top
BOK&İBA: Çəkişmələrin yeni mərhələsi İdman.biz
31 may 2024, 11:02
- ↺ +

BOK&İBA: Çəkişmələrin yeni mərhələsi

Paris-2024 Yay Olimpiya Oyunları ərəfəsində dünya idmanında növbəti qalmaqal yaşanır.

İdman.biz xəbər verir ki, Beynəlxalq Boks Assosiasiyası (İBA) və Beynəlxalq Olimpiya Komitəsi (BOK) arasında uzun müddətdir davam edən çəkişmələr yeni mərhələyə qədəm qoyub.

Buna İBA-nın Paris-2024-lə bağlı qərarı səbəb olub. Qurum Fransa paytaxtında medal qazanan idmançılara mükafat fondu ayırıb. Bu, idmançılara, məşqçilərə, milli assosiasiyalara dəstək, həm də boksçuların əməyinin qarşılığını alması məqsədi daşıyır. İBA BOK-un atletlərə maliyyə dəstəyi göstərə bilməməsi fonunda bu addımı zəruri sayıb.

BOK buna dərhal reaksiya verib. Tomas Baxın rəhbəri olduğu qurum mükafatların ləğv edilməməsi təqdirində İBA üzvlərinin Los-Anceles-2028-ə buraxmamaqla hədələyib. Qurum bunu mükafatların verildiyi maliyyənin mənbəyinin göstərilməməsi, şəffaflığın olmaması ilə izah edib.

Umar Kremlyovun rəhbəri olduğu İBA çoxdan Olimpiya Hərəkatının üzvü deyil. Qurumun Paris-2024-lə bağlılığı da qalmayıb. Təsnifat turnirləri BOK-un xüsusi komitəsi tərəfindən təşkil olunur.

Olimpiya Hərəkatının peşəkarlaşmasının əleyhinə olan BOK belə halla ilk dəfə rastlaşmır. Bir neçə ay əvvəl Dünya Atletikası da analoji addım atıb. Paris-2024-ün atletika yarışlarının çempionlarına maliyyə mükafatları veriləcək.

Həmin vaxt da BOK etiraz səsini ucaltsa da, Dünya Atletikası ilə "kəllə-kəlləyə" gəlməmək üçün ultimatum tərzinə keçməmişdi. Amma İBA ilə uzun müddətdir davam edən çəkişmələr, həmçinin boksun da atletikaya qoşulması Baxı qəzəbləndirib.

BOK bəyanatında boksun Los-Anceles-2028-də olması üçün İBA-ya alternativ qurumun yaradılmasının zəruriliyini vurğulayıb. Düzdür, Ümumdünya Boks Təşkilatı adlı yeni qurum yaradılıb. Lakin İBA ilə ayaqlaşa bilməyən bu təşkilatın taleyi hələ qeyri-müəyyəndir. Bəyanatda bildirilir ki, yeni tsiklin startına qədər İBA üzvü qalan milli federasiyalar da ABŞ-dakı Olimpiadaya buraxılmayacaq. Milli olimpiya komitələri həmin federasiyaları öz üzvlüyündən çıxarmalıdır.

Amma atletika və boksun ardınca digər idman növlərinin də belə addım atması da istisna deyil. Mükafat vədi ilə çıxış edəcək beynəlxalq təşkilatların çoxalması isə BOK üçün böyük zərbə olacaq.

Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 17:00

Elmar Baxşıyev: Sabahın Norveçdəki 'Viking'e qarşı oyunu üçün şəraitə tez uyğunlaşması vacibdir

Futbol
Bu gün, 16:49

Liverpool məşqçisi Andoni İraola Fenerbahçe qarşısında inamı məhv etməyi tələb etdi

Futbol
Bu gün, 16:40

Liverpool, Valverde üçün 100 milyon avroluq təklif hazırlayır

Futbol
Bu gün, 16:22

Rodri, Atletiko qarşısında yaralanma səbəbindən oyunu buraxa bilər

Futbol
Bu gün, 16:20

Barcelona itkisindən sonra Rodri yaralanıb – Atletico qarşı oyunu buraxacaq

Futbol
Bu gün, 16:17

Mingəçevir futbolçuları maaş ödənməməsi səbəbindən boykot etdilər, matç oynamadı

Voleybol
Bu gün, 16:10

Ceyran İmanova: “Turan” komandasının əsas hədəfi qrup mərhələsinə vəsiqə qazanmaqdır

Futbol
Bu gün, 16:00

“Sabah”ın çempionluq play-offa yüksəlmə ehtimalı 6,8%

Futbol
Bu gün, 15:58

FIFA U-15 dünya çempionatında Azərbaycanlı hakimlərə yüksək qiymətləndirmə verildi

Futbol
Bu gün, 15:50

Bruno Fernandeş: "Roma" üzərindəki qələbədən sonra Maykl Karrikin postunu xilas etmək məcburiyyətində deyildik

Digər
Bu gün, 15:35

Aysel Əhmədli Sofiyada WSF Şotokan karate Avropa çempionatının K10 kateqoriyasında qızıl medal qazandı

Futbol
Bu gün, 15:28

Yamal 20 yaşından əvvəl Çempionlar Liqasında ən çox qol vuran futbolçu oldu

Qarabağ FK
Bu gün, 15:22

Nazim Süleymanov: Sabahın Çempionlar Liqası çıxışını dəyərləndirir və gələcək perspektivlərini paylaşır

Futbol
Bu gün, 15:11

Toral Bayramov: "Sabah" komandasının Norveçin "Viking"ini məğlub edəcəyinə inanıram;

Güləş
Bu gün, 14:52

Dünya Güləş Birliyi 2027-ci ildən başlayaraq qazandığı hər görüşə görə xal verən yeni reytinq sistemini tətbiq edir

Futbol
Bu gün, 14:47

İmişli U-19 komandası 6 legioner futbolçu ilə gücləndirildi;

Futbol
Bu gün, 14:40

Kivu: "İnter"in "Feyenoord"a qarşı qələbəsi uğurlu oldu, növbəti matçlara köklənirik

Futbol
Bu gün, 14:37

Feйenoord azarkeşləri İnter qarşısında fişəng ataraq stadionun damına ziyan yetirib

Futbol
Bu gün, 14:29

Rəhim Həsənov: Kəpəz-İmişli matçında baş hakimin səhv qərarı

Futbol
Bu gün, 14:16

Elmar Baxşıyev: "Sabah" komandası Norveçdə "Viking"lə qarşılaşmada maneələri dəf etsə, uğurlu nəticə əldə edə bilər

Futbol
Bu gün, 14:07

Arsenal zədələrin azaldılması üçün NASA, Google və Apple ilə əməkdaşlıq edir

Futbol
Bu gün, 14:00

Elnur Cəfərov: "Şəfa"nın "Sumqayıt"a 1:1 hesablı matçını və mübahisəli penalti epizodunu dəyərləndirdi

Futbol
Bu gün, 13:49

Lukas Berqvall "Tottenhem"də qalacağını təsdiqləyib

Gimnastika
Bu gün, 13:44

Nankin-2026: Azərbaycan tamblinqdə ardıcıl üçüncü dünya çempionluğuna və batut gimnastikasında ilk fərdi medala layiq görüləcək?

Oxşar xəbərlər