top
Bakıda şəhidlərin xatirəsinə həsr olunmuş karate üzrə reytinq yarışı təşkil edilib Report.az
23 may 2025, 13:59
- ↺ +

Bakıda şəhidlərin xatirəsinə həsr olunmuş karate üzrə reytinq yarışı təşkil edilib

Bakıda şəhidlərin xatirəsinə həsr olunmuş karate üzrə reytinq turniri keçirilib

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Karate Federasiyasının (AKF) mətbuat xidməti məlumat yayıb.

AKF-nin təşkilatçılığı ilə Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində keçirilən yarışda yeniyetmələr, gənclər, 21 yaşadək karateçilər, böyüklər və parakarateçilər iştirak edib.

Turnir Vətən Müharibəsi şəhidləri – Səfərov Cəsarət və Səfərov Şahmarın əziz xatirəsinə həsr olunub.

Turnirin açılışı Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Tədbirdə AKF-ın prezidenti Ülvi Quliyev, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev və şəhidlərin valideynləri çıxış ediblər.

Federasiya prezidenti Ülvi Quliyev çıxışında yarış yalnız idman mübarizəsi olmadığını bildirib:

"Bu yarış yalnız idman mübarizəsi deyil, eyni zamanda şəhidlərimizin ruhuna ehtiramın və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinin təcəssümüdür".

İcra başçısı Adil Əliyev turnirin dövlətin milli dəyərlərə verdiyi önəmin göstəricisi olduğunu vurğulayıb:

"Şəhidlərimizin xatirəsinin belə tədbirlərlə əbədiləşdirilməsi dövlətimizin milli dəyərlərə verdiyi önəmin göstəricisidir. Bu yarış həm də gənclərimizin mənəvi inkişafına mühüm töhfədir."

Tədbirdə çıxış edən şəhid valideynləri – Səfərov Cəsarətin və Şahmarın ailə üzvləri – övladlarının adlarının idman meydanlarında yaşadılmasından duyduqları qüruru və minnətdarlıqlarını ifadə ediblər.

Turnirdə ölkənin müxtəlif bölgələrindən 35 klubun 350-dən çox karateçisi iştirak edib. Yarış yeniyetmələr, gənclər, U21, böyüklər və parakarate kateqoriyaları üzrə təşkil olunub və Azərbaycan çempionatı və respublika birinciliyi üçün lisenziya xarakteri daşıyıb.

Azərbaycan Karate Federasiyası tərəfindən tətbiq olunan xüsusi reytinq sistemi çərçivəsində, üç ardıcıl reytinq turnirində ən yüksək bal toplamış idmançılar respublika birinciliyi və Azərbaycan çempionatında iştirak hüququ – lisenziya – əldə edəcəklər. Bu mexanizm milli yığmaya obyektiv və şəffaf seçim prosesini təmin edir.

Turnirin idarə olunmasına 30-a yaxın peşəkar hakim cəlb edilib. Yarış beynəlxalq standartlara uyğun şəkildə, texniki və təşkilati baxımdan yüksək səviyyədə keçirilib. Təhlükəsizlik tədbirləri və idmançıların rifahı tam təmin olunub.

Qeyd edək ki, karatenin inkişafına xüsusi töhfə vermiş və dəstək göstərmiş bir sıra şəxslərə Azərbaycan Karate Federasiyası tərəfindən fəxri diplomlar və təşəkkürnamələr təqdim olunub. Tədbirdə idman ictimaiyyətinin tanınmış nümayəndələri, media təmsilçiləri, dövlət və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 15:50

Bruno Fernandeş: "Roma" üzərindəki qələbədən sonra Maykl Karrikin postunu xilas etmək məcburiyyətində deyildik

Digər
Bu gün, 15:35

Aysel Əhmədli Sofiyada WSF Şotokan karate Avropa çempionatının K10 kateqoriyasında qızıl medal qazandı

Futbol
Bu gün, 15:28

Yamal 20 yaşından əvvəl Çempionlar Liqasında ən çox qol vuran futbolçu oldu

Qarabağ FK
Bu gün, 15:22

Nazim Süleymanov: Sabahın Çempionlar Liqası çıxışını dəyərləndirir və gələcək perspektivlərini paylaşır

Futbol
Bu gün, 15:11

Toral Bayramov: "Sabah" komandasının Norveçin "Viking"ini məğlub edəcəyinə inanıram;

Güləş
Bu gün, 14:52

Dünya Güləş Birliyi 2027-ci ildən başlayaraq qazandığı hər görüşə görə xal verən yeni reytinq sistemini tətbiq edir

Futbol
Bu gün, 14:47

İmişli U-19 komandası 6 legioner futbolçu ilə gücləndirildi;

Futbol
Bu gün, 14:40

Kivu: "İnter"in "Feyenoord"a qarşı qələbəsi uğurlu oldu, növbəti matçlara köklənirik

Futbol
Bu gün, 14:37

Feйenoord azarkeşləri İnter qarşısında fişəng ataraq stadionun damına ziyan yetirib

Futbol
Bu gün, 14:29

Rəhim Həsənov: Kəpəz-İmişli matçında baş hakimin səhv qərarı

Futbol
Bu gün, 14:16

Elmar Baxşıyev: "Sabah" komandası Norveçdə "Viking"lə qarşılaşmada maneələri dəf etsə, uğurlu nəticə əldə edə bilər

Futbol
Bu gün, 14:07

Arsenal zədələrin azaldılması üçün NASA, Google və Apple ilə əməkdaşlıq edir

Futbol
Bu gün, 14:00

Elnur Cəfərov: "Şəfa"nın "Sumqayıt"a 1:1 hesablı matçını və mübahisəli penalti epizodunu dəyərləndirdi

Futbol
Bu gün, 13:49

Lukas Berqvall "Tottenhem"də qalacağını təsdiqləyib

Gimnastika
Bu gün, 13:44

Nankin-2026: Azərbaycan tamblinqdə ardıcıl üçüncü dünya çempionluğuna və batut gimnastikasında ilk fərdi medala layiq görüləcək?

Futbol
Bu gün, 13:40

Arda Turan italyan VAR hakimlərini sərt tənqid edib

Voleybol
Bu gün, 13:35

Turanın Çempionlar Liqası qarşılaşması üçün biletlər azarkeşlər üçün pulsuz

Qarabağ FK
Bu gün, 13:25

Qarabağ Klubu, Forma Hərfi Cəzaya Cavab İfade Etdi

Futbol
Bu gün, 13:10

Alleqri, “Sabah”la oynadığı Çempionlar Liqasının pley‑offunda 10 xal qazanmaq planlaşdırır

Digər
Bu gün, 13:02

Snuker çempionu Orxan Qubatov: Azərbaycanda bilyardın bütün növlərinin inkişafını arzulayıram

Futbol
Bu gün, 12:45

Rafinya UEFA Çempionlar Liqasında 23 qolla Neymar və Rivaldonu geridə qoyub;

Futbol
Bu gün, 12:39

Azərbaycan Premyer Liqasının XI turu “Zəfər turu” elan edildi

Futbol
Bu gün, 12:39

Fənərbağçanın yeni məşqçisi Emre Belözoğlu Liverpul matçı üçün iştirak qərarını verəcək

Voleybol
Bu gün, 12:28

CEV Çempionlar Liqasında "Maritza Plovdiv"-ı 3:0 hesabı ilə məğlub edən "Turan"ın voleybolçusu qələbəni qiymətləndirdi

Oxşar xəbərlər