top
Millinin baş məşqçisidən ən zəif olduqları etirafı: “Rəqiblərimiz də 20-25 il əvvəl bizim kimi idi” İdman.biz
11 noyabr 2024, 14:29
- ↺ +

Millinin baş məşqçisidən ən zəif olduqları etirafı: “Rəqiblərimiz də 20-25 il əvvəl bizim kimi idi”

"Biz bu turnirdə olan ən zəif komandalardan biriyik. Çünki komandamızda olan 7 oyunçu 17 yaşındadır".

Bunu İdman.bizə Azərbaycanın qadın basketbolçulardan ibarət millisinin baş məşqçisi Evren Alkaya deyib.

Türkiyəli mütəxəssis Avropa çempionatının seçmə mərhələsində "Litvaya" 47:108 hesablı məğlubiyyətin səbəblərini açıqlayıb. O, ardıcıl olaraq böyük hesabla uduzmalarına baxmayaraq, gələcəyə ümidlə baxır: "Oyunlarımıza daha çox fayda verən 2 oyunçumuz var ki, onlar da hər matçda birlikdə 50 xal qazana bilirlər. Digər basketbolçularımızın isə artıq karyeralarını bitirmək vaxtları gəlib. Sadəcə, milliyə kömək etmək üçün bizə dəstək olurlar. Bizi "çox pis komandadır, niyə yığma belədir", deyə dəyərləndirmək lazım deyil. Buraya gələcəkdə necə ola biləcəyimizi görmək üçün gəlmişik. Kənardan nəsə demək asandır. Amma içəridə olduqda fərqli olur. Həqiqətən də ciddi təcrübə qazandıq".

Alkaya hədəfləri üçün 5 il zamana ehtiyaclarının olduğunu deyib: "Aşağı yaş qrupları ilə bağlı problemimiz yoxdur. Çox ciddi irəliləyirik. Dünya qədər oyunçu tapmışıq. Həftədə 5-6 gün məşq edirlər. Bu səviyyəyə çatmaq üçün təcrübə lazımdır. Amma tələsmək də olmaz. Komandanı nəticələrə görə qınamaq düz deyil. Oyunlara qatılmamaq da düz olmaz. Avropada basketbol yığmaları 30-a çatmır. Hələ də komanda formalaşdıra bilməyən ölkələr var. Bizə federasiya dəstək olur. Polşa və Belçikaya qarşı oyunlarımız var. Bundan sonra bu inkişafa davam edəcəyik. Oyunçularımız özlərindən qat-qat güclü basketbolçulara qarşı mübarizə aparırlar. Meydana çıxıb oynamamaq kimi bir hal yoxdur. Nəticələrin belə olması qaçınılmazdır. Belə olacağını biz bilirdik. Amma Azərbaycan adı bilinməlidir. Rəqiblərimiz də 20-25 il əvvəl bizim kimi idi. Onlar 50 ilə bu səviyyəyə çatıblar. Burda maliyyə ilə əlaqəli heç nə yoxdur. Sistemimizi qurmuşuq və gələcəkdə çoxlu uğurlar qazanacağıq. İşimizin hələ əvvəlindəyik".

Qeyd edək ki, millimiz seçmə mərhələdə 4 oyundan sonra 4 xalla sonuncudur.

Emin Ağa
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 02:51

UEFA Çempionlar Liqası 2026/27 dördüncü turda PSJ lider, “Sabah” 31-ci yerdə

Futbol
Bu gün, 01:56

ÇL: “Sabah” Norveçdə 4-1 məğlub oldu

Futbol
Bu gün, 01:54

Fənərbağça, Çempionlar Liqasında 18 illik geridönüş məğlubiyyətini sona erdi

Futbol
Bu gün, 01:37

Real Madrid məşqçisi Mourinyo: 'Valverde'dən qapıya zərbə vurmasını istəmədim'

Basketbol
Bu gün, 01:29

Neftçi basketbolu: Müsibət məğlubiyyətdə də güclü xarakterimiz var

Futbol
Bu gün, 01:14

Kilian Mbappe UEFA Çempionlar Liqasında 74-cü qolunu vurdu

Futbol
Bu gün, 00:51

“Yuventus” “Mançester Yunayted”in sloveniyalı forvardı Benjamin Şeşkodur transfer etmək istəyir

Futbol
Bu gün, 00:41

Velko Simic’in sakatlanması ‘Sabah’ın heyətində itki yaradır

Futbol
Bu gün, 00:32

“Barselona” Rafinya Diası ilə 2030-cu il iyun 30-dək müqavilə imzaladı

Futbol
Dünən, 23:51

Romero, Atletico'nun Barcelona qarşısında oynayacaq qarşılaşmada zərbə səbəbindən iştirak etməyəcək

Futbol
Dünən, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Dünən, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Dünən, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Dünən, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Dünən, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Dünən, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Dünən, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Dünən, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Dünən, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Dünən, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Futbol
Dünən, 21:22

Premyer Liqanın doqquzuncu turunun ən yaxşı futbolçusu “Çelsi”ninstrat Romelo Laviya seçilib

Gimnastika
Dünən, 21:17

Azərbaycan gimnastları dünya çempionatında uğurlu start etdilər

Futbol
Dünən, 21:07

Rafael Benites Premier Liqaya qayıtmaq istədiyini elan etdi, uyğun layihə tapmaq çətinlik yaradır

Voleybol
Dünən, 20:59

Superliqa III turu başladı: Ordu 3:0 Azərreyl

Oxşar xəbərlər