top
Rimas Kurtinaytis: “Avropada uğur qazanmaq üçün heyəti gücləndirməliyik” İdman.biz
24 may 2024, 23:29
- +

Rimas Kurtinaytis: “Avropada uğur qazanmaq üçün heyəti gücləndirməliyik”

"Sabah" ardıcıl 2-ci dəfə Azərbaycan Basketbol Liqasında 2023/2024 mövsümünün qalibi olub.

İdman.biz verir ki, komandanın litvalı baş məşqçisi Rimas Kurtinaytis çempionluq sevincini jurnalsitlərlə bölüşüb.

- Uzun müddətdən sonra Azərbaycan döndünüz. İlk mövsümdəcə yenə çempion titulunu qazandınız. Hansı hisslər keçirirsiniz?

- İlk növbədə "Xəzri"ni qeyd etmək istərdim. Finala vəsiqə qazanan komanda sonadək mübarizə apardı. Bu gün qələbə qazanmaq imkanları da var idi. Amma sona yaxın biz vəziyyəti öz xeyrimizə dəyişə bildik. Heç də asan qələbə olmadı. 20 il əvvəl Azərbaycanda işləyərkən belə deyildi. Yığmanın oyunçuları "Qala"da toplaşmışdı və biz liderlik edirdik. Bu mövsüm çempionat çox maraqlı keçdi, bütün rəqiblər bir-birini məğlub etmək gücündə idi. Bu, müntəzəm çempionatda və ölkə kubokunda da özünü göstərirdi. Şadam ki, bu gün qələbə qazana bildik.

- Çempionluqda əsas rolu nə oynadı?

- 3 ay ərzində basketbolçulardan komanda təşkil etməyə nail oldum. Əgər fikir verdinizsə, biz komanda kimi oynayırdıq, hərə öz rolunu yaxşı yerinə yetirirdi. Şirzad Şirzadovun MVP seçilməsinə çox sevindim. O, bu gün müdafiə və hücumda çox yaxşı çıxış etdi. Mən gəldikdən sonra klub gündə 2 dəfə məşq etməyə başladı. Bəzən bizim oyunçular buna görə şikayətlənirdilər. Amma bunun nəticəsi finalda öz sözünü dedi. Çox yorulsaq da, "Xəzri"dən daha gümrah idik.

- Növbəti mövsümdə Avropada qarşıya hansı məqsədlər qoyulacaq?

- Avrokuboklara gəlincə, bizim heyətdə bəzi dəyişikliklər edəcəyimizi düşünürəm. Daha da güclənməliyik. Növbəti mövsümdə büdcəmiz çoxalacaq. FİBA Çempionlar Liqasında çıxış edəcək komanda qurmalıyıq. Orada İspaniya və Tükiyənin güclü klubları çıxış edir. Bunun üçün heyəti gücləndirmək lazımdır. Amma indi bir şeyi deyə bilərəm. Biz qələbə qazanmışıq və bu bayramın sevincini yaşayırıq. Gələcək planlarla bağlı sonra suallara cavab verəcəm.

Banuçiçək Hüseynli
İdman.biz

Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 20:58

Edvin Kuç „Neftçi“dən ayrıldı, „Balkani“yə qayıtdı

Futbol
Bu gün, 20:42

Çelsi Yakobo Ramonla maraqlanır

Futbol
Bu gün, 20:28

Qalatasaray İlayş Moribanı transfer etmək istəyir

Futbol
Bu gün, 20:26

Alehandro Qrimaldo “Atletiko Madrid”ə keçir

Futbol
Bu gün, 19:59

DÇ-2026: “Real”ın futbolçuları qol sayında liderdir

Futbol
Bu gün, 19:56

Atletiko azarkeşləri Alvaresi tənqid edib

Futbol
Bu gün, 19:42

Harri Keyn DÇ-2026-da Qana ilə matçda antirekorda imza atıb

Futbol
Bu gün, 19:29

Judi Bellingem İngiltərə millisində 50 oyuna ən tez çatan futbolçu oldu

Futbol
Bu gün, 19:27

Dirk Kuyt “Fənərbağça”ya qayıdıb

Güləş
Bu gün, 19:11

Rafael Fiziyev Bakıdakı UFC tədbirində azarkeşlərlə görüşüb

Futbol
Bu gün, 18:48

DÇ-2026: B qrupunda III tur oyunları

Futbol
Bu gün, 18:40

Lionel Messi daha neçə il oynayacaq?

Digər
Bu gün, 18:38

UFC həyəcanı Bakıda başlayıb

Futbol
Bu gün, 18:20

Fənərbağça” Seneqal yığmasının gənc ulduzu ilə müqavilə imzalayıb

Güləş
Bu gün, 17:56

Praqada cüdo üzrə Avropa açıq turniri

Futbol
Bu gün, 17:43

Qurban Qurbanov mundialın əsas favoritlərini açıqlayıb

Futbol
Bu gün, 17:32

Cud Bellinqem “Real Madrid”in transferlərindən danışdı

Cüdo
Bu gün, 17:20

Qusarda yeniyetmə cüdoçuların region birinciliyi keçiriləcək

Futbol
Bu gün, 16:40

Aston Villa Morqan Rocersi satmaq istəmir

Futbol
Bu gün, 16:29

Ançelotti: “DÇ-2026 braziliyalılar üçün yaxşı keçə bilər”

Futbol
Bu gün, 16:29

Ançelotti: “Braziliya DÇ-2026-da uğurlu ola bilər”

Olimpiada
Bu gün, 16:05

ABŞ-li Olimpiya çempionu Bode Miller narkotik saxlamaqda ittiham olunur

Futbol
Bu gün, 16:00

Elgiz Kərimli komanda axtarır

Futbol
Bu gün, 15:50

Tottenhem slovakiyalı qolkiperi transfer edib

Oxşar xəbərlər