top
Azad Əsgərov: Azərbaycanlı döyüşçülərin UFC perspektivləri, marketinqin əhəmiyyəti və menecerlərin rolu Idman.biz
06 fevral 2026, 16:44
- ↺ +

Azad Əsgərov: Azərbaycanlı döyüşçülərin UFC perspektivləri, marketinqin əhəmiyyəti və menecerlərin rolu

Azərbaycanlı MMA döyüşçülərinin son çıxışları azarkeşlərdə qarışıq təəssürat yaradıb. Qeyri-sabitliyin səbəbləri, marketinqin əhəmiyyəti və idmançılarımızın perspektivləri barədə İdman.Biz Azərbaycan MMA və Qrapplinq Federasiyasının prezidenti Azad Əsgərovla söhbətləşib.

- "Octagon 84" turnirində Məhəmmədəli Nuruşovun Şahzod Uzokov üzərində qələbəsi ətrafında yaranan ajiotajı necə şərh edərdiniz?

- Məhəmmədəlinin "face to face" videosunun yaxşı reklam olunması onun işinə yaradı. MMA ilk növbədə şoudur, təkcə idman deyil. Şou yaratmağı bacaran və ya istəmədən onun bir hissəsinə çevrilən şəxs dərhal populyarlıq qazanır. Qarışıq döyüş sənətləri sənayesi tam olaraq bunun üzərində qurulub.

- Yəni burada rəqiblərindən daha güclü olmadan da onlardan daha məşhur olmaq mümkündür?

- Tamamilə doğrudur. Qaydasız döyüşlər ilk növbədə şoudur. Şou yarada bilən ön plana çıxır. Amma bu o demək deyil ki, şoumen zəif döyüşçüdür. Nə qədər təşəbbüskar olsan da, idman bazası olmadan şou uzunömürlü olmaz. Bu təkcə bizim idman növündə deyil, digərlərində də belədir. Əvvəl idmançı ad üçün çalışır, sonra ad onun üçün işləyir. Parlaq nümunə Mayk Taysondur. O, 25 yaşına qədər bütün titulları qazanmışdı, sonrakı onilliklərdə isə gedib-qayıtmaqla daim tələbatda qaldı. Onun adı bu gün də, demək olar 60 yaşında olmasına baxmayaraq, pul gətirir. Bunu ötən il rinqə qayıdanda da gördük.

- Bəs niyə azərbaycanlı döyüşçülər nadir hallarda belə şou yaradırlar? Axı güc baxımından problem yoxdur.

- Bəzən mentalitet mane olur, bəzən isə özünü tanıtma bacarığının olmaması. Amma əsas problem peşəkar menecerlərin çatışmazlığıdır. MMA-da menecer əsas fiqurdur, bəzən hətta məşqçidən də vacibdir. O, rəqibləri seçirŞ danışıqlar aparır və döyüşçünü maksimum fayda ilə "satır".

- Bu "satış"ın ən yüksək mərhələsi UFC-yə düşməkdir?

- Bəli, bu gün üçün sistemin zirvəsidir. Hər bir döyüşçünün arzusu oraya düşmək, həm ad, həm də ciddi pul qazanmaqdır.

- O halda niyə bizim döyüşçülər hələlik orada möhkəmlənə bilmirlər? Tofiq Musayev debütdə uduzdu, Nazim Sadıqov və Rafael Fiziyev yaxın vaxtlarda məğlub oldular. Mane olan nədir: yaş, mentalitet?

- Nə biri, nə də digəri. Birincisi, daim qalib gəlmək mümkün deyil. İkincisi, bu Olimpiada deyil ki, lisenziyalar və seçim sistemi əvvəlcədən bəlli olsun. Burada hər şey menecerin əlaqələrindən və idmançının özünü təqdim etmək bacarığından asılıdır. Xarici ulduzların Bakıya gələndə necə ajiotaj yaratdıqlarını gördük - onlar şou yaratmağı bacarırlar. Bir daha vurğulayıram: MMA, xüsusən də UFC səviyyəsində, təkcə idman deyil, həm də böyük biznesdir.

Yaş da problem deyil: MMA-da bir çox döyüşçü pik formasına 30 yaşdan sonra çatır. Bir də gözləmə faktoru var. Klassik idmanda sən yarış tarixini bilirsən və formanın zirvəsinə həmin vaxta uyğunlaşırsan. MMA-da isə döyüşlər tez-tez təxirə salınır. Elə Tofiq Musayev yarım ildən çoxdur döyüş gözləyirdi və indi görüş aprelə təyin olunub. Bu rejimdə insan asanlıqla "yanıb-sönə" və ya fiziki durumunu itirə bilər.

- Məşhur üçlükdən başqa, artıq bu gün UFC-də çıxış edə biləcək döyüşçülərimiz varmı?

