top
Rimas Kurtinaytis: 20 il əvvəl Azərbaycanda işləyərkən belə deyildi Sport24.az
25 may 2024, 09:12
- ↺ +

Rimas Kurtinaytis: "20 il əvvəl Azərbaycanda işləyərkən belə deyildi"

"Sabah" ardıcıl 2-ci dəfə Azərbaycan Basketbol Liqasında 2023/2024 mövsümünün qalibi olub. Sport24.az xəbər verir ki, komandanın litvalı baş məşqçisi Rimas Kurtinaytis çempionluq sevincini jurnalsitlərlə bölüşüb.

 

- Uzun müddətdən sonra Azərbaycan döndünüz. İlk mövsümdəcə yenə çempion titulunu qazandınız. Hansı hisslər keçirirsiniz?

- İlk növbədə "Xəzri"ni qeyd etmək istərdim. Finala vəsiqə qazanan komanda sonadək mübarizə apardı. Bu gün qələbə qazanmaq imkanları da var idi. Amma sona yaxın biz vəziyyəti öz xeyrimizə dəyişə bildik. Heç də asan qələbə olmadı. 20 il əvvəl Azərbaycanda işləyərkən belə deyildi. Yığmanın oyunçuları "Qala"da toplaşmışdı və biz liderlik edirdik. Bu mövsüm çempionat çox maraqlı keçdi, bütün rəqiblər bir-birini məğlub etmək gücündə idi. Bu, müntəzəm çempionatda və ölkə kubokunda da özünü göstərirdi. Şadam ki, bu gün qələbə qazana bildik.

 

- Çempionluqda əsas rolu nə oynadı?

- 3 ay ərzində basketbolçulardan komanda təşkil etməyə nail oldum. Əgər fikir verdinizsə, biz komanda kimi oynayırdıq, hərə öz rolunu yaxşı yerinə yetirirdi. Şirzad Şirzadovun MVP seçilməsinə çox sevindim. O, bu gün müdafiə və hücumda çox yaxşı çıxış etdi. Mən gəldikdən sonra klub gündə 2 dəfə məşq etməyə başladı. Bəzən bizim oyunçular buna görə şikayətlənirdilər. Amma bunun nəticəsi finalda öz sözünü dedi. Çox yorulsaq da, "Xəzri"dən daha gümrah idik.

 

- Növbəti mövsümdə Avropada qarşıya hansı məqsədlər qoyulacaq?

- Avrokuboklara gəlincə, heyətdə bəzi dəyişikliklər edəcəyimizi düşünürəm. Daha da güclənməliyik. Növbəti mövsümdə büdcəmiz çoxalacaq. FİBA Çempionlar Liqasında çıxış edəcək komanda qurmalıyıq. Orada İspaniya və Tükiyənin güclü klubları çıxış edir. Bunun üçün heyəti gücləndirmək lazımdır. Amma indi bir şeyi deyə bilərəm. Biz qələbə qazanmışıq və bu bayramın sevincini yaşayırıq. Gələcək planlarla bağlı sonra suallara cavab verəcəm.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
12 oktyabr 2026, 11:51

“Sabah” və “Slaviya” qarşılaşması üçün 51 minə yaxın bilet satılıb – KLUBDAN İDMAN.BİZ-ə açıqlama

Futbol
12 oktyabr 2026, 11:07

Harri Keyn “Bavariya” ilə 2030-cu ilin yayınadək müqaviləsini uzada bilər

Qarabağ FK
12 oktyabr 2026, 10:00

VII tur: 12 qol, Sumqayıtın möhtəşəm qalibiyyəti və turnirin digər əsas nəticələri

Futbol
12 oktyabr 2026, 09:44

“Real Madrid”ın hücumçusu Vinicius Junior sevgilisindən ayrıldı

Futbol
12 oktyabr 2026, 06:47

Spalletti: “Yuventus” qələbəni öz təşəbbüsü ilə əldə etməlidir

Futbol
12 oktyabr 2026, 04:40

“Aston Villa” Endricki icarəyə götürməyi planlaşdırır

Futbol
12 oktyabr 2026, 01:30

Nihat Kahveci, Türkiyə milli komandasının yeni baş məşqçisi olaraq Fatih Tekkeyi təklif etdi

Futbol
11 oktyabr 2026, 23:58

Ramil Şeydayev Soçi–Ufa matçında qalibiyyətdə iştirak etdi

Futbol
11 oktyabr 2026, 22:55

Arda Turan Türkiyə milli komandası üzrə məşqçilik təklifini rədd etdi

Futbol
11 oktyabr 2026, 22:55

Turan Tovuz, Şəfaya 0:1 qalib gəldi - Video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 22:30

Əvəzedicilər Liqası: “Qarabağ‑2” və “Sumqayıt‑2” qalib gəldi

Qarabağ FK
11 oktyabr 2026, 22:25

İmişli – Qarabağ (0:2) matçının video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 21:49

Qurban Qurbanov: “Qələbəmiz önəmlidir, amma hələ də komandamızda bəzi çatışmazlıqlar mövcuddur”

Futbol
11 oktyabr 2026, 21:26

Manchester City 3-0 Liverpool, Crystal Palace 3-1 Nottingham Forest – nəticələr + video

Qarabağ FK
11 oktyabr 2026, 17:36

Kamilo Duran “Seltik”in 2:0 qələbəsində qol vurdu – VİDEO

Qarabağ FK
11 oktyabr 2026, 13:24

Avstriyalı hakim Sebastian Qishamerin doğum günündə “Sabah” – “Slaviya” oyununu idarə edəcək

Futbol
11 oktyabr 2026, 11:20

“Sabah” müdafiəçisi Puxaç Levandovskiyi görkəmli natiq hesab etmir

Qarabağ FK
11 oktyabr 2026, 10:37

Duran, “Qarabağ”dan “Seltik”ə keçidinin Kolumbiya millisində dəvətə əsas faktor olduğunu bildirib

Futbol
11 oktyabr 2026, 10:19

Şəfa və Turan Tovuz Misli Premyer Liqasının 7-ci turunda ilk dəfə qarşılaşacaq

Qarabağ FK
11 oktyabr 2026, 09:31

“İmişli” “Qarabağa” qarşı: İlk qolmu, dördüncü məğlubiyyətmi?

Futbol
11 oktyabr 2026, 09:19

Messi Inter Miami-də 934-cü qolunu vurdu, 1000-ə 66 top qaldı

Cüdo
11 oktyabr 2026, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
11 oktyabr 2026, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
11 oktyabr 2026, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Oxşar xəbərlər