top
NTD-İNDİQO-nun amerikalısı: Düşünürəm ki, burda çox güclü liqa olacaq Sport24.az
22 may 2024, 12:05
- +

NTD-İNDİQO-nun amerikalısı: "Düşünürəm ki, burda çox güclü liqa olacaq"

NTD-İNDİQO-nun basketbolçusu Qriffin Remmi klubun mətbuat xidmətinə müsahibə verib. Sport24.az xəbər verir ki, Xaçmaz təmsilçisinin amerikalı legioneri mövsümü dəyərləndirib. 

 

- NTD-İNDİQO üçün "Xırdalan"la üçüncü yer uğrunda matçlar necə keçdi?

- Bu mənim komandada ilk mövsümüm idi. Bu baxımdan komandanın ən təcrübəli üzvü deyiləm. Heç vaxt üçüncü yer matçlarında oynamamışam. Yarımfinalda məğlubiyyətdən sonra çətin oldu. Ancaq məşqçilər əla iş gördü və bizi qələbə üçün oynamağa həvəsləndirdilər. Hələ də məyusam. Çempion ola bilmədik, amma fəxr edirəm ki, vahid komanda kimi mübarizə apardıq. Güc tapdıq və güclü bir rəqibə qarşı matçlarda ardıcıl iki qələbə qazandıq.

 

- Sizcə, yarımfinalda "Xəzri" ilə oyunlarda komandaya finala yüksəlmək üçün nə çatışmadı?

- Bu oyunlarla bağlı çox da danışmaq istəmirəm. Sadəcə uduzduq. Ancaq baxın, hər iki matçda hansı hesabla məğlub olduq? İki oyunun cəmində fərq 7 xal oldu. İkinci oyun overtayma kimi getdi. Düşünürəm ki, finala çıxa bilərdik.

 

- Komanda və özünüz üçün mövsümü necə qiymətləndirirsiniz?

- Bu klubu təmsil etməkdən qürur duyuram. Mənə NTD-İNDİQO-da oynamaq imkanı verildiyi üçün minnətdaram. Baş məşqçi Tahir Baxşiyev məni həmişə dəstəkləyib. Ona çox minnətdaram. Həm də köməkçi məşqçi Polad Həsənova. Əlbəttə ki, klub prezidenti Bəhram Abdinova da təşəkkür edirəm. Azərbaycanda çox gözəl vaxt keçirmişəm. Buradakı insanlar çox mehribandır. Klubda hamı peşəkar idi. NTD-İNDİQO oynadığım ən yaxşı klublardan biridir.

 

- Azərbaycana gəlməmişdən əvvəl hansı gözləntiləriniz var idi və onlar nə dərəcədə doğruldu?

- Basketbolun səviyyəsi gözlədiyimdən daha yüksək oldu. Gördüm ki, burada yaxşı oyunçular çoxdur. Bir neçə ildən sonra düşünürəm ki, burda çox güclü liqa olacaq. İndi də liqanın səviyyəsi kifayət qədər yüksəkdir. İnanıram ki, yerli oyunçular daha da inkişaf edəcəklər. Gənc oyunçuların burada böyük perspektivləri var.

 

- ABL-in ən yaxşı legionerlərindən biri kimi xatırlanacaqsınız və çoxları sizi ən yaxşı hesab edir. Belə rəylərə münasibətiniz necədir?

- Bu mənim üçün böyük şərəfdir. Hər kəsə minnətdaram. Üzərimdə çox çalışıram. Ancaq bunu çempionluğu qazanmaq və özümdən məmnun olmaq üçün edirəm. Çoxları bunu görmür. Hər gün səhər tezdən zala gəlirdim. Məhəmməd Hüseynli və Maqsud Hümmətov mənimlə gəldilər. Hər səhər idman zalında məşq edirdik. Şadam ki, gənc oyunçulara kömək edə bildim.

 

- Növbəti mövsüm üçün planlarınız varmı?

- Hazırda heç bir planım yoxdur. Hər şeyi zaman göstərəcək.

Qarabağ FK

Son xəbərlər

Güləş
Bu gün, 12:07

Elmin Əliyev: Qələbə, Lənkəran və gələcək planlar haqqında

Futbol
Bu gün, 12:04

Harri Keyn Çempionlar Liqasında 50 qol vuran ilk ingilis futbolçu kimi tarixə düşüb

Futbol
Bu gün, 12:00

"Sumqayıt" "Sabah"la matça itki ilə çıxır: Mumini cəzalıdır

Olimpiada
Bu gün, 11:52

Azərbaycan Barselonada paraüzgüçülük üzrə Dünya Seriyasında üç idmançı ilə təmsil olunacaq

Futbol
Bu gün, 11:40

"Nyukasl" Lamin Kamaraya göz dikib

Futbol
Bu gün, 11:23

"Araz-Naxçıvan"ın iki legioneri milli komandalara dəvət alıb

Futbol
Bu gün, 11:22

Fakhardo Hernandes niyə "İmişli"də debüt etmir?

Futbol
Bu gün, 11:20

Coşua Zirkzee yenidən "Yuventus"un transfer maraq dairəsində

Voleybol
Bu gün, 11:07

Qadın voleybolçular arasında Yüksək Liqanın 18-ci turunun yekun oyunu: "Abşeron" səfərdə "Gəncə" ilə qarşılaşacaq

Futbol
Bu gün, 11:00

"Sumqayıt" Ronaldo Vaskezə yeni müqavilə təklif etdi

Futbol
Bu gün, 10:52

Florian Virts "Liverpul"un Çempionlar Liqası rekordunu qırıb

Olimpiada
Bu gün, 10:50

Azərbaycan paraüzgüçüləri Barselona Dünya Seriyasında mübarizə aparacaq

Futbol
Bu gün, 10:45

U-19 millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti və oyun cədvəli açıqlandı

Futbol
Bu gün, 10:44

Musa Qurbanlı: "Qarabağ" forması ilə çempionluqlar, nailiyyətlər və uğurlar qazanmaq istəyirəm

Futbol
Bu gün, 10:30

Konfrans Liqası: 1/8 final mərhələsinin cavab oyunları və "Samsunspor"un iştirakı

Futbol
Bu gün, 10:00

Azərbaycan U-19 millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti və oyun təqvimi açıqlanıb

Futbol
Bu gün, 10:00

"İmişli" Faxardo Hernandeslə niyə müqavilə bağladı, amma onu sifariş etmədi?

Voleybol
Bu gün, 09:57

Azərbaycan Qadın Voleybol Yüksək Liqasında XVIII tura yekun vurulur: "Abşeron" "Gəncə" ilə qarşılaşacaq

Futbol
Bu gün, 09:52

"Qalatasaray"ın futbolçusu Noa Lanq "Enfild Roud"da ağır zədə aldı

Futbol
Bu gün, 09:47

UEFA Konfrans Liqası 1/8 Final Cavab Oyunları: "Rakuv" - "Fiorentina", "Rayo Valyekano" - "Samsunspor" və digər matçlar

Futbol
Bu gün, 09:42

"İnter"in hücumçusu Anj-Yoan Bonni Fil Dişi Sahili millisini seçdi

Futbol
Bu gün, 09:38

Misli Premyer Liqası: "Sabah" - "Sumqayıt" oyunu bu gün

Futbol
Bu gün, 09:37

Simulyasiyaya görə ən çox sarı vərəqə alan oyunçular bəlli oldu

Futbol
Bu gün, 09:31

UEFA Avropa Liqası: 1/4 finala yüksələcək komandalar bu gün müəyyənləşir

Oxşar xəbərlər