- Əlbəttə. Azərbaycanda döyüş məktəbi ənənəvi olaraq güclüdür - bu, hələ mənim özümün çıxış etdiyim dövrlərdə də belə idi. Baxın, indi 55 yaşım var, amma hələ də məşq edirəm və formamı qoruyuram. Hazırda UFC-də uğurla çıxış edə biləcək ən azı dörd döyüşçümüz var — Maqomedəli Osmanlı, Asəf Çopurov, Fərid Babazadə və Rəsul Rəhimov. Onların elitaya düşməsi üçün sadəcə savadlı menecer lazımdır.

- Rafael Fiziyev ardıcıl acı məğlubiyyətlərdən sonra sınmaya bilər ki?

- Heç vaxt. Rafael böyük enerji ehtiyatına malikdir (gülür). O, heç vaxt təslim olmayan əsl döyüşçüdür. Əminəm ki, hələ sözünü deyəcək və yenidən ilk onluğa qayıdacaq. Hamımız pozitivə köklənməli və uşaqlara dəstək olmalıyıq. Nazim və Rafael uduzdular, amma Tofiq qalib gələcək!

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 09:43

UEFA Çempionlar Liqası: Real, Fənərbağça və Manchester City qarşılaşacaq

Futbol
Bu gün, 09:40

Qalatasaray rəhbərliyi rusiyalı futbolçunun müqaviləsində 55M avrolu sərbəst qalma bəndini dəyişdirmək istədi

Futbol
Bu gün, 09:23

‘Sabah’ futbolu ‘Vikinq’in qonağına çıxacaq

Basketbol
Bu gün, 09:22

LANDAU Lions, FIBA Avropa Kubokunda Benfika ilə Qarşılaşacaq

Futbol
Bu gün, 09:20

Karlos Visens Barcelona üçün yeni baş məşqçi ola bilər

Futbol
Bu gün, 09:08

Mourinyo Real Madridin Yunanıstandakı 1/8 qalibiyyətini açıq şəkildə qeyd etdi

Basketbol
Bu gün, 09:07

«Neftçi» basketbol komandası FIBA Avropa Kubokunda beşinci oyununu Plovdivda Lokomotiv (Bulgariya) ilə oynayacaq

Futbol
Bu gün, 09:00

ÇL: "Sabah" "Vikinq"də qonaq olacaq

Futbol
Bu gün, 08:40

Skott Parker, Vest Hem-in yeni baş məşqçisi oldu

Futbol
Bu gün, 08:05

"İnter" Ikardi üçün transfer planında deyil - Marotta açıqlaması

Futbol
Bu gün, 08:00

İngiltərə klubu Said El-Malanı və qardaşı Malek El-Malanı transfer etmək istəyir

Futbol
Bu gün, 07:15

“Barselona” Arsenalın müdafiəçısı Piyero İnkapyeni transfer etmək istəyir - Deko hərəkətə keçdi

Futbol
Bu gün, 06:13

Arteta, formaların dartılması və tutulması ilə bağlı geniş videoarxiv topladığını açıqladı

Tennis
Bu gün, 05:03

Novak Cokoviç Paris Masters-də çətin qələbə qazanıb, çiynindəki problemə görə tibbi fasilə götürdü

Boks
Bu gün, 04:12

Ceyk Pol qələbə qazanarsa karyerasını başa vuracağını bildirdi

Futbol
Bu gün, 03:19

"Liverpool" rəhbərliyindəki dəyişikliklər Mak Allisterin gələcəyinə yeni perspektiv açır

Futbol
Bu gün, 02:19

Okan Buruk Ştutqart qarşısında hakimin qərarlarını tənqid etdi

Futbol
Bu gün, 01:38

Eyden Makkarti: “Rəqibimiz də bizim güclü tərəflərimizi nəzərə almalıdır”

Futbol
Bu gün, 01:28

PSG Çempionlar Liqasında 16 dəqiqədə dörd qol vurarak rekord yaradı

Futbol
Bu gün, 01:11

Fənərbağça Emre Belözoğlu ilə 1,5 illik müqavilə imzaladı

Futbol
Bu gün, 01:01

Emre Belözoğlu "Fənərbaxça" klubunun yeni baş məşqçisi oldu - RƏSMİ

Futbol
Bu gün, 00:58

Sabah FK-nın baş məşqçisi Valdãs Dambrauskas: "Çempionlar Liqasında Vikinqə qarşı əsas problem sıx qrafikdə futbolçuları sağlam saxlamaqdır"

Futbol
Bu gün, 00:46

Noyer üçüncü mövqedə: Messi və Müller geridə, Çempionlar Liqasının rekordunu dəyişdi

Futbol
Bu gün, 00:38

Sabahın məşqçisi: ‘Vikinq’ə qarşı matçda tam hazırıq

Oxşar xəbərlər