top
Azərbaycan ABŞ-dan öndə, Kuba ilə çiyin-çiyinə - Paris-2024 Sport24.az
03 iyun 2024, 17:00
- ↺ +

Azərbaycan ABŞ-dan öndə, Kuba ilə çiyin-çiyinə - Paris-2024

Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak edəcək kişi boksçuların tam siyahısı bəlli olub. Sport24.az xəbər verir ki, bu haqda Azərbaycan Boks Federasiyasının saytı məlumat yayıb.

 

Fransa paytaxtına son vəsiqələr Tailandın paytaxtı Banqkokda keçirilən II Dünya Olimpiya Təsnifat Turnirində sahiblərini tapıb.

 

7 çəkidə 121 boksçu

Dördilliyin ən mötəbər tədbirində 7 çəki dərəcəsində qaliblər müəyyənləşəcək. Parisdə ümumilikdə 121 kişi boksçu mübarizə aparacaq. 51 kq, 57 kq və 80 kq çəkilərdə 17, 63,5 kq və 71 kq çəkilərdə 19, 92 kq və +92 kq çəkilərdə isə 16 dəri əlcək sahibi rinqə çıxacaq.

 

 

Dünyada 48 ölkə

Fransa paytaxtında ümumilikdə 49 komandanın üzvləri mübarizə aparacaq. Onlardan biri Qaçqınların Olimpiya Komandasıdır. Digər 48 yığma isə fərqli ölkələri təmsil edir. Yalnız iki ölkə bütün çəkilərdə boksçu göndərəcək. Bunlar Özbəkistan və Qazaxıstan milliləridir.

 

Azərbaycanın "penta-trik"i

Azərbaycan yığması Olimpiadada 5 boksçu ilə təmsil olunacaq. Nicat Hüseynov (51 kq), Malik Həsənov (63,5 kq), Murad Allahverdiyev (80 kq), Alfonso Dominqes (92 kq) və Məhəmməd Abdullayev (+92 kq) Fransa paytaxtında rinqə çıxacaq. Yığmamız yalnız iki çəki dərəcəsində Olimpiadadan kənar qalıb. Bunlar 57 kq və 71 kq kateqoriyalarıdır.

 

ABŞ-dan öndə, Kuba ilə çiyin-çiyinə

Azərbaycan millisi lisenziya sayında dünyanın yalnız üç ölkəsindən geri qalır. Maksimal göstəriciyə malik Özbəkistan və Qazaxıstan, həmçinin 6 vəsiqəsi olan Avstraliya daha öndədir. Dünya 4-cüsü adına şərik olan yığmamız Kuba kimi boks lideri ilə eyni göstəriciyə malikdir. Təkcə boks deyil, olimpiadaların nəhəngi sayılan ABŞ isə cəmi 4 lisenziya qazanıb.

 

Avropa rinqinin ağası

Paris-2024-də iştirak edəcək 121 boksçudan yalnız 48-si Avropanı təmsil edir. "Köhnə qitə"nin cəmi 20 ölkəsi olimpiya lisenziyasına sevinib. Millimiz qitədə 1-ci yerə şərikdir. Yalnız İspaniya Azərbaycan qədər – 5 vəsiqə əldə edib. İtaliya, Ukrayna, Böyük Britaniya, Türkiyə kimi ölkələr isə sonrakı yerləri tutur.

 

Paris-2024-ə lisenziya qazanan kişi boksçular ölkələr üzrə:

1-2. Özbəkistan – 7

1-2. Qazaxıstan – 7

3. Avstraliya – 6

4-7. Azərbaycan – 5

4-7. Kuba – 5

4-7. Braziliya – 5

4-7. İspaniya – 5

8-10. ABŞ – 4

8-10. İrlandiya – 4

8-10. Fransa – 4

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 01:30

Nihat Kahveci, Türkiyə milli komandasının yeni baş məşqçisi olaraq Fatih Tekkeyi təklif etdi

Futbol
Dünən, 22:55

Turan Tovuz, Şəfaya 0:1 qalib gəldi - Video icmalı

Qarabağ FK
Dünən, 22:30

Əvəzedicilər Liqası: “Qarabağ‑2” və “Sumqayıt‑2” qalib gəldi

Futbol
Dünən, 21:26

Manchester City 3-0 Liverpool, Crystal Palace 3-1 Nottingham Forest – nəticələr + video

Qarabağ FK
Dünən, 17:36

Kamilo Duran “Seltik”in 2:0 qələbəsində qol vurdu – VİDEO

Qarabağ FK
Dünən, 13:24

Avstriyalı hakim Sebastian Qishamerin doğum günündə “Sabah” – “Slaviya” oyununu idarə edəcək

Futbol
Dünən, 11:20

“Sabah” müdafiəçisi Puxaç Levandovskiyi görkəmli natiq hesab etmir

Qarabağ FK
Dünən, 10:37

Duran, “Qarabağ”dan “Seltik”ə keçidinin Kolumbiya millisində dəvətə əsas faktor olduğunu bildirib

Futbol
Dünən, 10:19

Şəfa və Turan Tovuz Misli Premyer Liqasının 7-ci turunda ilk dəfə qarşılaşacaq

Qarabağ FK
Dünən, 09:31

“İmişli” “Qarabağa” qarşı: İlk qolmu, dördüncü məğlubiyyətmi?

Futbol
Dünən, 09:19

Messi Inter Miami-də 934-cü qolunu vurdu, 1000-ə 66 top qaldı

Cüdo
Dünən, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
Dünən, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
Dünən, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Futbol
10 oktyabr 2026, 23:48

Yeton Bekiri: “Qəbələyə şikayət və ya ağlamağa gəlməmişəm, yalnız işləmək üçün buradayam”

Futbol
10 oktyabr 2026, 23:40

Flick erkən qolun “Barselona”nın 3:0 qələbəsindəki əhəmiyyətini vurğuladı

Futbol
10 oktyabr 2026, 23:21

Azər Bağırov Edqar Adilxanovun transfer xəbəri barədə rəsmi olaraq inkar etdi

Basketbol
10 oktyabr 2026, 22:58

"Neftçi" 83:79 hesabıyla "Ordu"nu məğlub edərək mövsümə start verdi, "LANDAU Lions" isə NTD-yə 102:68 qalib gəldi

Basketbol
10 oktyabr 2026, 22:24

“Neftçi”nin baş məşqçisi qələbədə ehtiyat oyunçuların böyük rolunu vurğuladı

Futbol
10 oktyabr 2026, 22:00

Zirə baş məşqçisi Rəşad Sadıqov: Heyətimizdə səkkiz‑doqquz zədəli futbolçu var

Cüdo
10 oktyabr 2026, 20:54

Uşanqi Kokaurinin Dünya Çempionatı Finalı Taktiki Səhvlərə Bağlıdır, Titullar Onun Psixologiyasına Təsir Etmir

Futbol
10 oktyabr 2026, 17:55

Vəli Qasımov: Neftçi oyunda Sabahdan bir qədər üstün idi, ancaq nəticə bərabərlik oldu

Futbol
10 oktyabr 2026, 15:34

Sumqayıt son yeddi qarşılaşmada Qəbələyə məğlub olmayıb

Futbol
10 oktyabr 2026, 11:00

“Sabah”ın legioneri Akim Zedadka: “Qalib gəlməsək də məğlub olmamalıyıq”

Oxşar xəbərlər