top
Bəhram Rəcəbzadənin maddi sıxıntıları və idmançı karyerasındakı çətinliklərlə bağlı müsahibəsi Idman.biz
Bu gün, 16:14
- +

Bəhram Rəcəbzadənin maddi sıxıntıları və idmançı karyerasındakı çətinliklərlə bağlı müsahibəsi

"Zamanla bağlı anlaşılmazlıq oldu. Döyüş vaxtı kənardan eşitdiyim səslə öz hesabım qarışdı".

Bunu Azərbaycanın tanınmış kikboksçusu Bəhram Rəcəbzadə offsideplus.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

- 15 saniyəyə nokaut. Siz yaxşı hazırlaşmışdınız, ya rəqibin boşluqları çox oldu?

- Mən çox yaxşı hazırlaşmışdım. Həmçinin rəqibin boşluqlarından da istifadə etməyi bacardım.

- Rinqə başqa bir motivasiya ilə çıxmışdınız. Görünür, karyeranızda yaranan fasilə səmərəli olub. Niyə getdiniz?

- Yorulmuşdum. İl ərzində 10-15 döyüşə çıxmaq asan məsələ deyil. Həmin dövrdə bəzi şəxsi problemlər də vardı ki, məni bu qərarı verməyə məcbur etdi. Üstəlik, döyüşdəki məlum məsələ.

- Tarik Kabezə ilə döyüşdə nə baş vermişdi?

- Zamanla bağlı anlaşılmazlıq oldu. Döyüş vaxtı kənardan eşitdiyim səslə öz hesabım qarışdı. Zalda on minə yaxın adam vardı. Səs-küy məşqçilərin səsini aydın eşitməyə imkan vermirdi. Kənardan "öndəsən, tələsmə" sözlərini eşidirdim. Bu da məni rahatlatdı. Öz-özümə düşündüm ki, zərbələri buraxdığım halda nə yaxşı öndəyəm. Təbii ki, bu gedişatda xal analizini düzgün müəyyənləşdirmək olmur. Məni idmançılar daha yaxşı başa düşər. İlk raunddan öndə getdiyim üçün çempion olacağımı təxmin edirdim. Buna görə də sonda haqsızlıq olduğunu düşündüm.

- Məsələyə vaqif olandan sonra peşman oldunuz?

• Peşmanlıq deyəndə ki, idmanı çox sevirəm və uzaqlaşmaq istəmirəm. Qərarımı açıqlayandan sonra mənə çox adamdan mesaj gəldi.

- Bu reaksiyanı gözləyirdiniz?

- Gözləyirdim, ancaq bu qədər yox. Hədsiz-hesabsız mesaj gəlmişdi.

- O mesajların içərisində mütləq ki, hansısa daha təsirli olub.

• Rinqdə "türk-türk" deyirsən, ancaq döyüşdən imtina edirsən.

- Niyə məhz "Qızıl qurd"?

- Ağ var, qara var, ancaq qızıl qurd çətin tapılır. Bilirsiniz ki, qurd türkçülüyün simvoludur. Bu səbəbdən "Qızıl qurd" ləqəbini götürdüm.

Döyüşdən sonra etdiyiniz çıxışlar da böyük maraqla qarşılanır. Həmin nitqi öncədən hazırlayırsınız, yoxsa bədahətən gəlir?

• Qətiyyən. Nə soruşurlarsa, ona da cavab verirəm. Mən bir suala əvvəlcədən, istəsəm də, hazırlaşa bilmərəm. Heç kəsə hörmətsizlik etməmək şərtilə ürəyimdən nə keçirsə, onu da deyirəm.

• Çox vaxt türk dilində danışmağınız insanlar tərəfindən birmənalı qarşılanmır.

• Ola bilər. Mən Azərbaycan dilində də danışıram. Bilirsiniz ki, uzun müddət Türkiyədə yaşamışam. Həyat yoldaşım da Türkiyə vətəndaşıdır. İş gördüyüm insanların da çoxu oralı olduğu üçün türk dilində daha çox danışıram. Ancaq türkcə danışanda özümü daha yaxşı ifadə edə bildiyimi düşünürəm. Üstəlik, rusca danışmaqdansa, türk dilində danışmaq daha yaxşıdır, məncə.

