top
Ordu komandasının kapitanı Azərbaycan Basketbol Liqasının bu mövsümdəki oyununu qiymətləndirib Report.az
01 may 2025, 15:32
- ↺ +

"Ordu" komandasının kapitanı Azərbaycan Basketbol Liqasının bu mövsümdəki oyununu qiymətləndirib

"Ordu"nun kapitanı Rüstəm Əliyev komandanın Azərbaycan Basketbol Liqasının cari mövsümdəki çıxışını dəyərləndirib.

"Report" xəbər verir ki, basketbolçu klubun mətbuat xidmətinə açıqlamasında bir sıra çatışmazlıqlar olduğunu deyib.

O, aşağı büdcə ilə mübarizə aparmalarına baxmayaraq əzmkarlıq göstərdiklərini bildirib:

"Aşağı büdcə ilə pley-off-da iştirak etmək hər komandaya nəsib olmur. Biz məhz aşağı büdcə, hətta oyunçu qıtlığı ilə əzmkar mübarizə apararaq bu mərhələyə vəsiqə qazandıq. Final mərhələsinin ilk matçında "Neftçi" ilə başabaş oynadıq. Heyətdə yerli oyunçu problemi vardı. Legionerlər də çox deyildi ki, rotasiya edə bilək. Əsas oyun qurucumuz Ramme Qriffin zədə alanda onu əvəzləmək çətin olurdu. Ehtiyat qüvvəmizin zəifliyi səbəbindən belə vəziyyətlərdə çətinlik çəkirdik. Tam əminəm ki, rotasiyada problemlər olmasaydı, daha artığını edə bilərdik. İstənilən halda hesab edirəm ki, "Ordu" artıq bir komanda kimi formalaşıb".

O, komandada özü-özünü yenidn kəşf etdiyini söyləyib:

"2 il "Sabah" klubunda oynamışam. Onların məqsədləri tam fərqlidir. Heyətə düşmək çox çətindir. Ona görə də özünü göstərmək üçün imkan çox azdır. "Ordu"da isə əsas oyunçulardan biri hesab olunuram. Məşqçi bir çox hallarda oyunu mənim üzərimdən qururdu. Bu amil inkişafımda ciddi rol oynadı. Sanki özüm-özümü yenidən kəşf etdim. Buna görə də Alberto Blankoya təşəkkürümü bildirirəm. O, mənə hansı mövqelərdə daha çox xeyir verməyi öyrətdi. İndi özümə çox inanıram. Zədələr məni xeyli geri salsa da, artıq indidən fiziki çalışmalara başlamışam ki, növbəti mövsüm üçün tam hazır vəziyyətdə olam".

R.Əliyev gələcək taleyi ilə bağlı sualı da cavablandırıb:

"Sözün düzü "Ordu"da qalmaq barədə hələ təklif almamışam. Əgər təklif olsa, danışacağıq. Təbii ki, hər şey klubun büdcəsindən və məqsədlərindən asılı olacaq. İndidən nəsə demək çətindir. İnanıram ki, həm klub, həm də mənim üçün xeyirli olan baş verər".

Qeyd edək ki, "Ordu" 1/4 finalda "Neftçi"yə hər iki oyunda məğlub olaraq (54:88, 84:93) mübarizəni dayandırıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Dünən, 23:42

Çelsi və Liverpul, Brentford müdafiəçisi El Hacı Malik Diufun transferi üçün maraqlıdır

Futbol
Dünən, 23:27

Fiorentina, Sassuolo qarşısında 4:2 hesabı ilə qalib gəldi

Futbol
Dünən, 23:24

Sumqayıt vs Şəfa: 1-1 nəticəli Premier Liq 10-cu turu video icmalı

Futbol
Dünən, 23:19

Ukraynanın Polissya klubu Aravonun Rusiya ilə yoldaşlıq məcburiyyətində iştirakını qadağan etdi

Futbol
Dünən, 23:05

"Vikinq"in baş məşqçisi Morten Yensen "Sabah"la Çempionlar Liqası matçı ərəfəsində mətbuat konfransında iştirak etməyib

Futbol
Dünən, 22:59

Gənclərbirliyi 5-0 qələbə ilə Alanyasporu məğlub etdi

Futbol
Dünən, 22:52

Traktor 90+9 dəqiqədə qol ataraq 2-2 nəticə alıb

Futbol
Dünən, 22:45

Tenerifedə futbolçu ağır zədə alıb, matç 2:2 hesabı ilə yarımçıq dayandırıldı

Formula 1
Dünən, 22:24

Andrea Kimi Antonellinin 2026-cı il üçün qazancı 26 milyon avro təyin olunub

Futbol
Dünən, 22:22

Fənərbağça klubunun yeni baş məşqçisi Serjiu Konseysau təyin edildi

Gimnastika
Dünən, 22:16

Bakıda 2027-ci ildə idman gimnastikası üzrə Dünya Kuboku mərhələsi keçiriləcək

Futbol
Dünən, 22:09

Flik: ‘Biz Real və PSG ilə eyni səviyyədə’

Futbol
Dünən, 21:56

Şəfa-nın baş məşqçisi Zaur Həşimov: “Sumqayıt”la oyunda penalti təyin edilməli və ikinci sarı vərəqə göstərilməli idi

Futbol
Dünən, 21:48

Mançester Yunayted Bruno Fernandeşin əvəzləyicisini Komonun hücumçusundan tapmağa çalışır

Futbol
Dünən, 21:48

Filipe Kandido: Nəticə ilə barışmalı, 1:1 heç-heçə istədiyimiz deyildi

Futbol
Dünən, 21:42

Zaur Həşimov: Sumqayıt ilə 1 xalla ayrıldığımıza görə sevincliyəm

Futbol
Dünən, 21:38

Zaur Həşimov: Komanda artıq qalibiyyət ümidini bərpa edir

Qarabağ FK
Dünən, 21:25

“Qarabağ” FK ev oyunlarını yenidən Azersun Arena'da keçirəcək

Futbol
Dünən, 20:59

“Fənərbağça”nın yeni baş məşqçisi “Milan”ın sabiq sürücüsü Serjiu Konseysau olacaq

Güləş
Dünən, 20:57

Meryem Cavadova finala yetişə bilmədi, Azərbaycan yalnız bir medal qazanıb

Futbol
Dünən, 20:41

Messi və Ronaldo 26 namizədli rəmzi komanda siyahısında

Digər
Dünən, 20:32

Azərbaycan taekvondoçusu Qaşim Maqomedov Serbiyada Açır turnirində qızıl medal qazandı

Futbol
Dünən, 20:28

İspaniya La Liqasında hakimlər ilk dəfə oyunlardan sonra qərarlarını ənənəvi şəkildə izah etməyə başlayıb

Gimnastika
Dünən, 20:27

Tamblinq üzrə Azərbaycan millisinin üzvü Tofiq Əliyev Çində keçiriləcək dünya çempionatı öncəsi ilk podium məşqini uğurla başa vurdu

Oxşar xəbərlər