top
Naxçıvan basketbol komandasının baş məşqçisi: Bəzi mövqelərdə oyunçu çatışmazlığı yaşayırıq, heyəti tam formalaşdırmaq üçün zamana ehtiyac var Idman.biz
Bu gün, 18:48
- ↺ +

"Naxçıvan" basketbol komandasının baş məşqçisi: "Bəzi mövqelərdə oyunçu çatışmazlığı yaşayırıq, heyəti tam formalaşdırmaq üçün zamana ehtiyac var"

"Naxçıvan" basketbol komandasının baş məşqçisi Georgi Kondruseviç Basketbol Liqasının altıncı turunda "LANDAU Lions" üzərində 63:59 hesablı qələbəni şərh edib.

İdman.Biz xəbər verir ki, mütəxəssis klubun mətbuat xidmətinə açıqlamasında rəqibin gücünü xüsusi vurğulayıb və yetirmələrinin mübarizəsindən razı qaldığını bildirib.

"LANDAU Lions" balanslaşdırılmış heyətə malik çox yaxşı komandadır. Onlara qarşı oynamaq həqiqətən çətin idi. Basketbolçularımızın qələbə əzmi meydanda açıq şəkildə görünürdü. Buna görə həm oyunçularımıza, həm də bizə böyük kömək göstərən bütün əməkdaşlarımıza təşəkkür etmək istəyirəm", - mütəxəssis söyləyib.

Baş məşqçi qarşılaşmadan əvvəl komandada yaranan zədə problemlərinə də toxunub:

"Ordu" ilə matçdan sonra zədələrlə bağlı müəyyən problemlərimiz yarandı. Buna görə də 40 dəqiqə ərzində eyni oyun səviyyəsini qorumaq həqiqətən asan deyildi. Lakin basketbolçularımız bu çətinliyin öhdəsindən gəldilər".

Kondruseviç komandanın tam formalaşması üçün zamana ehtiyac olduğunu vurğulayıb:

"Heyətimizi tam formalaşdırmaq üçün bizə bir qədər də vaxt lazımdır. Digər klublarla müqayisədə bəzən müəyyən mövqelərdə oyunçularımız çatışmır. Bu isə rəqiblərlə rəqabəti xeyli çətinləşdirir. Ancaq əzmkarlıqla çalışaraq bu problemlərin də öhdəsindən gələcəyik".

Qeyd edək ki, "Naxçıvan" "LANDAU Lions" üzərində qələbə qazanmaqla cari mövsümdə dördüncü uğuruna imza atıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 19:10

“Qarabağ”ın 8 futbolçusu gənc milli komandalara cəlb olunub

Futbol
Bu gün, 18:59

La Liqa: "Betis" səfərdə "Elçe"ni 2:0 hesabı ilə məğlub edərək 4-cü yerə yüksəlib

Futbol
Bu gün, 18:57

Fənərxaçanın müdafiəçisi Mert Mürdür "Atalanta"ya keçid danışıqlarını aparır

Qarabağ FK
Bu gün, 18:50

Zəfər Günü münasibətilə xalqımızı təbrik edirik!

Qarabağ FK
Bu gün, 18:50

4 futbolçumuz Azərbaycanın U-20 millisinə çağırılıb

Futbol
Bu gün, 18:29

İmişli məşqçisi 0:0 nəticəsindən məmnun, futbolçuların çıxışından razıyam

Futbol
Bu gün, 18:22

Ervins Perkons: 0-0 Oyun Həqiqi Ədalətli İştirak, Zədələnmələr Qüvvəni Azaldır

Digər
Bu gün, 18:08

Zəfər Günündə Xarıbülbül zirvəsinə dağ yürüşü təşkil edildi - FOTO

Futbol
Bu gün, 17:51

Futbol Ulduzlarının Lüks Evləri 35 Milyon Avrodan 72 Milyon Dollara

Qarabağ FK
Bu gün, 17:47

Filipe Kandido: “Ardıcıl heç‑heçələr və xal itkiləri məni narahat edir”

Tennis
Bu gün, 17:46

Yelena Rıbakina WTA Nəticə Turnirindən İmtina Etdi

Futbol
Bu gün, 17:29

A Seriyası: “Latsio” “Napoli” ilə oyunda xal itirmədi, liderliyini saxladı

Güləş
Bu gün, 17:02

Azərbaycan Güləşçiləri Yeniyetmələrin Olimpiya Oyunlarında Yarımfinala Yaxınlaşıblar

Digər
Bu gün, 16:59

“Qalatasaray” klubundan Azərbaycan Zəfər Günü təbriki

Futbol
Bu gün, 16:44

Azərbaycan millisinin futbolçuları 8 Noyabr münasibətilə şəhid və qazi övladları ilə görüşdü

Futbol
Bu gün, 16:38

“Çaykur Rizəspor” ilk ev qələbəsini əldə etdi, Nəriman Axundzadənin “Ərzurumspor”u məğlub oldu

Qarabağ FK
Bu gün, 16:33

U-20 milli komandası üçün təlim-məşq toplanışının heyəti açıqlanıb

Futbol
Bu gün, 16:24

Xulian Alvares üçün Barselona qarşılaşması kritik məqam

Basketbol
Bu gün, 16:22

Sumqayıt, Gəncəni səfərdə məğlub etdi

Futbol
Bu gün, 16:15

Real Madrid oyunçuları Bellingham və Rüdiger üçün 12 oyuna qədər diskvalifikasiya riski

Futbol
Bu gün, 16:00

Kəpəz Kollektiv Şəhidlər Xiyabanını Ziyarət Edərək Xatirəni Yadda Saxladı

Boks
Bu gün, 15:57

“Odlar Yurdu” boks klubu Elbe BOXPOKAL'da qələbələri Zəfər Gününə həsr edib

Gimnastika
Bu gün, 15:44

Selcan Mahsudova: "Dizimlə bağlı problemlərə baxmayaraq, Dünya Çempionatında qalmaq və gümüş medala uzanmaq mümkün olduğunu isbat etdim"

Oxşar xəbərlər