• Yəni?

• Bəzi idmançılar, iş adamları, müğənnilər rusca danışır, ancaq onlara bunu irad tutan yoxdur.

• Niyə ki, onlara da deyənlər var.

• Çox az deyirlər. Ancaq türk dilində danışan görəndə dərhal reaksiya gəlir.

• İş adamları demişkən, idmanın digər sahələrində olduğu kimi kikboksinqdə də sponsor dəstəyi mütləqdir. Sizcə, Azərbaycanda bu mexanizm nə qədər işləkdir?

• Bakıdan qırağa çıxmayan idmançılar var ki, deyirlər, bizə dəstək olmurlar. Halbuki sən birinci özünü sübut etməlisən. Daha sonra sponsor özü gələcək. Təbii ki, iş adamlarımız idmançılara dəstək göstərir. Ancaq təəssüf ki, onların sayı azdır.

• Bəlkə idmançı özü də təşəbbüs göstərməlidir?

• Neyləsin? İdmançı iş adamının yanına gedib deyəndə ki, mənə dəstək lazımdır, əksəriyyəti ona dilənçi kimi baxır. Bu, düzgün yanaşma deyil. İş adamı düşünməlidir ki, o, bizim bayrağımızı qaldıracaq. Nailiyyət qazanan idmançıya dəstək olmaqla siz həm də ölkə idmanımıza dəstək olmuş olursunuz. Lakin iş adamlarının çoxu belə fikirləşmir, deyir: "Cibinə 100-200 manat qoyun, gedib özünə vitamin alsın". Vəssalam.

• Bəs şəxsən Bəhram Rəcəbzadə ona göstərilən dəstəkdən razıdırmı?

• Mənə bu günə kimi ən böyük dəstəyi Federasiyamızın fəxri prezidenti Adil Əliyev göstərib. Nəsə çətinliyim olanda birinci ona zəng edirəm. Ondan savayı, indiyə kimi nə bir iş insanından, nə də sponsordan dəstək görmüşəm. Nə etmişəmsə, öz cibimdən eləmişəm. Məşqçiliklə məşğul olmuşam, fəhlə kimi işləyib yarışlara hazırlaşmışam. Oradan da pulumu qazanıb, sonra qaldığım yerdən davam etmişəm.

• Aylıq hazırlığınız üçün nə qədər pul lazımdır?

• Baxır hansı yarışa hazırlaşıram. Vitaminim, həkimim, qidalanmam, məşqçim, gedəcəyim toplanış – bir xəzinədir. Professional yarışa hazırlaşmaq üçün təxminən 18 min manat pul lazımdır. Söhbət "Glory" kimi bir yarışdan gedir.

• Bəs bu pulu haradan tapırsınız?

• Dediyim kimi, daha çox Adil Əliyev dəstək olur. Ancaq ona da hər dəfə demək olmur axı.

• Çevrənizdə gördüyümüz iş adamları bəs?

• Bir də görürsən ki, iş adamı hər kəsin içərisində yaxınlaşıb əlini cibimə atıb pul basır. Deyirəm, lazım deyil, çox sağ olun. Deyir: "Yox, e, qoy cibinə, fəxrimizsən, canavarsan". Sonra baxıram ki, 200 manat verib. Mən bu pulla nə hazırlıq keçəcəyəm?

• Bəlkə imkanı ona çatır?

