top
Azərbaycan karateçiləri MDB Oyunlarında lider oldular Idman.biz
07 oktyabr 2025, 12:39
- ↺ +

Azərbaycan karateçiləri MDB Oyunlarında lider oldular

Azərbaycan karateçilərinin III MDB Oyunlarında uğurlu çıxışı dövlət dəstəyi və sistemli hazırlığın nəticəsidir.

İdman.biz xəbər verir ki, bu barədə Azərbaycan Karate Federasiyası açıqlama yayıb.

Bildirilib ki, Mingəçevir "Kür" Olimpiya Mərkəzində keçirilən yarışlarda milli komanda ümumilikdə 16 (6 qızıl, 3 gümüş və 7 bürünc) medal qazanıb.

Qazanılan nəticə ilə Azərbaycan Karate Federasiyası MDB Oyunlarında iştirak edən federasiyalar arasında lider mövqedə qərarlaşıb. Qızıl medalları Turqut Həsənov (84 kq), İrina Zaretska (68 kq), Fərid Ağayev (75 kq), Mədinə Sadıqova (55 kq), Nuran Rzazadə (67 kq) və Roman Heydərov (fərdi kata) əldə ediblər. Asiman Qurbanlı (+84 kq), Fərid Savadov (60 kq) və Nəzrin Piriyeva (55 kq) gümüş, Aysu Əliyeva (61 kq), Fərid Şahbazlı (84 kq), Rəşid Süleymanov (75 kq), İnci Əzizova (50 kq), Aslan Dostuyev (67 kq), həmçinin kata üzrə Ramilə Heydərova və Rövşən Əliyev isə bürünc medallara sahib olublar.

Açıqlamada qeyd olunub ki, əldə edilən uğurlar baş məşqçilərin və federasiya rəhbərliyinin sistemli işinin nəticəsidir. Kişilər üzrə baş məşqçi Şahin Atamov, qadınlar üzrə baş məşqçi Şahin Xudaverdiyev, kata üzrə baş məşqçi Vahid Ayvazov və böyük məşqçi Rəşad Hüseynovun peşəkarlığı komandanın yüksək hazırlığını təmin edib.

MDB Oyunları öncəsi Türkiyənin Mərmərə bölgəsində və Qusar rayonunda keçirilən təlim-məşq toplanışları idmançıların fiziki və texniki hazırlıqlarını gücləndirib, beynəlxalq arenada uğurlu çıxış etməsinə zəmin yaradıb.

Azərbaycan Karate Federasiyasının prezidenti Ülvi Quliyevin rəhbərliyi, idarə heyətinin dəstəyi və federasiya aparatının məqsədyönlü fəaliyyəti idmançıların hərtərəfli hazırlığını təmin edib. Federasiya prezidentinin köməkçisi və mətbuat xidmətinin rəhbəri Vüsal Abdullazadə bildirib:

"MDB Oyunlarında qazanılan nəticələr Azərbaycan karateçilərinin peşəkarlığının, məşqçilərin zəhmətinin, federasiya rəhbərliyinin dayanmadan çalışmasının və dövlətin idmana göstərdiyi dəstəyin bariz nümunəsidir. Ölkə rəhbərliyinin diqqəti və Gənclər və İdman Nazirliyinin dəstəyi karatenin inkişafı üçün geniş imkanlar açır. Azərbaycan Karate Federasiyası qarşıdakı beynəlxalq yarışlarda da bu uğurları davam etdirmək niyyətindədir."

Federasiyanın açıqlamasında əlavə olunub ki, əldə olunan nailiyyətlər karatenin ölkədə inkişafı və gələcək perspektivləri üçün yeni üfüqlər açır.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 13:10

Alleqri, “Sabah”la oynadığı Çempionlar Liqasının pley‑offunda 10 xal qazanmaq planlaşdırır

Digər
Bu gün, 13:02

Snuker çempionu Orxan Qubatov: Azərbaycanda bilyardın bütün növlərinin inkişafını arzulayıram

Futbol
Bu gün, 12:45

Rafinya UEFA Çempionlar Liqasında 23 qolla Neymar və Rivaldonu geridə qoyub;

Futbol
Bu gün, 12:39

Azərbaycan Premyer Liqasının XI turu “Zəfər turu” elan edildi

Futbol
Bu gün, 12:39

Fənərbağçanın yeni məşqçisi Emre Belözoğlu Liverpul matçı üçün iştirak qərarını verəcək

Voleybol
Bu gün, 12:28

CEV Çempionlar Liqasında "Maritza Plovdiv"-ı 3:0 hesabı ilə məğlub edən "Turan"ın voleybolçusu qələbəni qiymətləndirdi

Futbol
Bu gün, 12:23

Qalatasarayın 21 yaşlı yarımmüdafiəçisi Aleksey Batrakov Çempionlar Liqasında 4 oyunda 4 qolla Messi və Ronaldodan daha sürətli starta imza atdı

Futbol
Bu gün, 12:20

Tvente 9:0 hesabı ilə Ekselsioru məğlub edərək tarixçə böyük qələbə qazanıb

Futbol
Bu gün, 12:13

Kriştiano Ronaldu Erik ten Hag‑ın sərt tənqidlərinə cavabını verdi

Boks
Bu gün, 12:00

Gülər Hüseynova Azərbaycanın Dakar-2026 YOX boks təmsilçisi oldu

Futbol
Bu gün, 12:00

"Sabah" klubu Norveçdəki fanlarına 300 şərf təqdim edərək xüsusi jest etdi

Futbol
Bu gün, 11:42

Mingəçevir və Şahdağ Qusar 7-ci turda Azərbaycan Birinci Liqasında qarşılaşacaq

Qarabağ FK
Bu gün, 11:38

Vikinq – Sabah: Azərbaycan və Norveç klublarının Avrokubokdakı 9-cu qarşılaşması

Basketbol
Bu gün, 11:20

"Gəncə" bu gün FIBA Avropa Kubokunda "Universitatya Krayova" ilə qarşılaşacaq

Futbol
Bu gün, 11:20

Mançester Yunayted azarkeşləri Roma oyununda etiraz aksiyası keçirdi

Digər
Bu gün, 11:14

Fərid Qayıbov: “İdmanda davamlı uğurları və infrastrukturu gücləndirməyi məqsəd qoyuruq”

Voleybol
Bu gün, 11:05

AZERRAIL və Ordu komandaları arasında kişi voleybolu Super Liqası üçüncü turu dueli

Qarabağ FK
Bu gün, 11:00

«Qarabağ»ın səviyyəli oyunçusu Aleksey Kaşuk ukrayna millisinə ilk dəfə dəvət olunub

Voleybol
Bu gün, 10:59

CEV Turan'ı Azərbaycanın ən uğurlu voleybol klubları ilə müqayisə etdi

Qarabağ FK
Bu gün, 10:44

Qarabağ hücumçusu Kaşuk ilk dəfə Ukrayna milli komandasına çağırıldı

Futbol
Bu gün, 10:28

Əşrəf Hakimi: Messi gəlməsi oyun stilimi dəyişdi, zövq ala bilmədim

Minifutbol
Bu gün, 10:07

İtalyan hakimlər komandası Azərbaycan‑Çexiya futsal matçını idarə edəcək

Futbol
Bu gün, 10:02

Maykl Karrik, Şi Leysin çıxışını tərifləyir: “Meydanda hamını ruhlandırdı”

Voleybol
Bu gün, 10:00

Turan Tovuzun Voleybol Qələbəsi Avropada, Futbol Takımının Gözləmələri

Oxşar xəbərlər