III MDB Oyunları: Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Qazaxıstana qalib gəlib
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi III MDB Oyunlarında qələbə qazanıb.
İdman.biz xəbər verir ki, yığma A qrupunun oyununda Qazaxıstan seçməsinə 20:5 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, milli ilk maçtında Özbəkistana 13:16 hesabı ilə məğlub olub.