top
“Lənkəran”ın amerikası: “Bakıda memarlıq həqiqətən heyrətamizdir” - MÜSAHİBƏ İdman.biz
01 noyabr 2024, 12:07
- ↺ +

“Lənkəran”ın amerikası: “Bakıda memarlıq həqiqətən heyrətamizdir” - MÜSAHİBƏ

"Lənkəran"ın amerikalı basketbolçusu Filmon Gebriyhit klubun mətbuat xidmətinə müsahibə verib.

İdman.biz xəbər verir ki, o, komandanın və özünün çıxışını dəyərləndirib, Azərbaycanla bağlı fikirlərini açıqlayıb.

- "Sumqayıt"la oyunda ilk qələbənizi qazandız. Bu komandadakı ab-havaya necə təsir etdi?

- Komanda olaraq qazandığımız birinci qələbəmiz idi və yeni yaranmağımıza baxmayaraq inam hissi ilə "biz də burdayıq" dedik.

- "Sumqayıt"la oyunda komandanın ən məhsuldar ikinci basketbolçusu oldun. 2 matçdan sonra çıxışından razısan?

- Mövsüm çox uzundur, yaxşı və ya pis keçən bir oyunun əhvalıma təsir etməsinə icazə verməməyə çalışıram. Qələbələrə davam üçün yaxşı vərdişlər vacibdir.

- Sərbəst atışları maraqlı yerinə yetirmək tərzin var. Atışdan əvvəl mərkəz xəttinə qədər gedib daha sonra atış nöqtəsinə gəlirsən. Bu sənin üçün bir ritualdır?

- Bunu gənc yaşlarımdan edirəm. Müəllimlərimdən biri mənə bu üsulu öyrətdi. Bu mənə fikirlərimi cəmləmək, dərindən nəfəs almaq və sərbəst atışlara fokuslanmaq üçün fürsət yaradır.

- Lənkəranda olmaq necə hissdir? Ən çox nələri sevirsən və şəhərə alışmısan?

- Lənkəran basketbola həqiqətən fokuslana biləcəyiniz bir yerdir. Ətrafda diqqəti yayındıran şeylər yoxdur və bunu sevirəm. Buradakı insanlar çox qonaqpərvər və mehribandırlar. İstər şəkil çəkdirmək, istərsə sadə söhbətləri, çox səmimi qarşılayırlar. Burada xoşuma gələn bir yemək də tapmışam, bu, dönərdir. Bu uzun müddətdir yediyim ən dadlı yeməkdir.

- Bakı və Sumqayıtda da olmusan. Bu 3 şəhərdən ən çox hansını fərqləndirərdin?

- Üç şəhəri də sevdim. Amma Bakıda mənzərə və memarlıq həqiqətən heyrətamizdir.

- Qubaya qarşı səfər matçından gözləntin nədir? İkinci qələbənizə inanırsan?

- Quba güclü komandadır və onu ciddiyə almaq lazımdır. Məşqçinin bizim üçün hazırladığı oyun planını izləsək, uğur qazanacağımıza və ikinci qələbəmizi əldə edəcəyimizə inanıram.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 02:51

UEFA Çempionlar Liqası 2026/27 dördüncü turda PSJ lider, “Sabah” 31-ci yerdə

Futbol
Bu gün, 01:56

ÇL: “Sabah” Norveçdə 4-1 məğlub oldu

Futbol
Bu gün, 01:54

Fənərbağça, Çempionlar Liqasında 18 illik geridönüş məğlubiyyətini sona erdi

Futbol
Bu gün, 01:37

Real Madrid məşqçisi Mourinyo: 'Valverde'dən qapıya zərbə vurmasını istəmədim'

Basketbol
Bu gün, 01:29

Neftçi basketbolu: Müsibət məğlubiyyətdə də güclü xarakterimiz var

Futbol
Bu gün, 01:14

Kilian Mbappe UEFA Çempionlar Liqasında 74-cü qolunu vurdu

Futbol
Bu gün, 00:51

“Yuventus” “Mançester Yunayted”in sloveniyalı forvardı Benjamin Şeşkodur transfer etmək istəyir

Futbol
Bu gün, 00:41

Velko Simic’in sakatlanması ‘Sabah’ın heyətində itki yaradır

Futbol
Bu gün, 00:32

“Barselona” Rafinya Diası ilə 2030-cu il iyun 30-dək müqavilə imzaladı

Futbol
Dünən, 23:51

Romero, Atletico'nun Barcelona qarşısında oynayacaq qarşılaşmada zərbə səbəbindən iştirak etməyəcək

Futbol
Dünən, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Dünən, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Dünən, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Dünən, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Dünən, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Dünən, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Dünən, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Dünən, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Dünən, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Dünən, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Futbol
Dünən, 21:22

Premyer Liqanın doqquzuncu turunun ən yaxşı futbolçusu “Çelsi”ninstrat Romelo Laviya seçilib

Gimnastika
Dünən, 21:17

Azərbaycan gimnastları dünya çempionatında uğurlu start etdilər

Futbol
Dünən, 21:07

Rafael Benites Premier Liqaya qayıtmaq istədiyini elan etdi, uyğun layihə tapmaq çətinlik yaradır

Voleybol
Dünən, 20:59

Superliqa III turu başladı: Ordu 3:0 Azərreyl

Oxşar xəbərlər