• Bunu imkanlı adamlar edir də elə. Deməli, bir dəfə restoranda oturmuşdum. Bir nəfər yaxınlaşıb dedi ki, bəs sizin fanatınızam. Dedim, çox sağ olun, ancaq mən bayrağımızı qaldırıram, bayrağın fanatı olsanız, kifayətdir. Soruşdu ki, mən sizə köməklik etmək istəyirəm, nə qulluq edə bilərəm? Əvvəlcə minnətdarlığımı bildirib heç nəyin lazım olmadığını bildirsəm də, çox israr elədi. Dedim, bu yaxınlarda Taylanda təlim-məşq toplanışına getməliyəm. İki ay sonra yarışım var. Əgər imkan varsa, hazırlığa kömək edə bilərsiniz. Soruşdu, nə qədər lazımdır? Dedim, on min – beşini mən qoyum, beşini sən. Cavab verdi ki, "qurbandır". Dedim, bax, vizanı alıram ha. Alım? Dedi, al, qardaşın yanındadır. Nəsə, getdim Türkiyədə viza məsələlərini həll etdim. Biletləri isə bron etmədim, birbaşa aldım ki, adam ciddiyyəti görsün. Qısası, oradakı zalın, otelin rezervi daxil, əməlli pul xərclədim. Üstündən təxminən 10 gün keçəndən sonra biletlərin və vizanın şəklini göndərdim ki, mən öhdəmə düşəni etdim. Növbə sənindir. Dedi, "hə, qaqam, indi yığıram səni". Üstündən hardasa 2 il yarım keçib, hələ yığmayıb. Yəqin yadından çıxıb (gülür). Düzdür, mən yenə getdim, məşqimi keçdim. Sadəcə istəyirəm biləsiniz ki, idmançını belə yarıyolda qoyan adamlar var. Ancaq bunun əksini edənlər də görmüşəm.

Deməli, Türkiyədə məşqdəydim. Gördüm ki, içəri kostyumlu 3-4 nəfər adam daxil oldu. Qapıda mənimlə danışmaq istədiklərini dedilər. Türkiyəli iş adamları idi, tanımırdım. Gözlədilər, məşqdən sonra söhbətləşdik. Dedilər ki, əgər sən Azərbaycan bayrağı ilə yanaşı bizim bayrağı da dalğalandırırsansa, bununla qürur duyuruq. Nəsə, qısa söhbətdən sonra bir paket çıxarıb uzatdılar. Əvvəlcə qəbul etmək istəmədim, ancaq çox israr etdilər. Sonradan açanda gördüm ki, 10 min avrodur. Adamlar nə bir şəkil çəkdirdilər, nə imza istədilər, nə də artıq-əskik bir söz. Pulu verib getdilər. Ancaq Azərbaycandan hələ bir dəfə də bir zəng gəlməyib ki, Bəhram, nəyəsə ehtiyacın varmı? Qarşıdan döyüş gəlir. Bunun hazırlığı var. Dediyim kimi, yarışlara öz hesabıma hazırlaşıram. Martın 1-dən məşqlərə başlayacağam. Təki qalib gəlim, ancaq uduzsam, deyəcəklər ki, bəs nə oldu? Niyə uduzdun? Döyərdin də. Ancaq soruşan yoxdur ki, necə? Hansı məşqlə? Sən bilirsənmi ki, mən məşqdən gəlib tez yatıram ki, səhər yeməyini yeməyim, günorta ikisini bir yeyim? Çünki pul çatmır. Bunu soruşan yoxdur.

• Siz artıq özünüzə gün-güzəran qurmamısınız ki?

• Tutaq ki, döyüşdən alıram 20 min pul. Menecer, məşqçi, döyüşə qədər keçdiyim hazırlıq… Bir də baxıram ki, ortada 2-3 min pul qalıb. Bu pulla necə dolanasan? Baxın, mənə hazırda məşq yoldaşı lazımdır. Türkiyədə, Azərbaycanda istədiyim adamı tapa bilmirəm. Mənə uyğun məşq yoldaşlarının əksəriyyəti Avropada yaşayır. Onlar da məndən aylıq 3000 avro istəyir. Üstəlik, təyyarə pulu, qalmağı, yeməyi, oteli və s. Hardan baxsan, bir nəfər üçün 6 min avro tələb olunur. Digər tərəfdən də bir nəfər bəs eləmir. Biri travma alır, durur kənarda, ikinci gəlir. Yəni minimum iki nəfər lazımdır. 12 min avronu gətirib verən yoxdur, ancaq "niyə uduzdun?" sualını verən çoxdur. Professional idmançının uğurlu çıxışında 70 faiz məşq yoldaşının rolu var. Yerdə qalan isə məşqçi, qida, rejim və məşq prosedurunun payına düşür. Təsəvvür edin ki, mən 70 faizdən məhrum oluram. Məsələn, son döyüşə hazırlaşmaq üçün İrandan 2 nəfər gətirmişdim. Az sonra birinin qabırğası qırıldı, birinin ayağı. Rusiyadan gətirdiyimin də çiyni sındı. Birini vururam, travma alır, dərhal gözüm ikincini axtarır, görürəm ki, o da qolunu tutub. Məcbur gedib çuvalla döyüşürəm. Sonra da deyirlər, yumruq vuranda Bəhram niyə gözünü yumur?

