top
“Şəki”nin baş məşqçisi: “Çempionatın səviyyəsi qalxacaq” - MÜSAHİBƏ İdman.biz
18 oktyabr 2024, 12:17
- ↺ +

“Şəki”nin baş məşqçisi: “Çempionatın səviyyəsi qalxacaq” - MÜSAHİBƏ

"Şəki" basketbol klubunun türkiyəli baş məşqçisi Bedri Meriç klubun mətbuat xidmətinə müsahibə verib.

İdman.biz xəbər verir ki, türkiyəli mütəxəssis "Şəki"yə keçidi, çempionatdan gözləntiləri və hədəflərindən danışıb.

- Ötən mövsüm "Gəncə" komandasını çalışdırırdınız. Yeni mövsümdən "Şəki"də işləyirsiniz. Bu haqda nə deyə bilərsiniz?

- "Gəncə" ilə gözəl mövsüm keçirdim. Heyətdə oyunçu çatışmazlığı üzündən, pley-offa düşə bilmədik. "Şəki"ni də ötən mövsümdən tanıyıram. Yeganə qalib gəldikləri matç bizimlə keçirdikləri 2-ci oyun olmuşdu. Həmin məğlubiyyət bizim pley-off şansımızı itirdiyimiz vaxta təsadüf etdi. Amerikalı basketbolçular üçün motivasiya itmişdi deyə, bizim üçün mövsüm sanki başa çatmışdı. Şəkiyə gəldiyimdə də buranı şəhər olaraq sevmişdim. Burada özümüzü rahat hiss edə biləcəyimiz şərait – Olimpiya İdman Kompleksi var. Bir də ki basketbolda şəhərlər çox önəmli deyil. Biz peşəkarıq. Ona görə də işlədiyim yerin Şəki və ya Gəncə olmasının əhəmiyyəti yoxdur. Mən sadəcə işimi görürəm.

- Bu mövsüm çempionatda limit dəyişikliyi edildi. İndi artıq daha çox legioner oynatmaq imkanı olacaq. Bu, çempionatın səviyyəsini nə dərəcədə qaldıracaq?

- Çempionatın səviyyəsi qalxacaq. Əvvəla ona görə ki, çempionatda komanda sayı 10-dan 12-yə yüksəldildi. Biz B qrupunda mübarizə aparacağıq. 4+1 sistemi ilə yeni mövsümdə daha səviyyəli legionerlərin klublarda çıxış edəcəyini, daha səviyyəli oyunların baş tutacağını düşünürəm. Məncə, ötən mövsümkü oyunlardakı kimi böyük top fərqli qələbələr olmayacaq. Yerli oyunçular da 1 nəfərlik start heyətə düşmək üçün çalışacaq və özlərini təkmilləşdirmək üçün yaxşı şansları olacağını düşünürəm.

- "Şəki" çempionata "Quba" ilə oyunla start verəcək. Ötən mövsüm "Cəlilabad" adı ilə çıxış etmiş bu komanda haqqında nə deyə bilərsiniz?

- Bəli, "Quba" komandasını tanıyıram. Baş məşqçi Şəhriyar Əsgərov və onun köməkçisi Zaur Paşayev oradadır. Zaur haqda danışmağa gərək yoxdur. Azərbaycan millisinə xidmətləri dəymiş, çempionatın ən yaxşı yerli oyunçularından, "guard" mövqeyində çıxış edən biridir. 4 legioner oyunçu transfer etdiklərini bilirəm. Onların içərisində tanıdığım amerikanlar da var. Güclü komandadır, hazırlıq oyunları ilə daha da yaxşı duruma gəldiklərini düşünürəm. Çətin matçla çempionata başlayacağıq.

- "Quba" 4 yoxlama oyunu keçirdi, 3 məğlubiyyət və 1 heç-heçə etdi. Bəs "Şəki" niyə yoxlama matçı keçirmədi?

