top
Riman Kurtinaytis: “Çempionlar Liqasında heç bir rəqibdən çəkinmirik” İdman.biz
11 sentyabr 2024, 16:58
- ↺ +

Riman Kurtinaytis: “Çempionlar Liqasında heç bir rəqibdən çəkinmirik”

"Komandada əhval-ruhiyyə çox yaxşıdır. Litvadakı təlim-məşq toplanışında çox işlər gördük".

Bunu "İdman Bizə" "Sabah" basketbol klubunun baş məşqçisi Rimas Kurtinaytis deyib.

64 yaşlı mütəxəssis Azərbaycan çempionunun Litvada keçirdiyi təlim-məşq toplanışını dəyərləndirib. O bildirib ki, məşqlər çərçivəsində oynadıqları yoldaşlıq matçları çox faydalı olub: "Komandadan razı qaldım. Yerli oyunçuların və eyni zamanda yeni transferlərimizin səylə çalışması məni çox sevindirdi. Litva çempionatında mübarizə aparan komandalarla keçirdiyimiz 5 oyundan 2-də qalib gəldik. Rəqiblərimiz arasında yüksək yerlərdə oynayan komandalar da vardı. Xüsusi ilə qeyd etmək istərdim ki, toplanış zamanı "Jalgiris" klubuyla oynamaq istəyimiz qarşı tərəfdən müsbət qarşılandı. Daimi olaraq Avroliqa turnirlərində çıxış edən Kaunas təmsilçisinin bizimlə görüşə razılıq verməsi səfərimizin ən diqqətçəkən məqamlarından biri idi. Onlar daha önəmli yarışa hazırlaşmalarına baxmayaraq, bizə vaxt ayırdılar. Mövsümə hazırlıq baxımından böyük əhəmiyyətə malik olan həmin görüşdə 62:94 hesabı ilə uduzduq. Lakin komandanın oyunundan razı qaldım. "Jalgiris" aqressiv oyun sərgiləyən klubdur. Eyni aqressivliyi mən "Sabah"da gördüm. Lakin səviyyə üstünlüyü öz sözünü dedi. Belə ki, onların sərt oyunu qaydalar çərçivəsini keçirdi. Bizim basketbolçularımız isə xüsusən müdafiədə follara yol verirdilər. Bu da yekun nəticədə özünü göstərdi. Amma son Litva çempionu "Ritas"a uduzsaq da (84:87), onlara layiqli müqavimət göstərdik".

"Sabah" bu il ölkəmizi Çempionlar Liqasında təmsil edəcək. İlk olaraq İsveçin "Norrçepinq Dolfins" klubu ilə üz-üzə gələcək təmsilçimiz qalib gələrsə, növbəti raundda "Friburq Olimpik"lə (İsveçrə) qarşılaşacaq. Kurtinaitis turnirdə uğurlu çıxış edəcəklərinə inandığını deyib: "Çempionlar liqası öncəsi bizim üçün həqiqətən də faydalı olan hazırlıq keçdik. Turnirə tam ciddi hazırlaşırıq və heç bir rəqibdən də çəkinmirik. Sona qədər döyüşəcəyik".

Qeyd edək ki, təsnifat mərhələləri sentyabrın 15-22-də təşkil olunacaq.

Emin Ağa
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 04:12

"Komo" Çempionlar Liqasının səfər oyununda 55 illik rekordunu təkrarladı

Futbol
Bu gün, 02:51

UEFA Çempionlar Liqası 2026/27 dördüncü turda PSJ lider, “Sabah” 31-ci yerdə

Futbol
Bu gün, 01:56

ÇL: “Sabah” Norveçdə 4-1 məğlub oldu

Futbol
Bu gün, 01:54

Fənərbağça, Çempionlar Liqasında 18 illik geridönüş məğlubiyyətini sona erdi

Futbol
Bu gün, 01:37

Real Madrid məşqçisi Mourinyo: 'Valverde'dən qapıya zərbə vurmasını istəmədim'

Basketbol
Bu gün, 01:29

Neftçi basketbolu: Müsibət məğlubiyyətdə də güclü xarakterimiz var

Futbol
Bu gün, 01:14

Kilian Mbappe UEFA Çempionlar Liqasında 74-cü qolunu vurdu

Futbol
Bu gün, 00:51

“Yuventus” “Mançester Yunayted”in sloveniyalı forvardı Benjamin Şeşkodur transfer etmək istəyir

Futbol
Bu gün, 00:41

Velko Simic’in sakatlanması ‘Sabah’ın heyətində itki yaradır

Futbol
Bu gün, 00:32

“Barselona” Rafinya Diası ilə 2030-cu il iyun 30-dək müqavilə imzaladı

Futbol
Dünən, 23:51

Romero, Atletico'nun Barcelona qarşısında oynayacaq qarşılaşmada zərbə səbəbindən iştirak etməyəcək

Futbol
Dünən, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Dünən, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Dünən, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Dünən, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Dünən, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Dünən, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Dünən, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Dünən, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Dünən, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Dünən, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Futbol
Dünən, 21:22

Premyer Liqanın doqquzuncu turunun ən yaxşı futbolçusu “Çelsi”ninstrat Romelo Laviya seçilib

Gimnastika
Dünən, 21:17

Azərbaycan gimnastları dünya çempionatında uğurlu start etdilər

Futbol
Dünən, 21:07

Rafael Benites Premier Liqaya qayıtmaq istədiyini elan etdi, uyğun layihə tapmaq çətinlik yaradır

Oxşar xəbərlər