• Aprelin 25-də Donavan Visse ilə döyüşünüz var. Zaman daralır. Sizcə, necə olacaq?

• Hamı kəmər gözləyir, ancaq məni nələrin gözlədiyini heç kim bilmir. Rəqibim çox-çox güclüdür. Hətta deyərdim ki, Tarikdən də güclüdür. Üstəlik, çox texnikalıdır. Qalib gəlmək üçün çox əziyyət çəkməliyəm.

• Çəki salacaqsınız?

• Hə, hazırda 103 kiloyam, təxminən 10 kilo salmalıyam.

• Sizi yalnız ekrandan tanıyanların çoxu aqressiv insan kimi xarakterizə edir. Bununla nə qədər razısınız?

• Mən çox sadə bir insanam. Ancaq orada elə davranmaq məcburiyyətindəsən.

• Niyə?

• Reytinqini qaldırmaq üçün. Mən o vaxt mətbuat konfransında stola bir yumruq vurdum, çıxdım çölə, 50 min manat verdilər.

• Yəni şou?

• Mən şou göstərmirəm, ürəyimdən necə gəlirsə, o cür davranıram. Ora şahmat oynamağa getmirəm, nə də rəqib sevgilim deyil ki, durub gözünə-qaşına baxım. Döyüşdən öncə üz-üzə gələndə içimizdəki hirs üzümüzə, hərəkətlərimizə yansıyır. Çünki sabah rinqdə bir-birimizi parçalayacağıq. Mən türkəm, ora gedəndə boynumu büküb dayanmayacağam. Rəqib ağzının qırağı ilə gülsə, itələyərəm, söyərəm. Bəzən deyirlər ki, sən də Həbib kimi sadə ol da. Mən ola bilmirəm. Belə də ki, o mənim kimi olsun. Mən özümü belə rahat hiss edirəm. Əgər kimsə bunu bəyənmirsə, normaldır. Qoy o bəyənməyən gəlib mənim yerimə çatsın, o eləməsin. Əlbəttə ki, çata bilsə…

• Doqquz illik həsrət bitdi, qızınıza qovuşdunuz. Ata olandan sonra həyatınızda nə dəyişdi?

• Nə dəyişmədi ki? Ata olmadan öncə düşünürsən ki, nə üçün yaşayıram? Ancaq indi bilirəm ki, övladım üçün yaşayıram. Bu, elə bir hissdir ki, izah etmək çox çətindir. Ancaq yaşamaq lazımdır ki, nə olduğunu biləsən. Bircə onu deyə bilərəm ki, çox gözəl hissdir.

• Qızınızın sizin yolunuzu davam etməsini istəyərdiniz?

• Bilmirəm. Bəzən istəyirəm, bəzən də yox. Düzü, istəmirəm ki, mən çəkən əziyyətləri övladım da çəksin.

• Bəs birdən gəlib desə ki, döyüşçü olmaq istəyirəm?

• Hörmətlə yanaşaram. Eyni zamanda da həm anasının, həm də özümün çəkdiyimiz əziyyətləri izah edərəm. Ayağın qırılır, qolun qırılır, aqressiv olursan, vaxtında yatmalısan, vaxtında oyanmalısan, yediyinə-içdiyinə diqqət etməlisən. Bir sözlə, səhər-axşam əziyyət çəkirsən. Əgər bunları qəbul edəcəyini desə, ata kimi daim yanında olaram.

