top
Samir Styuart Azərbaycanda basketbol oynamağın çətinlikləri və təəssüratları haqqında danışıb Idman.biz
21 yanvar 2026, 17:45
- ↺ +

Samir Styuart Azərbaycanda basketbol oynamağın çətinlikləri və təəssüratları haqqında danışıb

"Şəki" klubundan ayrılan sabiq kapitan Samir Styuart Azərbaycan açıqlama verib.

İdman.Biz xəbər verir ki, basketbolçu əvvəlcə Azərbaycanla bağlı təəssüratlarından danışıb.

"Əvvəllər Azərbaycan adlı ölkə haqqında məlumatım yox idi. Lakin sonradan gördüm ki, Bakı şəhəri olduqca gözəl və müasir bir şəhərdir və ABŞ-də yerləşən Çikaqo şəhərini xatırladır", - deyə o qeyd edib.

ABL Liqası barədə fikirlərini bölüşən Styuart burada mübarizəni davam etdirə bilmədiyi üçün təəssüf hissi keçirdiyini bildirib:

"Liqada yüksək büdcəyə malik, həm legionerlərdən, həm də yerli oyunçulardan ibarət güclü heyətlərə sahib komandalar var idi. "Sabah" və "Abşeron Layns" kimi klublar buna nümunədir".

Basketbolçu "Şəki" klubunda çıxışını xüsusi qeyd edib:

"Burada oynamaq mənim üçün böyük məmnuniyyət idi. Digər komandalarla müqayisədə məşqçi heyətinin az olması müəyyən çətinliklər yaratsa da, baş məşqçi ilə basketbol mövzusunda çoxlu müzakirələr apardıq və aramızda peşəkar, səmimi münasibət formalaşdı. Komanda yoldaşlarımla da yaxşı əlaqələr quruldu".

Sabiq kapitan zədə səbəbindən mövsümün erkən başa çatmasının arzuolunan olmadığını vurğulayıb və göstərilən etimada görə kluba təşəkkür edib.

O, Polşa və Bosniya və Herseqovina çempionatları ilə müqayisədə Azərbaycanda oynamağın çətin olmadığını bildirib:

"Ən böyük çətinlik ABŞ-də yaşayan yaxınlarımla vaxt fərqinin 9-10 saat olması idi. Basketbola gəldikdə isə, qaydalar hər yerdə eynidir və bu səbəbdən uyğunlaşma prosesi mənim üçün nisbətən asan oldu".

Qeyd edək ki, Samir Styuart ABL Liqasında "Şəki" klubunun kapitanı kimi çıxış edib və mövsüm ərzində zədə səbəbindən meydanlardan kənar qalıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 11:00

“Sabah”ın legioneri Akim Zedadka: “Qalib gəlməsək də məğlub olmamalıyıq”

Qarabağ FK
Bu gün, 10:00

Viçko Şevel: “Sabah”la iki xal itirdik, “Qarabağ”a qalib gəlməliyik

Futbol
Bu gün, 04:19

Kili Qonsales: Messi Argentina millisi üçün ömrünün sonuna qədər darıxacaq

Futbol
Bu gün, 03:47

“Juventus” argentinalı futbolçu Nikolas Qonsaleslə uzunmüddətli müqaviləni yenilədi

Basketbol
Bu gün, 01:47

Naxçıvanın baş məşqçisi qələbəni, Sumqayıtın baş məşqçisi məğlubiyyəti şərh etdi

Futbol
Bu gün, 01:21

Mançester Siti Premyer Liqa ilə maliyyə cəriməsi razılaşması üçün danışıqlar apardı

Futbol
Bu gün, 00:59

Mahirin komandası Polşada 1:4 məğlubiyyətlə sonuncu yerdə

Futbol
Bu gün, 00:41

Azərbaycan qadın milli komandası Antalyasporu 2:1 hesabla məğlub etdi

Futbol
Bu gün, 00:33

Neftçi‑Sabah matçının 0:0 dəyərli videolu təqdimatı

Futbol
Bu gün, 00:12

Jorge Jesúsun Ronaldu ilə münaqişəsi ona da cəza gətirə bilər

Futbol
Dünən, 21:23

Premyer Liqanın VII turunda Sabah ilə Neftçi arasında bərabərlik

Futbol
Dünən, 19:49

Türkiyə Futbol Federasiyası Montellanı vəzifəsindən azad etdi

Futbol
Dünən, 17:52

Premyer Liqa VII turunda Kəpəz, Araz‑Naxçıvanı 2‑0 məğlub etdi;

Qarabağ FK
Dünən, 16:45

Azərbaycan Kubokunda 12‑0 qalibiyyətlə son 23 mövsümün ən böyük fərq rekordunu kəsdi

Cüdo
Dünən, 12:57

Jüdo dünya çempionu Sansiro Murao: “Azərbaycan çox gözəl və qonaqpərvərdir”

Cüdo
Dünən, 10:56

Cüdo üzrə Olimpiya çempionumuz Zelim Kotsoyev dünya çempionatının 1/32 finalına çıxır - YENİLƏNİR + FOTO

Boks
Dünən, 10:55

Avropa U‑17 boks çempionatında Azərbaycanlı səkkiz boksçumuz yarımfinala yüksəldi

Basketbol
Dünən, 10:39

ABL ikinci turda Sumqayıt Naxçıvanı ev sahəsində qarşılayacaq

Futbol
Dünən, 09:56

Neftçi – Sabah qarşılaşması Misli Premyer Liqasının 7-ci turunda Palms Sports Arena’da

Futbol
Dünən, 05:14

Ançelotti Braziliya millisində rekord qıraraq ən aşağı qələbə faizini əldə etdi

Futbol
Dünən, 01:58

İnтерin yarımmüdafiəçisi Curtis Cons zədələnib, Milan derbisini də qaçıracaq

Futbol
Dünən, 00:45

Arsenal və Tottenham Kenan Yıldızın İngiltərə Premyer Liqasına keçidi ilə maraqlanır

Olimpiada
08 oktyabr 2026, 23:28

Lindsey Vonn ağır zədədən sonra 2026/27 mövsümündə ABŞ millisinin heyətinə daxil olub

Futbol
08 oktyabr 2026, 22:59

Barcelona müdafiəçisi Xavi Esparta ilə müqaviləsini 2030-cu ilə qədər uzatdı

Oxşar xəbərlər