top
Halil Atlı: “Çempionata uğurlu başlayacağımızı bilirdim” - MÜSAHİBƏ İdman.biz
27 noyabr 2024, 11:36
- ↺ +

Halil Atlı: “Çempionata uğurlu başlayacağımızı bilirdim” - MÜSAHİBƏ

"Gəncə"nin baş məşqçisi Halil Atlı klubun mətbuat xidmətinə müsahibə verib.

İdman.biz xəbər verir ki, türkiyəli mütəxəssis Azərbaycan Basketbol Liqasında ilk 3 turu dəyərləndirib.

- Əvvəlcə ilk üç tura nəzər salaq. Bu cür start planlaşdırırdız?
- Bütün oyunlarda qələbə qazandığımızdan istədiyimiz şəkildə irəlilədiyimizi deyə bilərik. Əslində planlama nöqtəsində çempionata uğurlu başlayacağımızı bilirdim. Önəmli olan bunu komandaya inandırmaq, kollektivi yaxşı hazırlaşdırmaq idi. Həm fiziki, həm də texniki cəhətdən keyfiyyətli hazırlaşdığımızı düşünürəm. İlk turlarda rəqiblərimizi də uyğun şəkildə analiz etdik. Oyunçular vurğuladığımız detallara düzgün yanaşıb bacardıqlarını etdilər. Ona görə deyə bilərəm ki, əvvəldən planlaşdırdığımız yerdəyik.

- Sizi oyun planında sevindirən nə oldu?
- Hər bir komandanın özünəməxsus oyun sistemi var. Ona görə bizim digərlərindən hər hansı bir şeyi daha yaxşı bacardığımızı deməyim düzgün olmaz. Amma məni ilk üç matçda sevindirən məqam hər oyunda öz sistemimizdə müəyyən dəyişikliklər etməyimiz və basketbolçuların buna tezliklə uyğunlaşması, tapşırıqları meydanda həyata keçirməsi oldu.

- "Gəncə" sona qədər liderliyi əlində saxlaya biləcək?
- Lider mövqeyinə çıxmaq və orada qalmaq çox çətindir. Tutduğumuz yeri qorumaq çox önəmlidir və biz bunu etməyə çalışacağıq. Hamımızın hədəfi budur. Liqa uzun bir marafondur. Qarşıda çox oyunlar var. Zaman keçdikcə rəqiblər bir-birini daha yaxından tanıyacaqlar. Ona görə indidən dəqiq bir şey demək çox tezdir. Amma qarşımıza qoyduğumuz hədəf var. Basketbolçular buna doğru irəliləyirlər. Onlar oyunları ilə mənə inam verirlər. Qarşımızda duran ilk vəzifə öncədən də dediyim kimi, "Gəncə"ni yenidən pley-offa daşımaqdır. Sonrasına addım-addım baxacağıq.

- Çempionatda yaranan fasilə komandanızın xeyrinə oldu?
- Fasilə müddətinə mövsüm öncəsi hazırlıq dövrü kimi yanaşdıq. Məncə, bizim üçün yaxşı keçdi. Fiziki gücümüzə güc qatdıq. Daha yaxşı edə biləcəyimiz işlərin üzərində çalışdıq. İnkişaf etdik. Yoxlama oyunu keçirə bilməməyimiz bir az məni üzür. İstənilən halda, düşünürəm ki, fasilə dövrü bizim üçün hazırlaşmaq baxımından yaxşı fürsət oldu.

- Növbəti tur Gəncədə türk məşqçilərin qarşıdurması olacaq. Nizami yurdu üçün yad sima olmayan Bedri Meriçin "Şəki"sinə qarşı matçdan nə gözləyirsiniz?
- Bəli, Bedri hoca bu şəhər üçün doğmadır. Ötən mövsüm "Gəncə"nin məşqçisi olaraq burada gözəl münasibətlər qurub. İndi onu və komandasını qonaq edəcəyik. Ümid edirəm ki, yaxşı oyun olacaq.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 01:56

ÇL: “Sabah” Norveçdə 4-1 məğlub oldu

Futbol
Bu gün, 01:54

Fənərbağça, Çempionlar Liqasında 18 illik geridönüş məğlubiyyətini sona erdi

Futbol
Bu gün, 01:37

Real Madrid məşqçisi Mourinyo: 'Valverde'dən qapıya zərbə vurmasını istəmədim'

Basketbol
Bu gün, 01:29

Neftçi basketbolu: Müsibət məğlubiyyətdə də güclü xarakterimiz var

Futbol
Bu gün, 01:14

Kilian Mbappe UEFA Çempionlar Liqasında 74-cü qolunu vurdu

Futbol
Bu gün, 00:51

“Yuventus” “Mançester Yunayted”in sloveniyalı forvardı Benjamin Şeşkodur transfer etmək istəyir

Futbol
Bu gün, 00:41

Velko Simic’in sakatlanması ‘Sabah’ın heyətində itki yaradır

Futbol
Bu gün, 00:32

“Barselona” Rafinya Diası ilə 2030-cu il iyun 30-dək müqavilə imzaladı

Futbol
Dünən, 23:51

Romero, Atletico'nun Barcelona qarşısında oynayacaq qarşılaşmada zərbə səbəbindən iştirak etməyəcək

Futbol
Dünən, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Dünən, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Dünən, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Dünən, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Dünən, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Dünən, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Dünən, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Dünən, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Dünən, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Dünən, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Futbol
Dünən, 21:22

Premyer Liqanın doqquzuncu turunun ən yaxşı futbolçusu “Çelsi”ninstrat Romelo Laviya seçilib

Gimnastika
Dünən, 21:17

Azərbaycan gimnastları dünya çempionatında uğurlu start etdilər

Futbol
Dünən, 21:07

Rafael Benites Premier Liqaya qayıtmaq istədiyini elan etdi, uyğun layihə tapmaq çətinlik yaradır

Voleybol
Dünən, 20:59

Superliqa III turu başladı: Ordu 3:0 Azərreyl

Futbol
Dünən, 20:53

Real Madridə verilən penalti səhvən qərarlandı

Oxşar xəbərlər