Yannis Adetokunbo "Miluoki Baks"dakı gələcəyi hələ də sual altındadır.
İdman.biz xəbər verir ki, "Nyu-York Niks" 31 yaşlı forvardı heyətində görmək arzusundadır.
Yunan basketbolçu klub rəhbərliyi ilə görüşdən sonra gələcək karyerası ilə bağlı qərar verəcək. Yannis daha iddiaslı klubda oynamaq arzusundadır. Adetokunbonun növbəti mövsümə "Los-Anceles Leykers"də start verməsi iddiası da irəli sürülüb.
Qeyd edək ki, Yannis "Miluoki Baks"ın heyətində 2021-ci ildə NBA çempionu olub və finalın MVP-si seçilib.
İdman.biz