top
Sabahın Elan Şalonla oyunu: İrəliləyiş üçün şans - İDMAN.BİZ-in TƏHLİLİ Idman.biz
29 oktyabr 2025, 13:12
- ↺ +

"Sabah"ın "Elan Şalon"la oyunu: İrəliləyiş üçün şans - İDMAN.BİZ-in TƏHLİLİ

Bu gün Azərbaycan basketbol klubu "Sabah" FIBA Çempionlar Liqasının əsas mərhələsində üçüncü oyununu keçirəcək.

İdman.Biz-in məlumatına görə, Rimas Kurtinaytisin yetirmələri səfərdə B qrupunun lideri - Fransa klubu "Elan Şalon"la qarşılaşacaqlar. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

"Elan Şalon" mövsümə ideal başlanğıc edib - ardıcıl iki səfər qələbəsi qazanıb: əvvəlcə Berlində "Alba" üzərində 81:76 hesablı, daha sonra isə dramatik ikiqat əlavə vaxtda "Nimburk" üzərində 97:95 hesablı qələbə. Bu nəticələr rəqibin xarakterini və oyunun sonluqlarını düzgün bağlama bacarığını göstərir.

Öz növbəsində, "Sabah" startda Praqada "Nimburk" qarşısında 65:93 hesabı ilə böyük fərqlə uduzmuşdu. Oyun yaxşı başlanğıcdan sonra dağılmış, əsas problem isə uzunmüddətli xal qıtlığı olmuşdu: meydan sahibləri 15:0-lıq seriya ilə fərqlənmiş, Bakı təmsilçisinin isə uzaq məsafədən və cərimə zərbələrində dəqiqliyi xeyli zəif olmuşdu. Matçın statistikasında bu, özünü açıq göstərir - üçxallı atışlarda 20%, cərimə zərbələrində 66,7% dəqiqlik. Belə göstəricilərlə, xüsusilə səfərdə, istənilən rəqiblə rəqabət aparmaq çətindir.

İkinci turda komanda nəzərəçarpacaq irəliləyiş göstərdi: evdə "Alba" ilə 76:85 hesablı qarşılaşma məzmun baxımından daha yaxşı alındı. "Sabah" rəqibə qarşı bərabər oyun göstərdi, hətta bu matçda topu ələ keçirmə və hücum ribaundu üzrə üstünlük qazandı. Lakin yenə "uzaq məsafə" atışları uğursuz idi – üçxallılarda 15,8%, ümumi dəqiqlik isə 40% təşkil edirdi (almanların 52%-nə qarşı). Bununla belə, oyunun strukturu ümidverici idi: fasilədən sonra 47 xal, həmçinin dördüncü hissədə yaxşı hücum seriyası. Bu cür irəliləyişlər müsbət göstəricidir, baxmayaraq ki, perimetr atışlarında və cərimə zərbələrində dəqiqlik artırılmalıdır.

Fərdi baxımdan "Sabah"da artıq sabit bir əsas heyət formalaşır;

Castin Tillman - ən sabit xal mənbəyi,

Keyt Corcan - perimetrdən hücum aqressiyasını artırır,

Jan-Mark Pansa - ribaund və şaquli müdafiə baxımından səviyyəni qoruyur,

Hassani Qravett isə oyunun idarəçisidir və məhsuldar ötürmələr edir.

Hazırkı Çempionlar Liqasının göstəricilərinə əsasən:

Tillman - 17,0 xal,

Corcan - 13,5 xal,

Pansa - 9,5 ribaund(basketbolçunun top havada olarkən onu birinci qazanması)

Qravett - 9,0 ötürmə.

Bu oyunçular komandanın planını qurmaq üçün möhkəm dayaqlardır.

Rəqib "Elan Şalon"un gücünü isə ən yaxşı iki detal təsvir edir.

Birincisi, Berlin səfəri - fransızlar təzyiq və hücum ribaundları hesabına oyunun axarını tam dəyişə bildilər. "Alba" həmin matçda 21 top itkisi və 14 hücum ribaundu ilə yadda qaldı.

İkincisi, Praqa oyunu - qələbə iki əlavə vaxtda gəldi, bu da komandanın psixoloji baxımdan sona qədər dözümlü olduğunu göstərir. Bununla belə, hər şey ideal deyil: "Elan Şalon"un cərimə zərbələrində göstəricisi zəifdir (Berlində 60%, Praqada təxminən 66%), uzaq atışlarda da orta nəticə göstəriblər. Buna görə, düzgün foul taktikasından və sıx perimetr müdafiəsindən istifadə etməklə fransızları yavaşlatmaq mümkündür.

"Sabah" üçün oyunun açarı - soyuqqanlı və ağıllı oyun, topu diqqətlə idarə etməkdir. Rəqibə itkilərdən sonra asan xallar qazanmağa imkan vermək olmaz, hər topa sahiblik dəyərləndirilməlidir. Ən effektiv plan Qravettlə "böyük" oyunçular arasında əlaqə üzərində qurulmuş sürətli qərarvermə və qısa kombinasiyalar ola bilər.

Komanda halqanın altında ribaund uğrunda daha aktiv mübarizə aparmalıdır, xüsusilə "Şalon"un fəal oyunçuları - Lionel Qadu və Cəstin Mattsa qarşı. Pansa və Tillman cərimə meydançasını etibarlı qorumağı bacarmalı, digərləri isə hücumları əvvəlcə daxili zona üzərindən qurmalı, yalnız sonra məsafədən atışlara keçməlidirlər. Həmçinin cərimə zərbələrinin reallaşdırılması çox vacibdir, çünki məhz bu çatışmazlıq əvvəlki oyunda xallara başa gəlmişdi.

