top
Neftçinin Avropa Kubokunda ilk hədəfi növbəti mərhələyə keçməkdir - Məşqçi Report.az
25 iyul 2025, 11:42
- ↺ +

"Neftçi"nin Avropa Kubokunda ilk hədəfi növbəti mərhələyə keçməkdir - Məşqçi

Avropa Kubokunda Azərbaycanı təmsil edəcək "Neftçi" basketbol klubunun ilk hədəfi növbəti mərhələyə keçmək olacaq.

Bu barədə "Report"a komandanın məşqçisi Daviti Çivçivadze deyib.

Gürcüstanlı mütəxəssis mübarizə aparacaqları qrupda rəqiblərin güclü olduğunu vurğulayıb:

"Bu, klub üçün tarixi andır. Komandamız Avropa Kubokunda ilk dəfə iştirak edəcək. Fəxr edirəm ki, bu hadisədə mənim də töhfəm olub. Rəqiblərə gəlincə, "Bursaspor" Avropada ev oyunlarında ən güclü olan komandalardandır və müntəzəm şəkildə pley-offda iştirak edirlər. "Trefl" ötən mövsüm Polşa çempionatının, bu il isə ölkə kubokunun qalibi olub. "Kalev/Kramo" isə son Estoniya cempionudur. Qrup çox çətindir ve biz bu rəqiblərlə mubarizə apara biləcək komanda formalaşdıracağıq. İstədiyimiz nəticəni qazanmaq üçün əlimizdən gələni edəcəyik. İlk hədəf növbəti mərhələyə keçməkdir. Bu, ilk iştirakımız olduğu üçün hər qələbə vacibdir".

Məşqçi heyətdə dəyişikliklər edildiyini deyib:

"Heyətdə və məşqçilər korpusunda böyük dəyişikliklər etmişik. Vitali Stepanovski gözəl məşqçi və insandır. Onunla bu yay Yunanıstanda keçirilən konqresdə tanış olmuşdum və çox maraqlı söhbətlərimiz baş tutmuşdu. Təcrübəsi, istəyi, əminəm ki, hədəflərimizə çatmağa kömək edəcək. Baş məşqçiyə və "Neftçi"yə gələcək yarışlarda uğurlar arzulayıram. Bütün "Neftçi" fanatlarına, Azərbaycan idmansevərlərinə, xüsusilə basketbolsevənlərə demək istəyirəm ki, gəlib dəstək göstərsinlər. Dolu arenada oynamaq hər zaman əminlik yaradır".

Qeyd edək ki, "Neftçi" Avropa Kubokunun I qrupunda "Kalev/Kramo" (Estoniya), "Bursaspor" (Türkiyə) və "Trefl" (Polşa) klubları ilə mübarizə aparacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Bu gün, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Bu gün, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Bu gün, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Bu gün, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Bu gün, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Bu gün, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Futbol
Bu gün, 21:22

Premyer Liqanın doqquzuncu turunun ən yaxşı futbolçusu “Çelsi”ninstrat Romelo Laviya seçilib

Gimnastika
Bu gün, 21:17

Azərbaycan gimnastları dünya çempionatında uğurlu start etdilər

Futbol
Bu gün, 21:07

Rafael Benites Premier Liqaya qayıtmaq istədiyini elan etdi, uyğun layihə tapmaq çətinlik yaradır

Voleybol
Bu gün, 20:59

Superliqa III turu başladı: Ordu 3:0 Azərreyl

Futbol
Bu gün, 20:53

Real Madridə verilən penalti səhvən qərarlandı

Gimnastika
Bu gün, 20:41

Tofiq Əliyev: Dünya çempionatının təyin mərhələsində liderlik etdik, ardıcıllıqla üçüncü dünya çempionluğu hədəfimizdir

Futbol
Bu gün, 20:29

Qəbələ-2 3-7 məğlubiyyətə düşdü

Futbol
Bu gün, 20:23

Tenerifeli hücumçu İesus de Migele ölümündən sonra vəziyyəti ilə bağlı açıqlama verən qapıçı İesus Ovono

Qarabağ FK
Bu gün, 20:01

İsveçin Höteborq şəhərində Zəfər Gününə həsr olunan şahmat turnirinin qalibləri açıqlanıb - FOTO

Digər
Bu gün, 20:00

Nazir: Azərbaycan qlobal idman yarışlarına ev sahibliyi edərək dünya idman mərkəzi kimi tanındı

Digər
Bu gün, 20:00

Fənərbaxçanın əvvəlki prezidenti Səddəddin Sarana bəraət verilib

Futbol
Bu gün, 19:38

"Şamaxı"nın futbolçusu Abdul Raşid Mumini Benin millisinə çağırılıb;

Futbol
Bu gün, 19:34

Kolumbiyalı qapıçı David Ospina 38 yaşında karyerasını başa vurdu

Futbol
Bu gün, 19:30

Manchester United'ın yarımmüdafiəçisi Kobbi Meynu PSJ-nin hədəfində

Digər
Bu gün, 19:20

New York marafonunda gənc qız finişə bir neçə kilometr qalmış öldü

Futbol
Bu gün, 19:10

“Mingəçevir” futbolçusu Həsrət Mürsəlov: “Maaş almırıq, pulsuz oynamaq istəmirik” - İDMAN.BİZ-ə açıqlama

Digər
Bu gün, 19:09

Azərbaycan yığma komandasının baş məşqçisi Orxan Mustafayev: Yanğın və xilasetmə idmanı üzrə dünya çempionatı idmançılarımız üçün böyük təcrübədir;

Oxşar xəbərlər