- Açığı, bizim bir az vaxta ehtiyacımız var. Bizim əcnəbi oyunçular düşərgəyə gec qoşuldu, zədə problemlərimiz oldu, bu səbəbdən də transferlərimizin bəzisi gec alındı. Tam heyətlə bir araya gəlməyimiz gec alındığından, təəssüf ki, yoxlama matçları keçirə bilmədik. Bu bizim üçün mənfi cəhətdir. Ancaq 1-2 matça komandanın çox yaxşı ritmə düşəcəyini düşünürəm.

- Klub olaraq 8 transferin edildiyini rəsmi olaraq açıqlamışıq. Əcnəbi və yerli oyunçuların səviyyəsi sizi qane edirmi?

- Yerli oyunçu kimi Türkiyədən Ərcan Donatı transfer etdik. O da Azərbaycan millisinin üzvüdür. Ərcanın bizim komandanı gücləndirəcəyini düşünürəm. Eyni zamanda Azərbaycan millisinin aşağı yaş qrupu üzrə komandalarında çıxış edən oyunçularımız var. Şəkidən olan yerli oyunçularımız da komandada qalır. Hamısından faydalanmağa çalışacağıq. Əcnəbilərə gəlincə, ötən mövsümdən komandada olan nigeriyalı oyunçular bizimlə qalır. Onlardan başqa, 5 yeni əcnəbi transfer etdik. Yeni legionerlərimiz həqiqətən səviyyəli oyunçulardır. Onlar səviyyələri ilə çempionatda öz sözlərini deyəcəklər. Yetər ki, onlara dəstəyimizi davam etdirək. Əminəm ki, gündən-günə daha yaxşı durumda olacaq komanda yaradacağıq. "Şəki"ni bu mövsüm pley-offlarda görəcəyik.

İdamn.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 02:51

UEFA Çempionlar Liqası 2026/27 dördüncü turda PSJ lider, “Sabah” 31-ci yerdə

Futbol
Bu gün, 01:56

ÇL: “Sabah” Norveçdə 4-1 məğlub oldu

Futbol
Bu gün, 01:54

Fənərbağça, Çempionlar Liqasında 18 illik geridönüş məğlubiyyətini sona erdi

Futbol
Bu gün, 01:37

Real Madrid məşqçisi Mourinyo: 'Valverde'dən qapıya zərbə vurmasını istəmədim'

Basketbol
Bu gün, 01:29

Neftçi basketbolu: Müsibət məğlubiyyətdə də güclü xarakterimiz var

Futbol
Bu gün, 01:14

Kilian Mbappe UEFA Çempionlar Liqasında 74-cü qolunu vurdu

Futbol
Bu gün, 00:51

“Yuventus” “Mançester Yunayted”in sloveniyalı forvardı Benjamin Şeşkodur transfer etmək istəyir

Futbol
Bu gün, 00:41

Velko Simic’in sakatlanması ‘Sabah’ın heyətində itki yaradır

Futbol
Bu gün, 00:32

“Barselona” Rafinya Diası ilə 2030-cu il iyun 30-dək müqavilə imzaladı

Futbol
Dünən, 23:51

Romero, Atletico'nun Barcelona qarşısında oynayacaq qarşılaşmada zərbə səbəbindən iştirak etməyəcək

Futbol
Dünən, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Dünən, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Dünən, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Dünən, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Dünən, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Dünən, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Dünən, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Dünən, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Dünən, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Dünən, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Futbol
Dünən, 21:22

Premyer Liqanın doqquzuncu turunun ən yaxşı futbolçusu “Çelsi”ninstrat Romelo Laviya seçilib

Gimnastika
Dünən, 21:17

Azərbaycan gimnastları dünya çempionatında uğurlu start etdilər

Futbol
Dünən, 21:07

Rafael Benites Premier Liqaya qayıtmaq istədiyini elan etdi, uyğun layihə tapmaq çətinlik yaradır

Voleybol
Dünən, 20:59

Superliqa III turu başladı: Ordu 3:0 Azərreyl

Oxşar xəbərlər