top
Rimas Kurtinaytis: “Azərbaycanda özümü evimdəki kimi hiss edirəm” İdman.biz
29 may 2024, 19:22
- ↺ +

Rimas Kurtinaytis: “Azərbaycanda özümü evimdəki kimi hiss edirəm”

"Azərbaycanda 20 ildən sonra müqayisəolunmaz dəyişikliklərin şahidi oldum".

Bunu "İdman Bizdə"nin qonağı olan "Sabah" basketbol klubunun baş məşqçisi Rimas Krtinaytis deyib.

64 yaşlı mütəxəssis ölkəmizdə 20 il bundan öncə çalışdığı dönəm ilə indikini müqayisə edib. O bildirib ki, çoxlu dəyişikliklər var: "Bakı tamamilə dəyişib. Mən sanki onu Dubaya bənzədərdim. Hər yer gözəl, təmiz və səliqəlidir. Dəyişməyən yalnız insanlardır. Əvvəlki kimi mehriban, gülərüzdülər. İstiqanlıdırlar. Çox ölkələr var ki, insanlar zaman-zaman pisliyə doğru dəyişirlər. Azərbaycanda isə bunun tam əksidir. Bu baxımdan şadam ki, özümü evimdəki kimi hiss edirəm. Basketbola gəldikdə, indi vəziyyət tam başqadır. O vaxt hər şeyi sıfırdan başlayırdıq. Mən o zaman nə qədər basketbolçu var hamısını bir yerə yığmağa başladım. Əvvəlcə "Qala" klubunu yaratdıq. Klub millinin bazası kimi formalaşdırılmışdı. Artıq 2-ci mövsüm avrokuboklarda mübarizə aparmağa qərar verdik. Kiçik ölkələrin Avropa birinciliyində çıxış etdik. Ancaq ən böyük uğuru İslam Həmrəyliyi Oyunlarında qızıl medala sahib olmaqla qazandıq. Həmin yarışda 56 ölkənin idmançıları mübarizə aparırıdı. Biz orada yarımfinalda güclü İran yığmasına qalib gəldik. 3 il sonra Pekin Olimpiadasında mən Litva yığmasının məşqçisi olanda İran seçməsi həmin Oyunların iştirakçısı idi. Onları necə məğlub etdiyimizdən danışırdım. Bizim bu uğurlarımız təsadüfü deyildi".

Kurtinaytisin sözlərinə görə, həmin illərlə müqaisədə basketbolumuz çox inkişaf edib: "Federasiya bunun üçün böyük işlər görür. Dövlət strukturlarından da dəstək gəlir. Sərmayə qoyulur. 10 komandanın iştirakı ilə çempionat keçirilir. Eyni səviyyəli komandaların mübarizəsi gedir. Yarışlarda yaxşı komandalar, yaxşı oyunçular, amerikalı basketbolçular çıxış edirlər. Artıq 20 il bundan qabaqla müqayisədə daha yüksək səviyyəli azərbaycanlı basketbolçular var və gözəl oyun nümayiş etdirirlər. Basketbolun inkişafının 2-ci dalğası yaşanır. Maraq böyükdür. Dünyada futboldan sonra populyarlığına görə 2-ci idman növü basketboldur. Azərbaycanda da eyni vəziyyət müşahidə olunur".

Qeyd edək ki, "Sabah" Rimas Kurtinaytisin rəhbərliyi altında mövsümü qızıl medallarla başa vurub. Onlar final seriyasında "Xəzri"ni 3:1 hesabı ilə məğlub ediblər.

Emin Ağa
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 05:11

Erlinq Holand UEFA Çempionlar Liqasında 62-ci qolunu vurdu, Raulun rekorduna yaxınlaşır

Futbol
Bu gün, 04:12

"Komo" Çempionlar Liqasının səfər oyununda 55 illik rekordunu təkrarladı

Futbol
Bu gün, 02:51

UEFA Çempionlar Liqası 2026/27 dördüncü turda PSJ lider, “Sabah” 31-ci yerdə

Futbol
Bu gün, 01:56

ÇL: “Sabah” Norveçdə 4-1 məğlub oldu

Futbol
Bu gün, 01:54

Fənərbağça, Çempionlar Liqasında 18 illik geridönüş məğlubiyyətini sona erdi

Futbol
Bu gün, 01:37

Real Madrid məşqçisi Mourinyo: 'Valverde'dən qapıya zərbə vurmasını istəmədim'

Basketbol
Bu gün, 01:29

Neftçi basketbolu: Müsibət məğlubiyyətdə də güclü xarakterimiz var

Futbol
Bu gün, 01:14

Kilian Mbappe UEFA Çempionlar Liqasında 74-cü qolunu vurdu

Futbol
Bu gün, 00:51

“Yuventus” “Mançester Yunayted”in sloveniyalı forvardı Benjamin Şeşkodur transfer etmək istəyir

Futbol
Bu gün, 00:41

Velko Simic’in sakatlanması ‘Sabah’ın heyətində itki yaradır

Futbol
Bu gün, 00:32

“Barselona” Rafinya Diası ilə 2030-cu il iyun 30-dək müqavilə imzaladı

Futbol
Dünən, 23:51

Romero, Atletico'nun Barcelona qarşısında oynayacaq qarşılaşmada zərbə səbəbindən iştirak etməyəcək

Futbol
Dünən, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Dünən, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Dünən, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Dünən, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Dünən, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Dünən, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Dünən, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Dünən, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Dünən, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Dünən, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Futbol
Dünən, 21:22

Premyer Liqanın doqquzuncu turunun ən yaxşı futbolçusu “Çelsi”ninstrat Romelo Laviya seçilib

Gimnastika
Dünən, 21:17

Azərbaycan gimnastları dünya çempionatında uğurlu start etdilər

Oxşar xəbərlər