top
Neftçinin amerikalı basketbolçusu: Azərbaycanı sevirəm, Bakı mənə pozitiv enerji verir - MÜSAHİBƏ Idman.biz
22 aprel 2025, 19:16
- ↺ +

"Neftçi"nin amerikalı basketbolçusu: "Azərbaycanı sevirəm, Bakı mənə pozitiv enerji verir" - MÜSAHİBƏ

Azərbaycan Basketbol Liqasının yarımfinalına yüksələn "Neftçi" komandasının amerikalı oyunçusu Pet Beykon AZƏRTAC-a müsahibəsi

- Azərbaycan Basketbol Liqasının pley-off mərhələsində "Ordu" komandasına hər iki oyunda qalib gələrək yarımfinala yüksəldiniz. Bu barədə nə deyə bilərsiniz?

- Çox yaxşı oynadığımızı düşünürəm. İkinci oyunda "Ordu"nun cəmi 54 xal toplamasını bizim üçün yaxşı nəticə hesab etmək olar. Çünki rəqib doğrudan da yaxşı top saxlayan komandadır. Fikrimcə, müdafiədə belə oynasaq, işimiz daha da çətinləşəcək. Əsas hədəfimiz mümkün qədər bir arada ola bilmək və bunu axıra kimi davam etdirməkdir.

- Necə düşünürsünüz, finala çıxıb, ölkə çempionu ola bilərsiniz?

- Bəli, bunu reallaşdıra bilərik. Çünki yaxşı oyunçularımız və məşqçilər heyətimiz var. Öz performansımızı göstərə bilsək, Azərbaycan çempionu ola bilərik.

- Legioner oyunçu kimi, Azərbaycan Basketbol Liqasının səviyyəsini necə qiymətləndirirsiniz?

- Bu liqa rəqabətədavamlıdır. Çempionatda mübarizə aparan bütün komandaların hər oyunda qalib gəlmək şansı olur. Əvvəlcədən kiminsə qələbə qazanacağını demək çətindir.

- Azərbaycan haqqında təəssüratlarınız necədir?

- Mən bu ölkəni sevirəm. Burada çox gözəl insanlarla tanış oldum. Bakı şəhəri heyrətamizdir. Düzünü desəm, buraya gəlməmişdən əvvəl Afrikada oynayırdım və pis formada idim. Karyeramda yeni səhifə açmaq istəyirdim, Neftçi" ilə müqavilə bağladıqdan sonra hər şey əla oldu.

- Ölkəmizi bəyəndiyinizi söylədiniz. Bəs, burada ən sevdiyiniz yerlər hansılardır?

- Şəhərin mərkəzinə getməyi xoşlayıram. Burada əla yeməklər verilən restoranlar var. Ən əsası da şəhərin möhtəşəm mənzərəsi insanı valeh edir. Oraya getdiyim zaman əhval-ruhiyyəm daha da yüksəlir. Bu şəhər mənə müsbət enerji ötürür.

- Azərbaycanda başınıza gələn maraqlı hadisə olubmu?

- Bir dəfə şəhərin mərkəzində olarkən tanımadığım bir şəxsin meymununu gəzdirmişdim. Bu hadisə mənə gülməli və maraqlı gəlmişdi.

- Basketboldan başqa, hansı idman növlərinə həvəsiniz var?

- Futbol və voleybolu çox sevirəm. Hətta mövsüm başa çatmamış futbol üzrə Azərbaycan çempionatının bir oyununu izləmək istərdim.

- Azərbaycanda daha çox qalmağı düşünürsünüz?

- Bu, müqaviləmdən asılı olan bir şeydir. Əlbəttə, "Neftçi" mənə yeni müqavilə təklif etsə, sevə-sevə qalaram.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Minifutbol
Bu gün, 10:07

İtalyan hakimlər komandası Azərbaycan‑Çexiya futsal matçını idarə edəcək

Futbol
Bu gün, 10:02

Maykl Karrik, Şi Leysin çıxışını tərifləyir: “Meydanda hamını ruhlandırdı”

Voleybol
Bu gün, 10:00

Turan Tovuzun Voleybol Qələbəsi Avropada, Futbol Takımının Gözləmələri

Futbol
Bu gün, 09:58

UEFA Avropa Liqası: Renn evində Olimpiakosla qarşılaşacaq

Futbol
Bu gün, 09:49

Luis Enrike PSJ-də 127 qələbə ilə ən çox qələbə qazanan məşqçi oldu

Qarabağ FK
Bu gün, 09:47

UEFA Gənclər Liqası: Sabah və Qarabağ U-19 komandaları bu gün Norveç və Xorvatiyada qarşılaşacaqlar;

Futbol
Bu gün, 09:43

UEFA Çempionlar Liqası: Real, Fənərbağça və Manchester City qarşılaşacaq

Futbol
Bu gün, 09:40

Qalatasaray rəhbərliyi rusiyalı futbolçunun müqaviləsində 55M avrolu sərbəst qalma bəndini dəyişdirmək istədi

Futbol
Bu gün, 09:23

‘Sabah’ futbolu ‘Vikinq’in qonağına çıxacaq

Basketbol
Bu gün, 09:22

LANDAU Lions, FIBA Avropa Kubokunda Benfika ilə Qarşılaşacaq

Futbol
Bu gün, 09:20

Karlos Visens Barcelona üçün yeni baş məşqçi ola bilər

Futbol
Bu gün, 09:08

Mourinyo Real Madridin Yunanıstandakı 1/8 qalibiyyətini açıq şəkildə qeyd etdi

Basketbol
Bu gün, 09:07

«Neftçi» basketbol komandası FIBA Avropa Kubokunda beşinci oyununu Plovdivda Lokomotiv (Bulgariya) ilə oynayacaq

Futbol
Bu gün, 09:00

ÇL: "Sabah" "Vikinq"də qonaq olacaq

Futbol
Bu gün, 08:40

Skott Parker, Vest Hem-in yeni baş məşqçisi oldu

Futbol
Bu gün, 08:05

"İnter" Ikardi üçün transfer planında deyil - Marotta açıqlaması

Futbol
Bu gün, 08:00

İngiltərə klubu Said El-Malanı və qardaşı Malek El-Malanı transfer etmək istəyir

Futbol
Bu gün, 07:15

“Barselona” Arsenalın müdafiəçısı Piyero İnkapyeni transfer etmək istəyir - Deko hərəkətə keçdi

Futbol
Bu gün, 06:13

Arteta, formaların dartılması və tutulması ilə bağlı geniş videoarxiv topladığını açıqladı

Tennis
Bu gün, 05:03

Novak Cokoviç Paris Masters-də çətin qələbə qazanıb, çiynindəki problemə görə tibbi fasilə götürdü

Boks
Bu gün, 04:12

Ceyk Pol qələbə qazanarsa karyerasını başa vuracağını bildirdi

Futbol
Bu gün, 03:19

"Liverpool" rəhbərliyindəki dəyişikliklər Mak Allisterin gələcəyinə yeni perspektiv açır

Futbol
Bu gün, 02:19

Okan Buruk Ştutqart qarşısında hakimin qərarlarını tənqid etdi

Futbol
Bu gün, 01:38

Eyden Makkarti: “Rəqibimiz də bizim güclü tərəflərimizi nəzərə almalıdır”

Oxşar xəbərlər