top
Azərbaycan karateçiləri Avropa çempionatında bürünc medal üçün döyüşəcəklər Idman.biz
21 may 2026, 10:14
- +

Azərbaycan karateçiləri Avropa çempionatında bürünc medal üçün döyüşəcəklər

Almaniyanın Frankfurt şəhərində keçirilən karate üzrə Avropa çempionatının ilk günü Azərbaycan idmançıları üçün yaxşı başlamayıb.

İdman.Biz Prosport.Az-a istinadən xəbər verir ki, Avropa çempionumuz İrina Zaretska finala çıxa bilməyib.

Ukraynalı legionerimiz İrina Zaretska (68 kq) Lena Gülümyanı (Ermənistan) 9:5 məğlub etsə də, növbəti mərhələdə Sadea Beçiroviçə (Xorvatiya) 2:4 uduzaraq mübarizəni dayandırıb. O, bürünc medal üçün təsəlliverici yarışda Kosovo əsilli Era Kocaya (Şimali Makedoniya) 4:0 qalib gəlib. Beləliklə, İrina şənbə günü İrəvanda keçirilmiş ötən Avropa çempionatının finalçısı Maria Nieto (İspaniya) ilə qarşılaşacaq.

Aysel Qasımova (+68 kq) 2 döyüş keçirə bilib. O, Şauna Mahondan (İrlandiya) 2:0 üstün olsa da, Yovana Damyanoviçə (Monteneqro) 3:5 uduzub və mübarizəni dayandırıb.

Asiman Qurbanlı (+84 kq) Borxa Qutyeres Markesə (İspaniya) 1:0 və Suren Kosakyana (Ermənistan) 6:2 qalib gəlsə də, üçqat Avropa çempionu Ancelo Kvesiçə 1/4 finalda (Xorvatiya) uduzub – 0:0. Kvesiç finala çıxmadığından, idmançımız bürünc medal üçün təsəlliverici yarışa çıxa bilməyib.

Turqut Həsənov (84 kq) yarışa inamla başlayıb. O əvvəlcə Şimon Seçkarı (Slovakiya) 5:1 və Vladimir Brejançiçi (Serbiya) 4:3 yenib. Onun 1/4 finalda yolunu İvan Kvesiç (Xorvatiya) kəsib – 3:6. Turqutun uduzduğu rəqib finala çıxmadığından, onun üçün yarış başa çatıb.

Yarışda yarımfinala çıxan yeganə idmançımız sensasiyaya imza atan Gülay Orucova (61 kq) olub. O, ərəb əsilli Məryəm Ajaraya (Belçika) 2:0, Aişə Zəkiyə Harşpatakiyə (Macarıstan) 8:2, Mar Trenado Martinesə (İspaniya) 5:3 qalib gəlib. İdmançımız yalnız yarımfinalda rusiyalı Altana Basanqovaya (EKF-1) 1:4 uduzaraq finaldan məhrum olub. O, şənbə günü Emina Sipoviçlə (Bosniya və Herseqovina) bürünc medal görüşünə çıxacaq.

Rəşid Süleymanov (75 kq) isə ilk görüşdə Kilian Sizoya (Fransa) 3:4 uduzsa da, rəqibi finala çıxdığından, bürünc medal üçün təsəlliverici yarışa qatılıb. O ardıcıl olaraq Aleksandar Topuzoviçə (Serbiya) 12:10 və İsan Martinə (İspaniya) 2:1 qalib gəlsə də, rusiyalı Ernest Şarafutdinova (EKF-1) 1:8 uduzub.

Katada dördqat Avropa bürünc medalçısı Roman Heydərov isə uğursuz debüt edib. O, yerli idmançı Moris Teloçkeyə (Almaniya) 3:4 uduzub.

Qeyd edək ki, Azərbaycan 61-ci dəfə keçirilən Avropa çempionatında 23 idmançı ilə təmsil olunur. Bunlardan 16-sı fərdi yarışlarda medal qazanmağa çalışanlardır. 50 ölkədən 500-ə yaxın idmançının qatıldığı Avropa çempionatına mayın 24-də yekun vurulacaq.

