Qazaxıstanın Aktau şəhərində boks üzrə beynəlxalq turnir keçirib.
İdman.biz xəbər verir ki, yarışda mübarizə aparan Azərbaycan millisi 4 medal qazanıb.
Komandamızın heyətində Sərxan Əliyevlə (71 kq) Məhəmməd Abdullayev (+92 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıblar. Yalnız finalda uduzan Nəbi İsgəndərov (71 kq) ikinci yeri tutub. Tayfur Əliyev (60 kq) isə turniri bürünc medalla başa vurub.
Qeyd edək ki, Aktauda ölkəmizi hakim kimi İlqar Qasımzadə təmsil edib.
İdman.biz