\"Neftçi\" basketbol komandası FIBA Avropa Kubokunun qrup mərhələsində bu gün növbəti matçını keçirəcək.
\"Report\"un məlumatına görə, paytaxt təmsilçisi H qrupunda \"Mikonos\"la (Yunanıstan) qarşılaşacaq.
Görüş Milli Gimnastika Arenasında, saat 20:00-da start götürəcək.
Qeyd edək ki, buna qədər keçirdiyi 5 oyunun hər birində uduzan \"Neftçi\" hazırda qrupda sonuncu - 6-cı pillədə qərarlaşıb. Komanda növbəti matçını noyabrın 18-də Latviya təmsilçisi \"Riqa\"ya qarşı keçirəcək.