Bu gün yarışda kata kişi komandamız, eləcə də kumitedə - kişilər 60 kq və 67 kq-da, qadınlar 50 kq və 55 kq çəki dərəcələrində mübarizə aparacaq. Həmçinin, kumite qadın komandamız Şotlandiya, kişi komandamız isə İspaniya ilə qarşılaşacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Basketbol
Dünən, 13:28

Gəncə basketbol klubu ABŞ-li hücumçu Nik Ellinqtonu heyətinə cəlb etdi

Basketbol
Dünən, 13:28

“Gəncə” basketbol klubu ABŞlı hücumçu Nik Ellinqtonu heyətinə qatdı

Basketbol
Dünən, 13:28

“Gəncə” basketbol klubu ABŞ-li hücumçu Nik Ellinqtonu heyətinə qatıb

Basketbol
Dünən, 13:28

Gəncə basketbol klubu ABŞlı hücumçu Nik Ellinqtonu heyətinə cəlb edib

Basketbol
Dünən, 13:28

“Gəncə” basketbol klubu ABŞ-li hücumçu Nik Ellinqtonu komandaya cəlb edib

Basketbol
Dünən, 13:28

“Gəncə” basketbol klubu Nik Ellinqtonu heyətinə qatıb

Boks
Dünən, 11:43

Kikboksçu Baba Abbaszadə dopinq səbəbilə iki il diskvalifikasiya edildi

Cüdo
Dünən, 11:43

Azərbaycan kikboksçusu Baba Abbaszadə iki il dopinq səbəbilə diskvalifikasiya edildi

Boks
Dünən, 11:43

Azərbaycan kikboksçusu Baba Abbaszadə dopinq üçün iki il diskvalifikasiya edildi

Boks
Dünən, 11:43

Kikboksçümüz iki il müddətinə dopinq üzrə diskvalifikasiya edildi

Boks
Dünən, 11:43

Kikboksçu Baba Abbaszadə dopinq üçün iki il diskvalifikasiya edildi

Cüdo
Dünən, 11:43

Azərbaycan kikboksçusu Baba Abbaszadə dopinq səbəbindən iki il diskvalifikasiya edildi

Boks
Dünən, 11:43

Azərbaycan kikboksçusu Baba Abbaszadə iki il müddətinə dopinq üçün diskvalifikasiya edildi

Boks
Dünən, 11:43

Baba Abbaszadə furosemid istifadəsi üçün iki il müddətinə diskvalifikasiya edildi

Cüdo
Dünən, 11:43

Kikboksçu Baba Abbaszadə dopinq səbəbindən iki il diskvalifikasiya edildi

Boks
Dünən, 11:43

Kikboksçu Baba Abbaszadə iki il dopinq səbəbindən diskvalifikasiya edildi

Boks
Dünən, 11:43

Kikboksçümüz Baba Abbaszadə dopinq üçün iki il diskvalifikasiya edildi

Boks
Dünən, 11:43

Baba Abbaszadənin dopinq pozuntusu səbəbindən iki il müddətinə diskvalifikasiya olunması

Boks
Dünən, 11:43

Azərbaycan kikboksçusu Baba Abbaszadə iki il dopinq qadağası alıb

Boks
Dünən, 11:43

Azərbaycan kikboksçusu Baba Abbaszadə iki il dopinq üçün diskvalifikasiya edildi

Futbol
Dünən, 11:00

“Gəncəbasar” Nihat Fərəcini birillik müqavilə ilə transfer etdi

Futbol
Dünən, 11:00

Gəncəbasar Nihat Fərəcini birillik müqavilə ilə transfer etdi

Futbol
Dünən, 11:00

Gəncəbasar “Kəpəz”li Nihat Fərəcini birillik müqavilə ilə transfer etdi

Futbol
Dünən, 11:00

Gəncəbasar Nihat Fərəcini bir illik müqavilə ilə transfer etdi

Oxşar xəbərlər