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 17:53

Vanda Nara "Fənərbağça"lı Futbolçu ilə Eşq Yaşayır İddiası

Voleybol
Bu gün, 17:52

Voleybol üzrə Azərbaycan Yüksək Liqasında 13-cü və 14-cü tur oyunları keçirilib

Voleybol
Bu gün, 17:47

Voleybol üzrə Azərbaycan Yüksək Liqasında XIV turun ilk oyun günü və XIII tura yekun vurulub

Boks
Bu gün, 17:44

Türkiyədə narkotik əməliyyatı: Məşhurlar arasında boksçu Adem Kılıççı da saxlanıldı

Futbol
Bu gün, 17:41

"Qarabağ"ın "Nyukasl"la Çempionlar Liqası oyunundan əvvəl açıq məşqi olub

Futbol
Bu gün, 17:40

Marsel "Olimpik"inin prezidenti Pablo Lonqoriyanın istefası gündəmdə

Futbol
Bu gün, 17:35

Qurban Qurbanov: Mateuş Koxalski "Nyukasl"la oyuna hazır ola bilər

Olimpiada
Bu gün, 17:26

Azərbaycan oxatanları Avropa çempionatının təsnifat mərhələsini uğurla başa vurublar

Futbol
Bu gün, 17:21

Kamilo Duran: "Nyukasl" ilə oyuna hazırıq və azarkeşləri sevindirməyə çalışacağıq

Futbol
Bu gün, 17:20

"FIFA Series - 2026": Azərbaycanda keçiriləcək oyunların təqvimi açıqlandı

Futbol
Bu gün, 17:15

Kamilo Duran çətin matç və karyerasının önəmli dönəmi barədə danışıb

Futbol
Bu gün, 17:14

Qurban Qurbanov "Nyukasl" oyunu öncəsi: "Bu, Azərbaycan futbolu tarixində ilkdir, böyük təcrübə əldə edə bilərik"

Futbol
Bu gün, 17:13

Qurban Qurbanov "Nyukasl" oyunu öncəsi hazırlıq üçün vaxt azlığından şikayətləndi

Futbol
Bu gün, 17:11

Qurban Qurbanov: Doğma Meydanda Cəsarətli Oynamağa Çalışacağıq

Futbol
Bu gün, 17:06

"Qarabağ" futbolçusu "Nyukasl"la oyunda azarkeşləri sevindirməyə söz verdi

Futbol
Bu gün, 17:05

Qurban Qurbanov: "Qarabağ" futbolçuları "Nyukasl" ilə oyuna məsuliyyətli yanaşır

Futbol
Bu gün, 17:00

"Qarabağ" və "Sabah"ın çempionluq şansları: "Football Meets Data"nın proqnozu

Futbol
Bu gün, 16:55

Fatih Terimdən "Qalatasaray" - "Yuventus" oyunu ilə bağlı gözləntilər

Futbol
Bu gün, 16:50

"FIFA Series - 2026" turnirinin Azərbaycandakı oyunlarının təqvimi açıqlandı

Futbol
Bu gün, 16:40

Osimhen: "Napoli"də irqçiliyə məruz qaldım və buna görə ayrılmaq istədim

Olimpiada
Bu gün, 16:38

Göktuğ Ergin Bakıda kamandan oxatma üzrə məşqçilik təlimi keçirib - FOTO

Futbol
Bu gün, 16:36

"FIFA Series - 2026": Azərbaycanda keçiriləcək turnirin təqvimi və iştirakçıları bəlli oldu

Cüdo
Bu gün, 16:26

Tofiq Musayev Samuel Sançeslə döyüşdə qələbəyə ümid edir

Futbol
Bu gün, 16:20

Barış Yılmaz: Oyunçuların özlərini sübut etmək üçün yaxşı fürsəti olacaq

Oxşar xəbərlər