top
Tahir Baxşıyev: “Limitin dəyişməsi milliyə zərbə olacaq” İdman.biz
21 may 2024, 15:34
- ↺ +

Tahir Baxşıyev: “Limitin dəyişməsi milliyə zərbə olacaq”

"Yığmanın oyunçularının meydanda daha çox olması üçün 3+2 sistemi yaxşıdır. Son 2 ildə bu onların qabağa getməyini göstərir".

Bunu "İdman Bizdə"nin qonağı olan Azərbaycan millisinin və NTD-İNDİQO-nun baş məşqçisi Tahir Baxşıyev deyib.

Gənc mütəxəssis Azərbaycan Basketbol Liqasında 3+2 sisteminin uğurlu olduğunu qənaətindədir. O bildirib ki, bu yerli oyunçuların inkişafına təkan verib: "Keçən mövsümün 80 faizində əcnəbilər xal qazanırdı. İndi isə bu say 60-ın 40-adır. Komandalarda 3 əcnəbinin oynadığını nəzərə alsaq, bu çox yaxşıdır. Yerli basketbolçular nə qədər çox xal qazansa, bu onların inkişafını göstərir. Final seriyasının ilk oyununda "Sabah" uduzanda Endər Poladxanlının, Əlikamran Məmmədovun yoxluğu görünürdü. O vaxt deyirdilər ki, daha güclü legioner olsa, qalib gələ biləcəyik, bu gün belə düşünmürlər. Azərbaycanlı öz yerində olsa, öz potensialını göstərsə, onda komanda uda biləcək deyirlər. Endərin, Əlikamranın qayıtmağı cavab görüşündə göstərdi ki, bəli, bu, belədir. Azərbaycanlılar irəli gedirlər və bu limit qalmalıdır ki, yerli basketbolçular daha da çox oynasınlar, inkişaf getsin".

Baxşıyev sözlərinə görə, limitin dəyişməsi milli komandaya zərbə olacaq: "Milli komanda baxımından limitin dəyişməsini istəməzdim. "4+1" olsa, yerlilər bir-birini dəyişəcək, bəs digər gənclərin taleyi necə olacaq? Komanda sayı artırılsa, ya I Liqa daha güclənsə, belə fikir ola bilər. Hazırda 3+2 sistemi ən yaxşısıdır".

Qeyd edək ki, Tahir Baxşıyevin baş məşqçisi olduğu NTD-İNDİQO ABL-da mövsümü bürünc medalla tamamlayıb.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 05:11

Erlinq Holand UEFA Çempionlar Liqasında 62-ci qolunu vurdu, Raulun rekorduna yaxınlaşır

Futbol
Bu gün, 04:12

"Komo" Çempionlar Liqasının səfər oyununda 55 illik rekordunu təkrarladı

Futbol
Bu gün, 02:51

UEFA Çempionlar Liqası 2026/27 dördüncü turda PSJ lider, “Sabah” 31-ci yerdə

Futbol
Bu gün, 01:56

ÇL: “Sabah” Norveçdə 4-1 məğlub oldu

Futbol
Bu gün, 01:54

Fənərbağça, Çempionlar Liqasında 18 illik geridönüş məğlubiyyətini sona erdi

Futbol
Bu gün, 01:37

Real Madrid məşqçisi Mourinyo: 'Valverde'dən qapıya zərbə vurmasını istəmədim'

Basketbol
Bu gün, 01:29

Neftçi basketbolu: Müsibət məğlubiyyətdə də güclü xarakterimiz var

Futbol
Bu gün, 01:14

Kilian Mbappe UEFA Çempionlar Liqasında 74-cü qolunu vurdu

Futbol
Bu gün, 00:51

“Yuventus” “Mançester Yunayted”in sloveniyalı forvardı Benjamin Şeşkodur transfer etmək istəyir

Futbol
Bu gün, 00:41

Velko Simic’in sakatlanması ‘Sabah’ın heyətində itki yaradır

Futbol
Bu gün, 00:32

“Barselona” Rafinya Diası ilə 2030-cu il iyun 30-dək müqavilə imzaladı

Futbol
Dünən, 23:51

Romero, Atletico'nun Barcelona qarşısında oynayacaq qarşılaşmada zərbə səbəbindən iştirak etməyəcək

Futbol
Dünən, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Dünən, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Dünən, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Dünən, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Dünən, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Dünən, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Dünən, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Dünən, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Dünən, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Dünən, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Futbol
Dünən, 21:22

Premyer Liqanın doqquzuncu turunun ən yaxşı futbolçusu “Çelsi”ninstrat Romelo Laviya seçilib

Gimnastika
Dünən, 21:17

Azərbaycan gimnastları dünya çempionatında uğurlu start etdilər

Oxşar xəbərlər