top
Rimas Kurtinaytis: Sabahda qələbə atmosferi yaratmağa çalışırıq – Müsahibə Idman.biz
14 oktyabr 2025, 16:00
- ↺ +

Rimas Kurtinaytis: "Sabah"da qələbə atmosferi yaratmağa çalışırıq" – Müsahibə

Oktyabrın 15-də Bakı "Sabah" basketbol klubu FIBA-nın (Beynəlxalq Basketbol Federasiyası) Çempionlar Liqası çərçivəsində ilk ev oyununu keçirəcək.

İdman.Biz-in məlumatına görə, rəqib Avropanın ən aparıcı və titullu klublarından biri - uzun illər Avroliqada çıxış etmiş Almaniyanın "Alba" komandası olacaq. Qarşılaşma Gimnastika Arenasında keçiriləcək və Bakı vaxtı ilə 20:00-da başlayacaq.

Xatırladaq ki, FIBA Çempionlar Liqasının əsas mərhələsinin ilk turunda "Sabah" səfərdə Çexiyanın "Nimburk" klubuna 65:93 hesabı ilə uduzub. "Alba" da eyni taleyi yaşayıb - almanlar ev oyununda Fransanın "Şalon" klubuna 76:81 hesabı ilə məğlub olublar.

İdman.Biz-ə müsahibəsində Bakı "Sabah"ının baş məşqçisi, əfsanəvi litvalı mütəxəssis Rimas Kurtinaytis Çempionlar Liqasında uğursuz startın səbəblərindən və qarşıdakı oyundan gözləntilərindən danışıb.

- Qarşıdakı oyuna hazırlıq necə gedir?

- Hazırlığımız intensiv şəkildə davam edir, tempimizi azaltmırıq. Bəli, "Nimburk"la səfər oyunumuz istədiyimiz kimi alınmadı, amma komandaların hansı sürətlə oynadığını hiss etdik. Nə də olsa, bu, Çempionlar Liqasıdır və buradakı səviyyə keçən mövsüm iştirak etdiyimiz Avropa Kubokundan xeyli fərqlidir. Biz də eyni intensivlikdə məşq edirik görək? necə alınacaq.

"Alba" çox güclü komandadır, ötən mövsüm Avroliqada çıxış edib. Təcrübəli klubdur, oyunçu və məşqçi heyəti çox keyfiyyətlidir. Qarşılaşma çətin olacaq, amma ümidsiz deyil, çünki biz hazırlaşırıq və evdə qələbə qazanmaq istəyirik. Növbəti mərhələyə adlamaq üçün qrupda ən azı ikinci və ya üçüncü yeri tutmaq lazımdır, amma bizim məqsədimiz birincilikdir.

- "Nimburk"la oyunda əsas problem yalnız tempdə idi, yoxsa başqa çətinliklər də vardı?

- Bəli, əsasən tempdə idi. Burada söhbət fiziki hazırlıqdan yox, qərarların qəbul sürətindən gedir. Rəqib həm daha sürətli, həm də daha enerjili idi.

Bilirsiniz, problemi izah edim: Litvada keçirdiyimiz son yoxlama oyunundan "Nimburk"la matça qədər 20 gün vaxt keçdi və bu müddətdə "Sabah" cəmi bir oyun oynadı. Biz sadəcə oyun ritmimizi itirdik. Litvadakı hazırlıq dövründə çoxlu güclü rəqiblərlə görüşlər keçirdik, sonra isə bu fasilə öz təsirini göstərdi. Düşünürəm ki, məğlubiyyətin əsas səbəbi də məhz bu idi.

Hazırda formamızı tədricən bərpa edirik. Bir neçə gün əvvəl "NTD" ilə çempionat oyunu keçirdik, sürətli basketbol oynadıq, çünki "Alba" ilə məhz belə tempdə oynayacağıq. Çalışırıq, ümid edirik ki, hər şey istədiyimiz kimi olacaq.

- Yeri gəlmişkən, "NTD" 65:133 hesabı ilə darmadağın oldu, ilk hissə 52:12 nəticələndi - bu, çox nadir haldır.

- Mənim üçün fərqi yoxdur, kiminlə oynayırıq - hər oyunda keyfiyyətli basketbol tələb edirəm. İki xalla da, əlli xalla da qazana bilərik, amma əsas olan oyunun səviyyəsidir. Doğrusu, "NTD" ilə görüşdə ən yaxşı oyunumuzu göstərmədik.

- "Sabah"ın hazırkı heyətində kimlər sizin tələblərinizə cavab verir?

- Bilirsiniz, komanda yenidir, keçən mövsümdən cəmi bir neçə oyunçu qalıb. Kamran Məmmədovun komandaya qoşulmasına çox şadam – o, Moskva MOİK-nin yetirməsidir və bu, dərhal hiss olunur.

