top
“Pis komanda deyil” sözlərində həqiqət faizi nə qədərdir? İdman.biz
22 noyabr 2024, 17:42
- ↺ +

“Pis komanda deyil” sözlərində həqiqət faizi nə qədərdir?

Futbol millimiz kimi digər idman növlərindəki komandalarımız da azarkeşlərini sevindirmir.

İdman.biz xəbər verir ki, basketbol üzrə Azərbaycan millisi səfərdə İrlandiyaya 67:91 hesabı ilə uduzaraq DÇ-2027 seçmə mərhələsində ikinci məğlubiyyətlə üzləşib.

Halbuki kağız üzərində komandalar arasında güc fərqi elə də çox deyildi: Azərbaycan FIBA reytinqində (amma o da yeni deyil, avqustda açıqlanıb) Avropa təmsilçiləri arasında 44-cü, İrlandiya isə 39-cudur.

Üstəlik, millimizin bundan əvvəl (düzdür, fevralda olub – az vaxt keçməyib) Kosovaya qalib gəlməsi (87:77) və İrlandiyanın da qrupda autsayder olması kimi məqamlar pozitiv nəticəyə ümid yaratmışdı. Amma reytinqdə rəqiblər arasında beş pilləlik fərq meydanda özünü daha böyük xal fərqi ilə büruzə verib. 24 xal – bir komandanın digərindən aşkar güclü olması deməkdir.

Birinci və ikinci hissələrdə Azərbaycan komandası təzyiq qarşısında heç nə edə bilməyib (12:25, 12:23), üçüncüdə təxminən başa-baş mübarizə gedib (20:23), nəhayət dördüncü periodda qonaqlar daha çox xal toplayıblar (22:20). Əlbəttə, oyunun sonlarında millimizin daha uğurlu çıxışı, hesabda irəlidə olan İrlandiyanın bir qədər rahat oynaması ilə əlaqədardır.

The Irish Independent yazır: "Qonaqlar bu oyunda milliləşdirilmiş amerikalı Cordan Devisə (25 xal) ümid etsələr də, xal fərqini aradan qaldırmaq mümkün olmayıb. Ümumilikdə meydan sahibləri şanslarının 50%-dən, qonaqlar isə 32%-dən yararlana biliblər".

"Rəqib pis komanda deyil, lakin düşünürəm ki, bizim oyun tərzimizə görə bu axşam çox da yaxşı çıxış etmədi", - oyundan sonra belə danışan irlandların baş məşqçisi Mark Keenanın "pis komanda deyil" sözlərində həqiqət faizi, görəsən, nə qədərdir?
57 yaşlı məşqçi basketbolçularımıza qalib gəlmələrinin "sirri"ni də açıb: "Plan belə idi: yaxşı başlamaq və əvvəldən onların müdafiəsinə təzyiq etmək. Məncə, bununla onları aldatdıq. Müdafiədə işləri asan deyildi və bundan istifadə etdik".

Basketbol millimiz qrup mərhələsinin, necə deyərlər, ikinci dövrəsinə 1 qələbə və 2 məğlubiyyət, yəni 4 xalla başlayır. Qarşıda hələ üç oyun var.

Noyabrın 24-də keçiriləcək oyundakı rəqib İsveçrə qrupun lideri olsa da, basketbol ölkəsi deyil, indiyədək dünya çempionatlarına çıxa bilməyib, FIBA-nın son reytinqində də Avropanın 32-ci komandasıdır. Amma istənilən halda, Azərbaycan millisindən güclüdür. Sensasiya olacaqmı?

Rasim Mövsümzadə
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 02:51

UEFA Çempionlar Liqası 2026/27 dördüncü turda PSJ lider, “Sabah” 31-ci yerdə

Futbol
Bu gün, 01:56

ÇL: “Sabah” Norveçdə 4-1 məğlub oldu

Futbol
Bu gün, 01:54

Fənərbağça, Çempionlar Liqasında 18 illik geridönüş məğlubiyyətini sona erdi

Futbol
Bu gün, 01:37

Real Madrid məşqçisi Mourinyo: 'Valverde'dən qapıya zərbə vurmasını istəmədim'

Basketbol
Bu gün, 01:29

Neftçi basketbolu: Müsibət məğlubiyyətdə də güclü xarakterimiz var

Futbol
Bu gün, 01:14

Kilian Mbappe UEFA Çempionlar Liqasında 74-cü qolunu vurdu

Futbol
Bu gün, 00:51

“Yuventus” “Mançester Yunayted”in sloveniyalı forvardı Benjamin Şeşkodur transfer etmək istəyir

Futbol
Bu gün, 00:41

Velko Simic’in sakatlanması ‘Sabah’ın heyətində itki yaradır

Futbol
Bu gün, 00:32

“Barselona” Rafinya Diası ilə 2030-cu il iyun 30-dək müqavilə imzaladı

Futbol
Dünən, 23:51

Romero, Atletico'nun Barcelona qarşısında oynayacaq qarşılaşmada zərbə səbəbindən iştirak etməyəcək

Futbol
Dünən, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Dünən, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Dünən, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Dünən, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Dünən, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Dünən, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Dünən, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Dünən, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Dünən, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Dünən, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Futbol
Dünən, 21:22

Premyer Liqanın doqquzuncu turunun ən yaxşı futbolçusu “Çelsi”ninstrat Romelo Laviya seçilib

Gimnastika
Dünən, 21:17

Azərbaycan gimnastları dünya çempionatında uğurlu start etdilər

Futbol
Dünən, 21:07

Rafael Benites Premier Liqaya qayıtmaq istədiyini elan etdi, uyğun layihə tapmaq çətinlik yaradır

Voleybol
Dünən, 20:59

Superliqa III turu başladı: Ordu 3:0 Azərreyl

Oxşar xəbərlər