top
Avropa rinqinin ağası - TƏHLİL İdman.biz
03 iyun 2024, 10:43
- ↺ +

Avropa rinqinin ağası - TƏHLİL

Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak edəcək kişi boksçuların tam siyahısı bəlli olub.

İdman.biz xəbər verir ki, Fransa paytaxtına son vəsiqələr Tailandın paytaxtı Banqkokda keçirilən II Dünya Olimpiya Təsnifat Turnirində sahiblərini tapıb.

7 çəkidə 121 boksçu
Dördilliyin ən mötəbər multiidman tədbirində 7 çəki dərəcəsində qaliblər müəyyənləşəcək. Parisdə ümumilikdə 121 kişi boksçu mübarizə aparacaq. 51 kq, 57 kq və 80 kq çəkilərdə 17, 63,5 kq və 71 kq çəkilərdə 19, 92 kq və +92 kq çəkilərdə isə 16 dəri əlcək sahibi rinqə çıxacaq.

Dünyada 48 ölkə
Fransa paytaxtında ümumilikdə 49 komandanın üzvləri mübarizə aparacaq. Onlardan biri Qaçqınların Olimpiya Komandasıdır. Digər 48 yığma isə fərqli ölkələri təmsil edir. Yalnız iki ölkə bütün çəkilərdə boksçu göndərəcək. Bunlar Özbəkistan və Qazaxıstan milliləridir.

Azərbaycanın "penta-trik"i
Azərbaycan yığması Olimpiadada 5 boksçu ilə təmsil olunacaq. Nicat Hüseynov (51 kq), Malik Həsənov (63,5 kq), Murad Allahverdiyev (80 kq), Alfonso Dominqes (92 kq) və Məhəmməd Abdullayev (+92 kq) Fransa paytaxtında rinqə çıxacaq. Yığmamız yalnız iki çəki dərəcəsində Olimpiadadan kənar qalıb. Bunlar 57 kq və 71 kq kateqoriyalarıdır.

ABŞ-dan öndə, Kuba ilə çiyin-çiyinə
Azərbaycan millisi lisenziya sayında dünyanın yalnız üç ölkəsindən geri qalır. Maksimal göstəriciyə malik Özbəkistan və Qazaxıstan, həmçinin 6 vəsiqəsi olan Avstraliya daha öndədir. Dünya 4-cüsü adına şərik olan yığmamız Kuba kimi boks lideri ilə eyni göstəriciyə malikdir. Təkcə boks deyil, Olimpiadaların nəhəngi sayılan ABŞ isə cəmi 4 lisenziya ilə Azərbaycana həsəd aparır.

Avropa rinqinin ağası
Paris-2024-də iştirak edəcək 121 boksçudan yalnız 48-si Avropanı təmsil edir. "Köhnə qitə"nin cəmi 20 ölkəsi olimpiya lisenziyasına sevinib. Avropa rinqinin ağası olduğunu sübut edən millimiz qitədə 1-ci yerə şərikdir. Yalnız İspaniya Azərbaycan qədər – 5 vəsiqə əldə edib. İtaliya, Ukrayna, Böyük Britaniya, Türkiyə kimi ölkələr isə yığmamıza aşağıdan yuxarı baxır.

Paris-2024-ə lisenziya qazanan kişi boksçular ölkələr üzrə:
1-2. Özbəkistan - 7
Qazaxıstan - 7
3. Avstraliya – 6
4-7. Azərbaycan – 5
Kuba - 5
Braziliya – 5
İspaniya - 5
8-10. ABŞ - 4
İrlandiya – 4
Fransa – 4
11-17. İtaliya – 3
Tailand – 3
Türkiyə - 3
Böyük Britaniya – 3
Bolqarıstan – 3
Ukrayna - 3
İordaniya – 3
18-33. Macarıstan - 2
Əlcəzair - 2
Çin – 2
Hindistan – 2
Çin Taypeyi – 2
Filippin – 2
Polşa – 2
Meksika – 2
Belçika – 2
Dominikan Respublikası – 2
Ekvador – 2
Misir – 2
Nigeriya – 2
Tacikistan – 2
Gürcüstan – 2
Yaponiya - 2
34-49. Serbiya - 1
Kolumbiya – 1
Kanada – 1
Almaniya – 1
Norveç – 1
Puerto-Riko – 1
Qaçqınların Olimpiya Komandası – 1
İsveç – 1
Venesuela – 1
Ermənistan – 1
Kabo-Verde - 1
Xorvatiya – 1
Danimarka – 1
Qırğızıstan – 1
Samoa – 1
Zambiya – 1

