top
Murat Dikmen: “Bəhanələrə sığınmamışam” İdman.biz
25 may 2024, 12:37
- ↺ +

Murat Dikmen: “Bəhanələrə sığınmamışam”

"Bütün oyunçularımı təbrik edirəm. Mövsüm ərzində çox yaxşı mübarizə apardılar. Həm ölkə kubokunda, həm də çempionatda final oynadıq".

İdman.biz xəbər verir ki, bunu kişi basketbolçulardan ibarət "Xəzri" klubunun baş məşqçisi Murat Dikmen deyib.

Azərbaycan Basketbol Liqasının gümüş medalını qazanan mütəxəssis bildirib ki, yeni yaranan komanda üçün iki finalda çıxış etmək böyük uğurdur: "Ümid edirəm ki, həm klub rəhbərliyi, həm də Azərbaycan Basketbol Federasiyası uğurları artıraraq bu cür davam edərlər. Final seriyasını çox təcrübəli bir komandaya qarşı oynadıq. Mövsümün əvvəlində avrokubokda çıxış etmiş, hazırlıqlara avqust ayında erkən start vermiş və rotasiyası çox geniş olan komandaya qarşı mübarizə apardıq. Bunlar təbii ki, bir bəhanə deyil. Mən heç bir zaman bəhanələrə sığınmamışam. Amma bəzi həqiqətlər var. İlk görüşdə bütün enerjimizi sərgilədik, ikinci oyunda arxayınlaşdıq və rəqibimiz bunu yaxşı dəyərləndirdi. Üçüncü matçın ilk yarısını öndə tamamladıq ancaq böyük fasilədən sonra üstünlüyü rəqibə verərək məğlub olduq. Bu gün də eyni şəkildə oyunun sükanı bizim əlimizdə idi və böyük fasiləyə öndə yollandıq. Hətta üçüncü perioda qədər də irəlidə idik. Lakin son periodda rotasiyamızın az olmağına görə oyunçu dəyişikliklərini risq edərək həyat keçirdim və bu da bizi sistemimizdən kənara çıxardı. Mövsüm ərzində Cordan Perkins kimi bir oyunqurucu ilə çıxış etdik. Demək olar ki, Perkins bütün matçlardan 37-40 dəqiqə aralığında meydanda olur və görüşün sonlarına yaxın çox yorulurdu".

Dikmen yerli basketbolçuların inkişafından da danışıb: "Amma məni sevindirən məqamlardan biri də Səid İsmayılovun performansının artmağıdır. Artıq Azərbaycan basketbolu bu cür oyunçu qazandı. Kapitanımız Amil Həmzəyevin performansı həyacanverici idi. Ümid edirəm milli komanda da uğurlu olarlar. Digər gənclərin də inkişaf etdiyini müşahidə etdim. Vüqar Məmişov meydanda çox önəmli görünməz işlər həyata keçirdi. Mən Azərbaycan idmanından, basketbolunda çox razıyam. Buna görə çox xoşbəxtəm. Amerikalı basketbolçular da üzərlərinə düşənləri yerinə yetirdilər. Birlikdə yaxşı bir mövsüm keçirdik və gözəl finalla yekunlaşdırdıq. Məncə bunu düşünüb xoşbəxt olmağımız lazımdır".

Qeyd edək ki, "Xəzri" final seriyasında "Sabah"a 1:3 hesabı ilə uduzaraq mövsümü gümüş medallarla tamamlayıb.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 05:11

Erlinq Holand UEFA Çempionlar Liqasında 62-ci qolunu vurdu, Raulun rekorduna yaxınlaşır

Futbol
Bu gün, 04:12

"Komo" Çempionlar Liqasının səfər oyununda 55 illik rekordunu təkrarladı

Futbol
Bu gün, 02:51

UEFA Çempionlar Liqası 2026/27 dördüncü turda PSJ lider, “Sabah” 31-ci yerdə

Futbol
Bu gün, 01:56

ÇL: “Sabah” Norveçdə 4-1 məğlub oldu

Futbol
Bu gün, 01:54

Fənərbağça, Çempionlar Liqasında 18 illik geridönüş məğlubiyyətini sona erdi

Futbol
Bu gün, 01:37

Real Madrid məşqçisi Mourinyo: 'Valverde'dən qapıya zərbə vurmasını istəmədim'

Basketbol
Bu gün, 01:29

Neftçi basketbolu: Müsibət məğlubiyyətdə də güclü xarakterimiz var

Futbol
Bu gün, 01:14

Kilian Mbappe UEFA Çempionlar Liqasında 74-cü qolunu vurdu

Futbol
Bu gün, 00:51

“Yuventus” “Mançester Yunayted”in sloveniyalı forvardı Benjamin Şeşkodur transfer etmək istəyir

Futbol
Bu gün, 00:41

Velko Simic’in sakatlanması ‘Sabah’ın heyətində itki yaradır

Futbol
Bu gün, 00:32

“Barselona” Rafinya Diası ilə 2030-cu il iyun 30-dək müqavilə imzaladı

Futbol
Dünən, 23:51

Romero, Atletico'nun Barcelona qarşısında oynayacaq qarşılaşmada zərbə səbəbindən iştirak etməyəcək

Futbol
Dünən, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Dünən, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Dünən, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Dünən, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Dünən, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Dünən, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Dünən, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Dünən, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Dünən, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Dünən, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Futbol
Dünən, 21:22

Premyer Liqanın doqquzuncu turunun ən yaxşı futbolçusu “Çelsi”ninstrat Romelo Laviya seçilib

Gimnastika
Dünən, 21:17

Azərbaycan gimnastları dünya çempionatında uğurlu start etdilər

Oxşar xəbərlər