Bundan başqa, Şirzad Şirzadov müdafiədə çox yaxşı çıxış edir. Biz onu daim rəqibin ən güclü oyunçularına qarşı qoyuruq ki, top almağa imkan verməsin - o da bunu əla yerinə yetirir. Bəzən xal da qazanır, amma mən ondan əsasən müdafiədə istifadə edirəm.

Klavs Çaversi də qeyd etməliyəm - o, bizdə sanki futbol qapıçısı kimidir: kimsə səhv edəndə, o "təmizləyir". Bu səbəbdən onunla müqaviləni uzatdıq - basketbolu çox yaxşı anlayır.

Hassani Qravet bizim liderimizdir, keçən mövsümdən komandadadır. Hələ tam əvvəlki formasına qayıtmayıb, amma yaxındır. Ötən il çoxlu ribaundlar götürür, mövsüm ərzində 5-6 dəfə "tripl-dabl" edirdi.

Yeni oyunçulara gəlincə, hələ nə müsbət, nə də mənfi nəticə çıxarmaq tezdir. Mən "Sabah"a gec qoşuldum, çünki Avropa çempionatında Litva millisinin baş məşqçisi idim. Oyunçuları, onların güclü və zəif cəhətlərini hələ tam tanımamışam, amma potensialı ortaya çıxarmağa çalışıram.

Ümumilikdə mənzərə pis deyil. Belə desək, yaxşı "xammal" var - bu "gildən" komanda yaratmaq lazımdır. Bu mövsüm klub rəhbərliyi çox yaxşı iş görüb, xüsusilə "Sabah"ın prezidenti Maqsud Adıgözəlova təşəkkürümü bildirirəm. Mən kimləri istəmişdimsə, rəhbərlik hamısını gətirdi. İndi hər şey bizdən asılıdır. Vaxt az idi, amma bu çatışmazlığı aradan qaldıracağıq.

- "Alba"ya gəlincə, bu komanda da "Sabah" kimi Çempionlar Liqasına məğlubiyyətlə başladı. Bu, sizi təəccübləndirdi?

- Xeyr. "Şalon"un oyununu görmüşəm - o, təsnifat mərhələsində İspaniyanın "Mursiya" klubunu məğlub etmişdi. Fransızlar çox güclü komandadır, yaxınlarda ölkə çempionatında Avroliqa finalçısı "Monako"nu da udublar. Ona görə "Alba"nın məğlubiyyəti mənim üçün sürpriz olmadı.

Unutmaq olmaz ki, "Alba" ardıcıl on il Avroliqada çıxış edib. Bəli, indi komanda yenilənir, amma çox böyük təcrübəyə malikdir. Hərçənd Almaniya çempionatında da bir neçə dəfə uduzublar, amma oynadıqları basketbol tərzi çox keyfiyyətlidir. Üstəlik, almanlar "Nimburk"dan daha sürətli oynayır, deməli, biz 150 faiz gücümüzü ortaya qoymalıyıq.

- "Şalon"la oyunda "Alba" çoxlu top itkisi etdi və uzaq məsafədən zəif oynadı. Onları kənardan daha çox atış etməyə məcbur etməyi planlaşdırırsınız?

- Adətən istifadə etmədiyimiz bir müdafiə variantımız var, amma sınaqdan keçirə bilərik. Son məşqlərdə hansı üslubu tətbiq edəcəyimizi müəyyənləşdirəcəyik. Onların əsas gücü sürətdədir. Əgər atışı qaçırırlarsa, dərhal topu götürüb sürətli hücuma çıxırlar.

Bu, futboldakı kimi bir şeydir: komanda müdafiə olunur, topu ələ keçirir və əks-hücum qurur. Təxminən iyirmi il əvvəl Fransa millisinin dünya çempionatında bu tərzdə oynadığı vaxtları xatırlayıram.

Bizim əsas vəzifəmiz "Alba"nın sürətli hücumlarını dayandırmaqdır. "Şalon"la matçda onların uzaq məsafədən az dəqiq atış etməsi təsadüf idi - bir oyunda belə, digərində fərqli ola bilər. Hər şey həmin günün gedişindən və müdafiədə nə qədər sərt oynayacağımızdan asılı olacaq.

- "Sabah" Çempionlar Liqasındakı ilk ev oyununu Gimnastika Arenasında keçirəcək. Təəssüratlarınız necədir?

-Bu, möhtəşəm arenadır. Biz artıq orada "NTD" ilə oynadıq ki, parketi hiss edək. Üstəlik, həmin oyunda Çempionlar Liqasının istifadə etdiyi toplarla çıxış etdik. "NTD" klubuna və Azərbaycan Basketbol Federasiyasına əməkdaşlığa görə təşəkkür edirəm.