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Tennis
Bu gün, 17:06

22 qat Böyük Dəbilqə qalibi Rafael Nadal "Real"ın İdarə Heyətinə təqdim olunacaq;

Futbol
Bu gün, 17:00

Elmar Baxşıyev: Sabahın Norveçdəki 'Viking'e qarşı oyunu üçün şəraitə tez uyğunlaşması vacibdir

Futbol
Bu gün, 16:49

Liverpool məşqçisi Andoni İraola Fenerbahçe qarşısında inamı məhv etməyi tələb etdi

Futbol
Bu gün, 16:40

Liverpool, Valverde üçün 100 milyon avroluq təklif hazırlayır

Futbol
Bu gün, 16:39

Rodri, Barselona futbolçusu, Atletiko qarşı oyunu buraxacaq

Futbol
Bu gün, 16:22

Rodri, Atletiko qarşısında yaralanma səbəbindən oyunu buraxa bilər

Futbol
Bu gün, 16:20

Barcelona itkisindən sonra Rodri yaralanıb – Atletico qarşı oyunu buraxacaq

Futbol
Bu gün, 16:17

Mingəçevir futbolçuları maaş ödənməməsi səbəbindən boykot etdilər, matç oynamadı

Voleybol
Bu gün, 16:10

Ceyran İmanova: “Turan” komandasının əsas hədəfi qrup mərhələsinə vəsiqə qazanmaqdır

Futbol
Bu gün, 16:05

Paulu Fonseka 'Lion'dan ayrılıb 'Sportinq'e transfer oldu

Futbol
Bu gün, 16:00

“Sabah”ın çempionluq play-offa yüksəlmə ehtimalı 6,8%

Futbol
Bu gün, 15:58

FIFA U-15 dünya çempionatında Azərbaycanlı hakimlərə yüksək qiymətləndirmə verildi

Futbol
Bu gün, 15:50

Bruno Fernandeş: "Roma" üzərindəki qələbədən sonra Maykl Karrikin postunu xilas etmək məcburiyyətində deyildik

Digər
Bu gün, 15:35

Aysel Əhmədli Sofiyada WSF Şotokan karate Avropa çempionatının K10 kateqoriyasında qızıl medal qazandı

Futbol
Bu gün, 15:28

Yamal 20 yaşından əvvəl Çempionlar Liqasında ən çox qol vuran futbolçu oldu

Qarabağ FK
Bu gün, 15:22

Nazim Süleymanov: Sabahın Çempionlar Liqası çıxışını dəyərləndirir və gələcək perspektivlərini paylaşır

Futbol
Bu gün, 15:11

Toral Bayramov: "Sabah" komandasının Norveçin "Viking"ini məğlub edəcəyinə inanıram;

Güləş
Bu gün, 14:52

Dünya Güləş Birliyi 2027-ci ildən başlayaraq qazandığı hər görüşə görə xal verən yeni reytinq sistemini tətbiq edir

Futbol
Bu gün, 14:47

İmişli U-19 komandası 6 legioner futbolçu ilə gücləndirildi;

Futbol
Bu gün, 14:40

Kivu: "İnter"in "Feyenoord"a qarşı qələbəsi uğurlu oldu, növbəti matçlara köklənirik

Futbol
Bu gün, 14:37

Feйenoord azarkeşləri İnter qarşısında fişəng ataraq stadionun damına ziyan yetirib

Futbol
Bu gün, 14:29

Rəhim Həsənov: Kəpəz-İmişli matçında baş hakimin səhv qərarı

Futbol
Bu gün, 14:16

Elmar Baxşıyev: "Sabah" komandası Norveçdə "Viking"lə qarşılaşmada maneələri dəf etsə, uğurlu nəticə əldə edə bilər

Futbol
Bu gün, 14:07

Arsenal zədələrin azaldılması üçün NASA, Google və Apple ilə əməkdaşlıq edir

Oxşar xəbərlər