NTD basketbol klubu Hüseyn Məmmədovu transfer edib.
Bu barədə "Report"-a paytaxt təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.
18 yaşlı basketbolçu ilə cari mövsümün sonunadək müqavilə imzalanıb.
Qeyd edək ki, Hüseyn Məmmədov 2024/2025 mövsümündə NTD-nin şərəfini qoruyub. Basketbolçu son olaraq "Sabah" klubunun heyətində çıxış edib.