top
Rüstəm Əliyev: Özümü yenidən kəşf etdim - MÜSAHİBƏ Idman.biz
01 may 2025, 15:59
- ↺ +

Rüstəm Əliyev: "Özümü yenidən kəşf etdim" - MÜSAHİBƏ

"Ordu"nun basketbolçusu Rüstəm Əliyev klubun mətbuat xidmətinə müsahibə verib.

İdman.biz xəbər verir ki, komandasının kapitanı cari mövsümdəki çıxışlarını dəyərləndirib, gələcək planlarından danışıb.

- Cari mövsüm komanda üçün necə keçdi?

- Aşağı büdcə ilə pley-offda iştirak etmək hər komandaya nəsib olmur. Biz məhz aşağı büdcə ilə, hətta oyunçu qıtlığı ilə əzmkar mübarizə apararaq pley-offa vəsiqə qazandıq. Bundan əlavə final mərhələsinin ilk matçında "Neftçi" ilə başabaş oynadıq. Heyətdə yerli oyunçu problemi vardı. Bundan əlavə, legionerlər də çox deyildi ki, rotasiya edə bilək. Misal üçün əsas oyun qurucumuz Ramme Qriffin zədə alanda onu əvəzləmək çətin olurdu. Ehtiyat qüvvəmiz zəif olduğu üçün belə vəziyyətlərdə çətinlik çəkirdik. Tam əminəm ki, rotasiyada problemlər olmasaydı daha artığını edə bilərdik. İstənilən halda, hesab edirəm ki, "Ordu" artıq bir komanda kimi formalaşıb.

- Liqadakı oyunun haqqında nə deyə bilərsən?

- İki il "Sabah"da oynamışam. Onların məqsədləri tam fərqlidir və bu səbəbdən heyətə düşmək çox çətindir. Ona görə də özünü göstərmək üçün imkan çox azdır. "Ordu"da isə əsas oyunçulardan biri hesab olunuram. Məşqçi bir çox hallarda oyunu mənim üzərimdən qururdu. Bu amil inkişaf etməyimdə ciddi rol oynadı. Sanki özüm-özümü yenidən kəşf etdim. Buna görə də Alberto Blankoya təşəkkürümü bildirirəm. O, mənə hansı mövqelərdə daha çox xeyir verməyi öyrətdi. İndi özümə çox inanıram. Zədələr məni xeyli geri salsa da, artıq indidən fiziki çalışmalara başlamışam ki, növbəti mövsüm üçün tam hazır vəziyyətdə olam.

- Karyeranı harada davam etdirəcəksən. "Ordu"da qalacaqsan, yoxsa başqa təkliflər var?

- Sözün düzü, "Ordu"da qalmaq barədə hələ təklif almamışam. Əgər təklif olsa, danışacağıq. Təbii ki, hər şey klubun büdcəsindən və məqsədlərindən asılı olacaq. İndidən nəsə demək çətindir. İnanıram ki, həm klub, həm də mənim üçün xeyirli olan baş verər.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Güləş
Dünən, 22:55

Azərbaycanda U-23 Dünya Güləş Çempionatı Heyəti Açıqlanıb

Futbol
Dünən, 16:25

AFFA aşağı yaş liqalarında üç komandaya 0:3 texniki məğlubiyyət verdi

Futbol
Dünən, 15:29

Ağadadaş Salyanski U-21 millisinin yeni rekordunu bildirdi

Cüdo
Dünən, 13:20

Vüsal Qələndərzadə dünya çempionatının 1/32 finalında ipponla qalib gəldi

Olimpiada
Dünən, 12:44

Azərbaycan Paralimpik atəşmeneciliyi millisi Rusiya komandası ilə birgə təlim keçir

Cüdo
Dünən, 11:44

Beşqat Olimpiya çempionu Nadya Komaneçi, Bakıdakı cüdo dünya çempionatı iştirakçılarına videomüraciət etdi

Futbol
Dünən, 11:40

“Neftçi”nin yarımmüdafiəçisinin Messi ilə vida matçında çıxışı

Futbol
Dünən, 11:17

Tomas Tuxel İngiltərə milli komandası tarixində 20 qalibiyyət rekordu qırdı

Futbol
Dünən, 10:46

Messinin Argentina milli komandası vida matçında bütün qollar onun keçmiş forma nömrələri ilə gəldi

Futbol
Dünən, 09:45

Neftçi futbolçusu Messi üçün hədiyyə təqdim etdi, vida matçında ona qarşı qayda pozuntusu etdi

Futbol
Dünən, 07:04

İngiltərə millisi Çexiyanı 3-0 məğlub etdi: “Yenə əla oyun nümayiş etdirdik”

Futbol
Dünən, 06:16

Lionel Messi 71-ci dəqiqədə penaltı qol və iki məhsuldar ötürməylə yadda qaldı

Futbol
Dünən, 04:16

Harri Keyn 125-ci oyunla Piter Şiltonun rekordunu eyni etdi

Futbol
Dünən, 01:05

UEFA Millətlər Liqasının IV turunda İspaniya və İngiltərə qalib gəldi

Futbol
06 oktyabr 2026, 23:14

De Jonk diz zədəsindən sonra Barcelona ilə ümumi məşqlərə qatıldı

Basketbol
06 oktyabr 2026, 22:21

Neftçi basketbol komandası FIBA Avropa Kubokunda ilk oyununu 58:78 hesabı ilə Yunanıstanın Mikonosuna məğlub etdi;

Futbol
06 oktyabr 2026, 21:26

Litva qapıçısı: Azərbaycan qolu sonrası müdafiəyə keçdi və bizə çətinlik yaratdı

Futbol
06 oktyabr 2026, 19:50

U-21 Azərbaycan millisi Cəbəllütariqi 3-0 məğlub etdi

Futbol
06 oktyabr 2026, 18:13

AFFA Şahdağ Qusar klubu idman direktoruna cərimə verdi

Futbol
06 oktyabr 2026, 17:23

Murad Axundov AFFAdan ayrılma qərarının səbəblərini açıqladı

Futbol
06 oktyabr 2026, 16:40

Liverpool Michael Kayode’yi 50‑55 milyon funtla transfer üçün hədəfləyir

Futbol
06 oktyabr 2026, 14:44

Litvalı baş məşqçi Edqaras Yankauskas Azərbaycan millisi ilə oyundan sonra vəzifəsindən istefa verdi;

Futbol
06 oktyabr 2026, 12:38

Maykl Olise Fransa millisində 1958-ci ildən bəri ən yaxşı qol‑ötürmə göstəricisinə imza atdı;

Cüdo
06 oktyabr 2026, 11:38

Rəşid Məmmədəliyev və Hidayət Heydərovun 1/16 final rəqibləri məlum olub

Oxşar xəbərlər