top
Turqay Zeytingöz: Mübahisəsiz bir mövsümün sonuna çatdıq, finallar da eyni şəkildə davam edəcək - MÜSAHİBƏ Idman.biz
02 may 2025, 13:26
- ↺ +

Turqay Zeytingöz: "Mübahisəsiz bir mövsümün sonuna çatdıq, finallar da eyni şəkildə davam edəcək" - MÜSAHİBƏ

Azərbaycan Basketbol Federasiyasının idman direktoru Turqay Zeytingözün İdman.biz-ə müsahibəsi

- Bu gün Azərbaycan Basketbol Liqasında final seriyasına start verilir. Həlledici görüşlərdən öncə istərdim cari mövsüm haqqında danışaq. Mövsümü necə dəyərləndirirsiniz?

- Gözəl bir mövsüm keçirdik. Bunda əməyi olan hər kəsə - hakimlərə, məşqçilərə, oyunçulara, bizi gəlib izləyən azarkeşlərə təşəkkür edirəm. Dava-dalaşsız daha bir mövsümün sonuna gəldik, ümid edirəm, finallar da belə keçər.

- Belə bir final gözləyirdiniz, yoxsa adlar sürpriz oldu?

- Xeyr. Bu final gözlənilən idi. Ancaq mövsüm boyu yaxşı çıxış edən komandalar da oldu. Məsələn, "Abşeron"un yarımfinala qədər irəliləməsi fonunda böyük uğur hekayəsi gördük. Onlar əvvəlcə NTD sonra isə "Naxçıvan"ı mübarizədən kənarlaşdırdırdılar. Daha sonra isə "Neftçi" ilə çətin matçlar keçirdilər. Digər tərəfdə "Şəki" mövsüm boyu özünü yaxşı tərəfdən göstərə bildi. Ancaq "Sabah"la mübarizədən qalib ayrılmaq üçün gücləri yetmədi, rəqibə lazımi müqaviməti göstərə bilmədilər. İstənilən halda, "Şəki"nin çox yaxşı mövsüm keçirdiyini düşünürəm.

- Sizcə, finalda necə bir mübarizə izləyəcəyik?

- Fikrimcə, final oyunları çox çətin keçəcək. Bildiyiniz kimi, dörd qələbə qazanan komanda çempion olacaq. "Neftçi" və "Sabah" Azərbaycan basketbolunun ən peşəkar iki komandasıdır. İki güclü komandanın mübarizəsini izləmək maraqlı olacaq.

- Sizcə, son çempion "Sabah"ı finalın aşkar favoriti hesab etmək olar?

- "Sabah" mövsümün əvvəlindən etibarən həm Avropada, həm ölkə çempionatında uğurlu nəticələrə imza atdı. Qrupu birinci bitirərək, daha asan yolla finala qədər irəlilədi. Buna qədər isə o qədər də çətin matçları olmadı. "Neftçi" isə mövsüm ərzində, xüsusilə də yarımfinalda "Ordu"ya qarşı çətin oyunlar keçirdi. Məncə, "Neftçi" final seriyasında bunun xeyrini görəcək. Çünki "Sabah"ın hazırda sürətli oyun ritmindən bir qədər uzaq olduğunu düşünürəm. Buna görə də ilk iki matç xüsusilə çətin olacaq. Sonda qeyd edim ki, bu il oynanılan keyfiyyətli basketbolun finalda da şahidi olacağımızı düşünürəm. Bütün basketbolsevərləri Bakı İdman Sarayına dəvət edirəm. Sizi çox maraqlı oyunlar, möhtəşəm atmosfer gözləyir.

Aytac Sahəd
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 16:29

Azərbaycan II Liqası: Ağdaş Küren-Arazla heç-heçə etdi, Difai Hypersi məğlub etdi

Futbol
Bu gün, 16:29

İngiltərə Premyer Liqasının üç klubu Morqan Qibbs-Uaytı izləyir

Futbol
Bu gün, 16:20

Stanislav Çerçesov “Axmat” klubundan çıxmağa hazırlaşır

Futbol
Bu gün, 16:15

Uşaq futbolunun inkişafında durğunluq qarşısı alınmalıdır – Vəli Qasımov

Futbol
Bu gün, 16:13

Cristiano Ronaldun Özbəkistana səfəri ləğv edildi

Güləş
Bu gün, 15:58

Kayl Deyk: "Arseniy Djioyev ilə dünyalar finalında gərgin anlar yaşanıb, məşqçim də təşvişə gəldi"

Voleybol
Bu gün, 15:46

Azərbaycanın 16 yaşadək oğlan və qız voleybol milliləri EEVZA Avropa çempionatının təsnifat mərhələsində iştirak edəcək

Olimpiada
Bu gün, 15:39

Avropa çempionu Siara Macian toyundan bir neçə həftə sonra vəfat etdi

Digər
Bu gün, 15:30

Gənclər və İdman Nazirliyinin 'Üzməyi öyrənək' layihəsi 8-ci dəfə təşkil olunacaq

Cüdo
Bu gün, 15:27

Balabəy Ağayev Dünya Cüdo Reytinqində Əhməd Yusifovun Əvəzinə Lider olmuşdur

Olimpiada
Bu gün, 15:20

Avstraliyanın Kvinslendində 3 metr uzunluğunda timsah 2032-ci Olimpiya ərazidə aşkar edildi

Basketbol
Bu gün, 15:14

ABF rəhbəri Azərbaycan basketbol klublarının Avropa Kubokundakı şanslarını qiymətləndirdi

Futbol
Bu gün, 15:00

Fənərbaxçanın yeni baş məşqçisi Sergio Konseysao ilə ortaq məxrəcə gəldi

Futbol
Bu gün, 14:59

“Real Madrid”in braziliyalı hücumçusu Vinisius Junior həm karyerasında, həm də şəxsi həyatında problemlərlə üzləşir

Futbol
Bu gün, 14:40

Tibo Kurtua "Real"ın tarixində ən çox matça çıxan 3-cü qapıçı olub

Minifutbol
Bu gün, 14:30

Araz-Naxçıvan: UEFA Çempionlar Liqasında uğursuzluq, Sadıqov rəqiblərin gücü haqqında

Futbol
Bu gün, 14:29

Real Madrid Tibo Kurtuanın gələcək əvəzləyicisi olaraq Brentfordun qapıçısı Bart Verbrüqgeni nəzərdən keçirir

Futbol
Bu gün, 14:20

Emre Belözoğlu Dinamo Kiev'i çalışdıra bilər

Futbol
Bu gün, 14:19

Arsenal, 14 il sonra Enfielddə ilk qələbəni əldə etdi

Qarabağ FK
Bu gün, 14:00

Vaqif Sadıqov: Neftçi Liderliyini Qorumaq Əsasdır

Voleybol
Bu gün, 13:59

"Xilasedici" klubunun meneceri: "Biz Avropada Azərbaycan voleybolunu layiqincə təmsil edəcəyik"

Futbol
Bu gün, 13:44

U-15 Dünya Çempionatı Azərbaycanın Futbolunu Gücləndirəcək

Basketbol
Bu gün, 13:29

"Gəncə"nin türkiyəli baş məşqçisi Murad Dikmen mövsüm hədəflərini açıqladı

Futbol
Bu gün, 13:27

“Vikinq”-“Sabah” matçını idarə edən Sander van der Eyk Azərbaycan millisinin İslandiya ilə oyundakı performansı barədə

Oxşar xəbərlər