Azərbaycan çempionatında mübarizə aparacaq "Sumqayıt" klubu məşqlərə start verib.
İdman.biz xəbər verir ki, komanda Sumqayıt Olimpiya İdman Kompleksində rusiyalı mütəxəssis Aleksandr Mixaylovun başçılığı altında hazırlıq keçir.
Ona ötən mövsüm də komandada köməkçi məşqçi kimi çalışan Vadim Kuramşın yardım edir.
Hazırlıq mərhələsinin ilk həftəsində məşqlərə ötən mövsüm "Sumqayıt"ın şərəfini qoruyan İsmayıl Əliyev, Murad Orucəliyev və Fərid Mahmudovla yanaşı, yeni transferlər Zaur Quşanov, Aleksey Kitayev, Saadettin Donat, Derrik Nyuton, Calen Houkins və Andrey Moteyunas qatılıb.
İdman.biz