çekiçi qatıldı

Gimnastika
Dünən, 11:25

İtaliyada keçirilən 5-ci Aere Trampoline Cup turnirində Azərbaycan gimnastları beş qızıl və bir gümüş medal qazandı

Futbol
Dünən, 11:12

Müdafiəçi Rüfət Abbasov: "Yalnız qələbə üçün hazırıq"

Futbol
Dünən, 11:07

Ayxan Abbasov: Litva qarşısında daha yaxşı oyun göstərməliyik

Futbol
Dünən, 09:00

U-20 millimiz Qəbələdə Moldova ilə yoldaşlıq oyunu keçirir

Futbol
Dünən, 08:00

Liverpool, Alman futbolçu Florian Wirtzi performansını yaxşılaşdırmasa, 2027-ci ildə transferə çıxara bilər

Oxşar xəbərlər