top
“Neftçi” basketbol komandası baş məşqçisinin “İlk 20 dəqiqə kiçik fəlakət idi” açıqlaması Idman.biz
Bu gün, 18:26
- ↺ +

“Neftçi” basketbol komandası baş məşqçisinin “İlk 20 dəqiqə kiçik fəlakət idi” açıqlaması

"Neftçi" basketbol komandasının baş məşqçisi Konstantinos Vasiliadis Azərbaycan Basketbol Liqasının altıncı turunda NTD üzərində qazandıqları 82:63 hesablı qələbəni şərh edib.

İdman.Biz xəbər verir ki, mütəxəssis oyuna hazırlıq üçün kifayət qədər vaxtlarının olmadığını açıqlayıb:

"Bugünkü qarşılaşma bizim üçün bir qədər fərqli oldu. Çünki səfərdən dünən səhər saat dörddə qayıtmışdıq, saat 12-də isə artıq məşqimiz var idi. Oyunçular lazımi qədər istirahət edə bilməmişdilər və hazırlıq üçün kifayət qədər vaxtımız yox idi. Cəmi bir videoanalizə baxdıq və rəqib haqqında təxminən yarım saat danışdıq. Bu gün isə demək olar ki, birbaşa oyuna çıxdıq.

Müsbət məqam odur ki, heyətdəki 12 basketbolçunun hamısı meydançaya çıxaraq müəyyən qədər oyun vaxtı qazandı. Onlardan bəziləri əvvəlki matçda ümumiyyətlə oynamamışdılar, buna görə də bu gün komandaya kömək etməyə tam hazır idilər".

Vasiliadis qarşılaşmanın ilk yarısında komandasının çıxışından razı qalmadığını da gizlətməyib:

"Üçüncü perioddan sonra, xüsusilə sonuncu periodda oyunçular yaxşı konsentrasiya nümayiş etdirdilər. İlk 20 dəqiqə bizim üçün kiçik bir fəlakət idi. Amma mövcud şəraiti nəzərə alsaq, bu, gözlənilən idi və mənim üçün təəccüblü olmadı.

Çempionatda ardıcıl beşinci qələbəmizi qazandığımız üçün xoşbəxtəm. Bu gün oyuna hazır olduqlarına və göstərdikləri mübarizəyə görə oyunçuların hər birini təqdir edirəm.

Sabah komanda istirahət edəcək. Bazar ertəsindən isə məşqlərə qayıdaraq "Mykonos"a qarşı oyuna hazırlaşmağa başlayacağıq".

Qeyd edək ki, "Neftçi" və NTD arasında qarşılaşma Milli Gimnastika Arenasında keçirilib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 18:31

Tottenham 1-0 Leeds məğlubiyyəti: Noa Okaforun qolu

Güləş
Bu gün, 18:27

Azərbaycan idmançıları Daqarda Olimpiya oyunlarında uğurlu başlanğıc edib

Qarabağ FK
Bu gün, 18:21

Premyer Liqasında Şəfa və Araz-Naxçıvan 2:2 Bərabərlikdə Bitdi

Qarabağ FK
Bu gün, 18:12

"Turan Tovuz"un futbolçusu Xorxe Silvanın "Qarabağ"a qələbədən sonra Benito sportify.az-a müsahibəsi

Futbol
Bu gün, 17:58

Azərbaycan U-19 milli komandası Avropa çempionatı üçün heyəti açıqladı

Digər
Bu gün, 17:57

Sərhədçi 1:0 məğlubiyyə ilə Peşəkar Çövkən Liqasının çempionu oldu

Basketbol
Bu gün, 17:54

NTD baş məşqçisinin məğlubiyyət izahı: Təcrübəsizlik və top itkiləri

Futbol
Bu gün, 17:39

Kriştianu Ronald "Stuntnuts" filmində prodüser olacaq

Voleybol
Bu gün, 17:25

Murov Az Terminal qadın voleybol komandası UNEC-i 3-1 hesabıyla məğlub etdi

Futbol
Bu gün, 16:59

Roma, Çelsi'dən Jamie Gittens'i icarəyə götürməyə yönəldir

Futbol
Bu gün, 16:59

Milan futbolçusu Dieqo Moreyra Ronaldu nümunə hesab edir

Futbol
Bu gün, 16:43

Kocaelispor, Eyüpspor qarşısında 2:0 qələbə qazanaraq cədvəldə beşinci yerə yüksəldi

Voleybol
Bu gün, 16:38

“Turan” qadın voleybol klubu Avropa Kubokunda ikinci mövsümündə yaxşı nəticələr əldə edib - Yelizaveta Rubanın açıqlaması

Futbol
Bu gün, 16:00

Leroy Sanenin karyerasını MLS-də davam etdirmək ehtimalı yüksəkdir

Futbol
Bu gün, 15:59

İtaliya media Lorenzo Mezzoteronun Azərbaycan milli komandasına çağırılmasına reaksiyalar göstərdi

Futbol
Bu gün, 15:56

Şəfa və Araz Naxçıvanın matçı 15 dəqiqə gec başlayacaq

Futbol
Bu gün, 15:46

Mançester Yunayted, İtalyan Atalanta qapıçısı Marko Karnesekini transfer etməyi düşünür

Futbol
Bu gün, 15:33

Kəpəz milli fasilədə Gəncəbasarla yoxlama matçı keçirəcək

Futbol
Bu gün, 15:30

Al‑İttihad Youssef En‑Nesirini 15 milyon dollara transfer etməyə hazırlaşır

Qarabağ FK
Bu gün, 15:26

Əli Səmədov: “Qarabağ”la evdə üz-üzə gələndə qalib gəlməyə çalışacağıq - MÜSAHİBƏ

Futbol
Bu gün, 15:06

Manchester United Luk Şounun 12 illik xidmətini bitirir

Futbol
Bu gün, 15:00

“Zirə” ilə “Qəbələ” arasında 6 oyunluq həsrət davam edir

Qarabağ FK
Bu gün, 14:48

Çempionatın yeganə Azərbaycın bombardiri niyə millidən kənarda qalır: Salyanski ilə Qurbanlını müqayisə edirik

Oxşar xəbərlər