Azərbaycanın dünya standartlarına cavab verən belə bir zalının olması çox sevindiricidir. Ətrafımızda bütün şərait yüksək səviyyədə yaradılıb, qalanı bizdən asılıdır.

Biz hələ bu səviyyəli turnirlərdə iştirak təcrübəsinə malik deyilik. Burada basketbol fərqlidir - temp daha yüksək, mübarizə daha sərtdir. Hakimlər sıx mübarizəyə daha çox imkan verir, buna uyğunlaşmaq lazımdır.

Unutmaq olmaz ki, "Alba"nın avrokuboklarda 30 illik təcrübəsi var, biz isə Avropada cəmi üçüncü mövsümümüzü keçiririk və ilk dəfə Çempionlar Liqasında çıxış edirik. Hamını birdən-birə məğlub etmək mümkün deyil. Yaxşı oyunçuların olması vacibdir, amma əsas məsələ qaliblər atmosferini yaratmaqdır. Bu, məsələn, çuxur qazmaq kimi sadə iş deyil – bu, komandanın psixologiyası və fəlsəfəsidir. Burada çoxlu incəliklər var.

Teymur Tuşiyev

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Bu gün, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Bu gün, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Bu gün, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Futbol
Bu gün, 21:22

Premyer Liqanın doqquzuncu turunun ən yaxşı futbolçusu “Çelsi”ninstrat Romelo Laviya seçilib

Gimnastika
Bu gün, 21:17

Azərbaycan gimnastları dünya çempionatında uğurlu start etdilər

Futbol
Bu gün, 21:07

Rafael Benites Premier Liqaya qayıtmaq istədiyini elan etdi, uyğun layihə tapmaq çətinlik yaradır

Voleybol
Bu gün, 20:59

Superliqa III turu başladı: Ordu 3:0 Azərreyl

Futbol
Bu gün, 20:53

Real Madridə verilən penalti səhvən qərarlandı

Gimnastika
Bu gün, 20:41

Tofiq Əliyev: Dünya çempionatının təyin mərhələsində liderlik etdik, ardıcıllıqla üçüncü dünya çempionluğu hədəfimizdir

Futbol
Bu gün, 20:29

Qəbələ-2 3-7 məğlubiyyətə düşdü

Futbol
Bu gün, 20:23

Tenerifeli hücumçu İesus de Migele ölümündən sonra vəziyyəti ilə bağlı açıqlama verən qapıçı İesus Ovono

Qarabağ FK
Bu gün, 20:01

İsveçin Höteborq şəhərində Zəfər Gününə həsr olunan şahmat turnirinin qalibləri açıqlanıb - FOTO

Digər
Bu gün, 20:00

Nazir: Azərbaycan qlobal idman yarışlarına ev sahibliyi edərək dünya idman mərkəzi kimi tanındı

Digər
Bu gün, 20:00

Fənərbaxçanın əvvəlki prezidenti Səddəddin Sarana bəraət verilib

Futbol
Bu gün, 19:38

"Şamaxı"nın futbolçusu Abdul Raşid Mumini Benin millisinə çağırılıb;

Futbol
Bu gün, 19:34

Kolumbiyalı qapıçı David Ospina 38 yaşında karyerasını başa vurdu

Futbol
Bu gün, 19:30

Manchester United'ın yarımmüdafiəçisi Kobbi Meynu PSJ-nin hədəfində

Digər
Bu gün, 19:20

New York marafonunda gənc qız finişə bir neçə kilometr qalmış öldü

Futbol
Bu gün, 19:10

“Mingəçevir” futbolçusu Həsrət Mürsəlov: “Maaş almırıq, pulsuz oynamaq istəmirik” - İDMAN.BİZ-ə açıqlama

Digər
Bu gün, 19:09

Azərbaycan yığma komandasının baş məşqçisi Orxan Mustafayev: Yanğın və xilasetmə idmanı üzrə dünya çempionatı idmançılarımız üçün böyük təcrübədir;

Futbol
Bu gün, 19:00

İtalyaın "Milan" klubunun gənc hücumçusu Franchesko Kamarda üçün "Montsa" və "Piza" klubboarı təklif göndərib

Minifutbol
Bu gün, 19:00

Lənkəranda Çexiya yığmasını qəbul edən futzal millimizin məşqçisi: "Tribunadan böyük dəstək alacağımızdan ümidlili"

Futbol
Bu gün, 18:53

"Lion" klubunun baş məşqçisi Paulo Fonseka ilə yollarını ayırdı

Oxşar xəbərlər