Vaxtın idarə olunması da az əhəmiyyət kəsb etmir. Oyunları çox vaxt əlavə vaxta daşıya bilən komandaya qarşı hər hissənin son dəqiqələri həlledici olur. Bu anlarda sadə və dəqiq hərəkət etmək, sınanmış kombinasiyalardan istifadə etmək, lazımsız ötürmələrə və riskə yol verməmək lazımdır.

Nəticə etibarilə, "Sabah" oyundan-oyuna inkişaf göstərir. Start ağır olsa da, "Alba" ilə matçda artıq oyun tempi və struktur qorunmuşdu. Növbəti addım - realizasiya və itkiləri azaltmaq, ribaund(basketbolçunun top havada olarkən onu qazanması – red) üstünlüyünü saxlamaq və Bakı basketbolunun enerjisini soyuq sonluğa daşımaqdır.

Rəqib güclü və səfər oyunlarında özünə əmindir, lakin məhz bu cür oyunlar komandanın Avropa mövsümünü yetkinləşdirir. Əgər "Sabah" ağıllı oynasa və rəqibə hədiyyə verməsə, səs-küylü qələbə şansı yalnız kağız üzərində yox, parketdə də real olacaq.

Teymur Tuşiyev

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Güləş
Bu gün, 14:52

Dünya Güləş Birliyi 2027-ci ildən başlayaraq qazandığı hər görüşə görə xal verən yeni reytinq sistemini tətbiq edir

Futbol
Bu gün, 14:47

İmişli U-19 komandası 6 legioner futbolçu ilə gücləndirildi;

Futbol
Bu gün, 14:40

Kivu: "İnter"in "Feyenoord"a qarşı qələbəsi uğurlu oldu, növbəti matçlara köklənirik

Futbol
Bu gün, 14:37

Feйenoord azarkeşləri İnter qarşısında fişəng ataraq stadionun damına ziyan yetirib

Futbol
Bu gün, 14:29

Rəhim Həsənov: Kəpəz-İmişli matçında baş hakimin səhv qərarı

Futbol
Bu gün, 14:16

Elmar Baxşıyev: "Sabah" komandası Norveçdə "Viking"lə qarşılaşmada maneələri dəf etsə, uğurlu nəticə əldə edə bilər

Futbol
Bu gün, 14:07

Arsenal zədələrin azaldılması üçün NASA, Google və Apple ilə əməkdaşlıq edir

Futbol
Bu gün, 14:00

Elnur Cəfərov: "Şəfa"nın "Sumqayıt"a 1:1 hesablı matçını və mübahisəli penalti epizodunu dəyərləndirdi

Futbol
Bu gün, 13:49

Lukas Berqvall "Tottenhem"də qalacağını təsdiqləyib

Gimnastika
Bu gün, 13:44

Nankin-2026: Azərbaycan tamblinqdə ardıcıl üçüncü dünya çempionluğuna və batut gimnastikasında ilk fərdi medala layiq görüləcək?

Futbol
Bu gün, 13:40

Arda Turan italyan VAR hakimlərini sərt tənqid edib

Voleybol
Bu gün, 13:35

Turanın Çempionlar Liqası qarşılaşması üçün biletlər azarkeşlər üçün pulsuz

Qarabağ FK
Bu gün, 13:25

Qarabağ Klubu, Forma Hərfi Cəzaya Cavab İfade Etdi

Futbol
Bu gün, 13:10

Alleqri, “Sabah”la oynadığı Çempionlar Liqasının pley‑offunda 10 xal qazanmaq planlaşdırır

Digər
Bu gün, 13:02

Snuker çempionu Orxan Qubatov: Azərbaycanda bilyardın bütün növlərinin inkişafını arzulayıram

Futbol
Bu gün, 12:45

Rafinya UEFA Çempionlar Liqasında 23 qolla Neymar və Rivaldonu geridə qoyub;

Futbol
Bu gün, 12:39

Azərbaycan Premyer Liqasının XI turu “Zəfər turu” elan edildi

Futbol
Bu gün, 12:39

Fənərbağçanın yeni məşqçisi Emre Belözoğlu Liverpul matçı üçün iştirak qərarını verəcək

Voleybol
Bu gün, 12:28

CEV Çempionlar Liqasında "Maritza Plovdiv"-ı 3:0 hesabı ilə məğlub edən "Turan"ın voleybolçusu qələbəni qiymətləndirdi

Futbol
Bu gün, 12:23

Qalatasarayın 21 yaşlı yarımmüdafiəçisi Aleksey Batrakov Çempionlar Liqasında 4 oyunda 4 qolla Messi və Ronaldodan daha sürətli starta imza atdı

Futbol
Bu gün, 12:20

Tvente 9:0 hesabı ilə Ekselsioru məğlub edərək tarixçə böyük qələbə qazanıb

Futbol
Bu gün, 12:13

Kriştiano Ronaldu Erik ten Hag‑ın sərt tənqidlərinə cavabını verdi

Boks
Bu gün, 12:00

Gülər Hüseynova Azərbaycanın Dakar-2026 YOX boks təmsilçisi oldu

Futbol
Bu gün, 12:00

"Sabah" klubu Norveçdəki fanlarına 300 şərf təqdim edərək xüsusi jest etdi

Oxşar xəbərlər